şənbə günü, 28 noyabr 2026
     

Rusiya və Yunanıstan Azərbaycan qazının alternativi naminə birgə hərəkətə keçir

Image


Rusiya Azərbaycanın Avropaya təbii qaz nəqli ilə bağlı atdığı addımlara normal yanaşdığını nə qədər iddia etsə də, proseslər tam bunun əksini göstərir. Eyni zamanda baş verənlərdən belə məlum olur ki, ölkəmizi, onun reallaşdırdığı enerji layihələrini özünə ciddi rəqib görən Kreml buna qarşı müəyyən addımlar atmaqda, öz maraq dairəsində olan layihələrin daha tez rellaşmasında maraqlıdır.
Bütün bunlar o zaman baş verir ki, TANAP layihəsinin reallaşmasına başlanıb, TAP layihəsi isə yaxın tezlikdə icraya yönəldiləcək.
İtaliyanın iqtisadi inkişaf naziri Federika Quidi də vurğulayır ki, mayın sonunadək TAP qaz kəmərinin tikinti layihəsi üzrə bütün hazırlıq işləri başa çatacaq":TAP layihəsinin rəsmiləşdirilməsi yekun mərhələyə qədəm qoyur. Mayın sonunadək layihələndirmə üzrə son qərarlar qəbul ediləcək və hazırlıq işləri başa çatacaq". Nazir əlavə edib ki, layihənin reallaşdırılması İtaliya üçün çox vacibdir: "O, İtaliya və Avropa İttifaqına isə qaz tədarük mənbələrini şaxələndirməyə və regionun enerji təhlükəsizliyini təmin etməyə imkan verəcək". Mənbəyini "Şahdəniz-2"dən götürəcək bu layihələr Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna əhəmiyyət kəsb edəcək. Gürcüstan baş nazirinin birinci müavini, energetika naziri Kaxa Kaladze də bildirir ki, "Şahdəniz-2" layihəsi Azərbaycan və Gürcüstan üçün böyük əhəmiyyət kəsb etdiyi kimi, Avropa üçün də bir o qədər əhəmiyyətlidir":Biz Azərbaycanla həmişə əməkdaşlıq edəcəyik. Azərbaycanlılar bizim dostumuz, qardaşımızdır. Biz birlikdə çoxlu layihə həyata keçiririk və birlikdə bu işi davam etdirəcəyik. Azərbaycan neft-qaz məhsullarını Gürcüstan və Türkiyə vasitəsilə Avropa ölkələrinə nəql edən ölkədir". Məhz belə bir vaxtda Yunanıstan baş naziri Aleksis Tsiprasın Moskvaya səfəri zamanı prezident Vladimir Putinlə apardığı danışıqlara dair sensasion məlumat yayılıb.
Almaniyanın "Der Spiegel" jurnalının Yunanıstanın hakim SYRİZA partiyasındakı yüksək rütbəli mənbəyə istinadən yazdığına görə, Afina ilə Moskva "Türk axını" qaz kəməri layihəsinə dair razılaşma imzalamağa hazırlaşır. Qeyd olunur ki, saziş müflisləşmə təhlükəsilə üzləşən Yunanıstana 3-5 milyard avro məbləğində mənfəət gətirə bilər. Kəmərin 2019-cu il üçün istifadəyə verilməsi nəzərdə tutulub. İki ölkə arasında qaz sazişinin aprelin 21-də imzalanması gözlənir. Yunanıstanın "Aqora" qəzeti də belə sövdələşmənin olduğunu, Yunanıstan hökumətinin artıq Rusiya ilə sövdələşməni dəstəklədiyini yazır. Afinada ümid edirlər ki, Rusiyanın tranşı hesabına Avropa İttifaqı ilə borc öhdəliklərinə dair danışıqları təxirə salmaq mümkün olacaq. Xatırladaq ki, Yunanıstan baş naziri Moskvaya aprelin 8-də səfər edib. Prezident