şənbə günü, 28 noyabr 2026
     

Ermənilərin uydurma "soyqırım" cəhdlərinin dörd hədəfi...

Image


Sözdə insan hüquq və azadlıqlarından dəm vuran, siyasi eqoizmlə yeni müstəqil dövlətlərə "demokratiya dərsi" vermək istəyən Avropa Parlamenti (Aİ) bu gününə və gələcəyinə qara ləkə kimi yazılacaq hüquqi rəzalətə imza atdı. Əslində, xüsusi şərhə ehtiyac yoxdur - söhbət qondarma "erməni soyqırımı" ilə bağlı adıçəkilən qurumun absurd, qeyri-obyektiv qətnamə qəbul etməsindən gedir.
Qondarma "erməni soyqırımı" ilə bağlı qətnamənin qəbul edilməsi ümumilikdə türk dünyasına qarşı ədalətsizliyin növbəti təzahürü oldu.
Xatırladaq ki, aprelin 15-də Avropa Parlamentinin Avropa Liberal Demokratlar Alyansı adından bir neçə parlamentarın (Jan-Mari Kavada, Maryel de Sarnez, Xuan Karlos, Girauta Vidal, İvan Jakovçiç, Xavyer Nart, Frederik Reis, Pavel Teliçka) qondarma "erməni soyqırımının" 100 illiyinin Ümumavropa anımına dair irəli sürdüyü qətnamə layihəsinin müzakirələri ətrafında çıxış edən bir sıra Avropa parlamentarları belə bir "soyqırımın baş verdiyini" söyləyiblər. Onlar Türkiyəyə və bu ölkənin hökumətinə qarşı müxtəlif ittihamlar səsləndirib, soyqırımı tanımağa və Ermənistanla münasibətləri normallaşdırmağa çağırış ediblər. Hüquqi nihilizm, ifrat qərəz və aşkar siyasi səbatsızlıq nümunəsi olan bu qətnamənin qəbulunun təkcə Türkiyə və Azərbaycana, türkdilli dövlətlərə qarşı deyil, ümunmilikdə bəşəriyyətə, hətta Aİ-də təmsil olunan dövlətlərin öz əleyhinə yönəldiyini isə xüsusi vurğulanmağa ehtiyac yoxdur.
Tarixə qısa ekskursiya etsək aydın görə bilərik ki, 1915-ci ildə Osmanlı İmperiyasının ermənilərə qarşı "soyqırım" həyata keçirdiyini təsdiqləyən heç bir tutarlı fakt, dəlil, sübut yoxdur. Hələ 2005-ci ilin aprel ayında Türkiyənin o vaxtkı Baş naziri Rəcəb Tayyib Ərdoğan Ermənistanın sabiq prezidenti R.Köçəryana münraciətlə qondarma "erməni soyqırımı" iddialarının araşdırılması üçün müştərək komissiyanın yaradılmasını, bu məsələ ilə bağlı bütün sənədlərin arxivlərdən üzə çıxarılmasını təklif etmişdi. Türkiyənin məsələ ilə bağlı birgə konmissiya yaratmaq, arxivləri açmaq, tarixi həqiqətləri üzə çıxarmaq təkliflərinə etinasız münasibəti Ermənistanın və onun himayədarlarının zaman-zaman gündəmə gətirdiyi "soyqırım" kampaniyasının hansı çirkin məqsədlərə xidmət etdiyinə şübhə yeri qoymur. Yalnız bu məqam türk dünyasına qarşı yönəlmiş saxta ittihamların sırf siyasi motivlərə əsaslandığını, ikili standartlardan qaynaqlandığını tam mahiyyəti ilə aşkara çıxarır. Konkret olaraq, qondarma "erməni soyqırımı" iddiaları ermənilərin qarşıya qoyduqları 4 məkrli məqsədin həyata keçirilməsinə xidmət edir: "soyqırım"ın bütün dünyada tanıdılması; Türkiyənin "soyqırım"ı etiraf etməsi; Türkiyənin "soyqırım"a uğramış adamların varislərinə təzminat ödəməsi; Türkiyənin Şərqində ermənilərə torpaq verilməsi. Faktiki olaraq bunların hər biri Türkiyə Cumhuriyyətini sarsıtmaq, parçalamaq məqsədi güdür. Ermənilərin qeyri-hüquqi və cəfəng iddialarının bəzi dövlətlərin qanunverici orqanlarında dəstəklənməsi əsasən geosiyasi amillərlə bağlı olub, erməniləri dəstəkləmək məramından daha çox, Türkiyəyə, eləcə də dolayısı ilə Azərnbaycana haqlı mövqeyində təsir göstərmək məqsədi gündür.
Ötən illərin təcrübəsi də təsdiqləyir ki, Avropa Parlamentində bu tipli qərəzli sənədlər bəzi xarici ermənipərəst dairələrin sifarişi əsasında qurumun antiazərbaycan, antitürk mövqeli bir qrup deputatı tərəfindən hazırlanır və məhdud sayda parlament üzvlərinin iştirakı ilə keçirilən iclasda qəbul edilir. İstənilən demokratik qərarın qəbulu səs çoxluğu prinsipinə əsaslanmalıdır. Çoxluğun iradəsini əks etdirməyən bir absurd qətnamənin Avropa Parlamenti kimi demokratik ruhlu qurumun adından yayılması da heç bir məntiqə sığmır. Avropa parlamentində iclasların keçirilməsi üçün kvorumun olmaması bu cür absurd qərarların qəbul edilməsinə imkan verir. Xatırladaq ki, 2011-ci ilin mayın 12-də və 2013-cü il iyunun 15-də Avropa Parlamentində 754 üzvdən cəmi 40-50 deputatın iştirakı ilə tələm-tələsik Azərbaycanla bağlı qərəzli qətnamələr müzakirəyə çıxarılıb və təsdiq edilib. Bu günlərdə qəbul olunmuş qətnamə də qurumun nüfuzuna mənfi təsir göstərən növbəti şoudur.
