Rusiya son iki ay ərzində Şərqi Ukrayna separatçılarına 200 tank göndərib. Baki-xeber.com xəbər verir ki, bu baradə Ukrayna "İnformasiya Müqaviməti" Mərkəzinin koordinatoru Dmitri Tımçuk açıqlama verib.
Onun sözlərinə görə, son iki ay ərzində Rusiya Donbasa 200 tank, 70 Qrad raketləri, 75 zirehli personal daşıyan maşın, sursat dolu təxminən 900 yük maşını və 150 yanacaq tankeri göndərib.