Putin yunan baş nazirlə keçirdiyi brifinqdə onun ölkəsini "Türk axını" layihəsinə qoşulmağa çağırıb, bu layihənin Yunanıstan üçün necə sərfəli olacağından bəhs edib. Tsiprasın Moskvaya səfərindən bir gün əvvəl isə Yunanıstan, Serbiya, Makedoniya, Macarıstan və Türkiyə xarici işlər nazirləri "Türk axını" kəmərinin tikintisində iştirak etmək barədə ilkin razılaşma əldə ediblər. Həmin ölkələr Rusiyanın müəllifi olduğu layihəyə böyük önəm verir.
Özü də bunlar o fonda baş verir ki, Rusiya qazla bağlı Avropaya qarşı şantajlarını artırır. Bunun daha bir təsdiqi "Qazprom"un sədri Aleksey Millerin "Türk axını"na mane olmaq üçün Rusiya qazının Ukrayna üzərindən keçməsinə çalışan Avropa ölkələrinə xəbərdarlığında özünü göstərir. Aleksey Miller qeyd edir ki, Avropa ölkələri "Türk axını"na mane olarsa, Avropaya qaz nəqli birdəfəlik dayandırıla bilər: "Cənub axını" layihəsinin əngəllənməsində əsas məqsəd yalnız Ukrayna üzərindən enerji daşınmasını təmin etmək idi. Bəziləri "Türk axını"nı da blok etməyi düşünürsə, böyük səhv etmiş olur. Ukrayna ilə tranzit anlaşması 2019-cu ildə sona çatacaq. Bundan sonra isə "Qazprom" "Türk axını" vasitəsilə nəqli davam etdirəcək. Bizim rəqabətdəki üstünlüyümüz ondan ibarətdir ki, məcbur olsaq, fasilə verə bilərik. Bu fasiləni də istədiyimiz qədər uzada bilərik".Avropa isə Rusiyanın təhdidləri fonunda alternativ mənbələrdən qaz alışına daha çox diqqət yetirir və bu sırada əsas yerlərdən birini məhz Azərbaycan tutur. Lakin Rusiya burada yunan kartından istifadə edərək öz niyyətinə çatmaq istəyir. Rusiya bir neçə dəfə qəti şəkildə bildirib ki, 2019-cu ildən etibarən Ukrayna ərazisindən qaz tranziti dayanacaq. Rusiya qazını almaq istəyən Avropa ölkələri indidən hərəkətə keçib "Türk axını" kəmərindən qazı təhvil almaq barədə düşünməlidir. "Türk axını" ildə 63 milyard kubmetr Rusiya qazının nəqlini nəzərdə tutur. Kəmər Azərbaycan qazını Avropaya nəql edəcək Cənub Qaz Dəhlizinin bir hissəsi olan TANAP kəməri ilə eyni məntəqədə - Türkiyənin İpsala bölgəsində Yunanıstanla sərhədə çıxacaq. Bu baxımdan Rusiyanın Azərbaycan qazının nəql marşrutunu təkrarlayan yeni qaz kəməri çəkmək səyləri heç də birmənalı qarşılanmır. Bunlar o vaxt baş verir ki, TANAP-ın həyata keçirilməsinə artıq başlanıb. Özü də bu kəmərdən təkcə Azərbaycan qazı axmayacaq. Belə ki, bu layihə vasitəsilə Qərb nəzərdə tutulduğundan daha böyük həcmdə qaz ala bilər. Çünki bu kəmər vasitəsilə tək Azərbaycan yox, böyük qaz ehtiyatlarına malik İran və Türkmənistan da mavi yanacağın ixracına start verə bilər. Artıq bu istiqamətdə fəal iş gedir. Hazırda əsas maneə yaradan tərəf qismində isə, Rusiya ilə yanaşı, yunanlar çıxış edir. Bu səbəbdən hesab edilir ki, Avropa yunan məsələsini qəti şəkildə həll etməlidir.

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