Qondarma "erməni soyqırımı" ilə bağlı qətnaməyə səs verən dövlətlərin parlamentarları nə Türkiyə, nə digər Qərb dövlətlərinin arxivlərində olub, sadəcə, siyasi motivli qərəzli və ədalətsiz sənədi rəsmiləşdiriblər. Belə qətnamə qəbul edən dövlətlərin əksəriyyətinin Avnropa Birliyinin üzvü olması da təsadüfi görünmür. Siyasi müşahidəçilərin fikrincə, həmin dövlətlər belə süni maneələrlə müsəlman dövləti olan Türkiyənin təşkilata gedən yoluna sipər çəkməyə, Avropa Birliyini "xristian klubu" kimi qoruyub saxlamağa çalışırlar. Bu da təsadüfi deyil ki, hələ 1987-ci ildə Fransanın xüsusi səyləri ilə qondarma "erməni soyqırımı"nı tanıyan Avropa Parlamenti 2005-ci ildə həmin ədalətsiz qərarını yeniləyib, üstəlik Türkiyə hökuməti qarşısında Ermənistanla sərhədləri açmaq tələbini irəli sürüb. Həmin qərarda da Türkiyənin 1915-ci ildə baş verənləri "soyqırım" kimi tanıması Avropa Birliyinə üzvlüyün əsas şərtlərindən biri olaraq göstərilir. Doğrudur, direktiv Kopenhagen meyarlarından fərqli olaraq, Avropa Parlamentinin qərarları Türkiyə üçün tövsiyə xarakteri daşıyır. Amma son mərhələdə Türkiyənin təşkilata tamhüquqlu üzvlüyünə səs verəcək qurum məhz Avropa Parnlamenti olmalıdır. Hər bir halda, bu cəfəng qətnamənin qəbulundan sevinən ermənilər, uduzansa bu ədalətsiz qətnaməyə səs verən ölkələr oldu.
Terroru bu gün də dövlət səviyyəsində dəstəkləyən Ermənistan isə, nədənsə, ən müxtəlif zamanlarında türklərə və azərbaycanlılara qarşı etdikləri qanlı əməllərə görə ittiham olunmur. 1972-1991-ci illərdə erməni terrorçuları dünyanın əksər ölkələrində Türkiyənin görkəmli siyasi xadimlərinə, məşhur diplomatlarına və tanınmış iş adamlarına qarşı 300-dən çox terror əməliyyatı törədiblər. Bu terror aktlarının 100-dən çoxu "Asala" terror təşkilatının "Orli", "9 İyun" və "3 Oktyabr" qruplaşmaları tərəfindən 24 ölkənin 38 şəhərində həyata keçirilib.
1988-ci ildən Azərbaycana qarşı növbəti dəfə aşkar ərazi iddiaları ilə çıxış edən Ermənistan ərazisində yaşayan azərbaycanlıları deportasiya edərkən müxtəlif vandalizm aktlarına, o cümlədən terror aktlarına əl atıb. Sonrakı mərhələdə bəzi dövlətlərin himanyəsi və dəstəyi ilə Azərbaycan ərazilərini işğal edən Ermənistan dinc əhalinin ölümü ilə nəticələnmiş çoxlu sayda terror aktları planlaşdıraraq həyata keçirib. Ərazi ilhaqı məqsədilə terrorçuluğu və separatizmi özünə başlıca vasitə seçən ermənilər 1988-ci ildən Azərbaycanda 373 qanlı terror aktı törədib, nəticədə 1600-ə yaxın insan həlak olub, 1808 nəfər yaralanıb. Terror aktları nəticəsində həlak olanların böyük əksəriyyətini qadın, uşaq və qocalar təşkil edib.
Qondarma "erməni soyqırımı" ilə bağlı kampaniyanın hələ bu ilin mart ayından yenidən fəal şəkildə gündəmə gətirilməsi heç də təsadüfi deyil. Qondarma "erməni soyqırımı" ilə bağlı başlanmış kampaniyanın kökündə Türkiyə və Azərbaycana təsir göstərmək, hər iki strateji müttəfiq ölkəni prinsipial mövqeyindən çəkindirmək niyyəti dayanır. Ümumiyyətlə, qondarma "erməni soyqırımı" ilə bağlı cəfəng iddialar göstərir ki, regionda, bir qayda olaraq, qeyri-konstruktiv mövqedən çıxış edən Ermənistanın Türkiyə ilə münasibətləri normallaşdırma "səyləri" də səmimiyyətdən tamamilə uzaqdır. Əksinə, rəsmi Ankaranın Azərbaycanın maraqları əleyhinə hansısa qərar qəbul etməməsindən daha da qıcıqlanan erməni lobbisi müəyyən aparıcı dövlətlərin köməyi ilə Türkiyəyə təsir göstərməyə çalışır. Lakin Türkiyə və Azərbaycanın qırılmaz strateji müttəfiqliyi fonunda ermənilərin bu istiqamətdəki məkrli cəhdlərinin də iflasa uğrayacağına heç bir şübhə yoxdur. Türk və Azərbaycan diasporlarının son illərdəki birgə fəaliyyəti, müdafiədən fəal hücum mövqeyinə keçməsi ermənilərin saxta iddialarla dünya ictimaiyyətini çaşdırmaq cəhdlərinin qarşısını alır.
Baba TAĞIYEV,
"İrəli Azərbaycan" İctimai Birliyinin sədri



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