şənbə günü, 28 noyabr 2026
     

İŞİD-in yaranma tarixini açan şok kəşfiyyat sənədləri ələ keçdi

Image


Almaniyanın xəbər jurnalı "Der Spiegel” IŞİD-in üzdə görünməyən qurucusu "Hacı Bəkir" ləqəbli Samir Məhəmməd əl-Hilifavinin təşkilatın sxemini çəkdiyi sənədləri ələ keçirib. Səddam Hüseynin hərbi hava qüvvələrində kəşfiyyat agenti olan iraqlı Hacı Bəkirin əl yazısı qeydləri IŞİD-in qurulmasına dair bu günə qədər bilinməyən bir çox məlumatı ortaya qoyur.

Baki-xeber.com xəbər verir ki, qeydlərdə bir ölkənin necə işğal ediləcəyini detalları ilə planlaşdıran Hacı Bəkir, təşkilata dini görünüş verir və bütün vətəndaşlarını bir-birinə izlədən Şərqi Almaniyada bir müddət əvvəl ad çıxarmış gizli polis Stasi kimi kəşfiyyat şəbəkəsi yaradır. Sənədlər ABŞ işğalının ardından İraqda nəzarəti yenidən əl almaq istəyən BAAS Partiyası üzvlərinin İŞİD-in qurulmasında nə qədər təsirli rol oynadığını da ortaya qoyur.

"Der Spiegel”in ilk hissəsini 2014-cü ilin aprelində ələ keçirdiyi qeydlərin yazılması 2012-ci ilin sonlarında Hacı Bəkirin Suriyaya getməsi ilə başlayır. Əsl məqsədi İraqı tutmaq olan Bəkir Bəşər Əsəd rejiminin qan gölünə çevirdiyi Suriyanı fürsət kimi görür. 2012-ci ildə yazılan plan bu gün yaşanan hadisələri özündə əks etdirir: İŞİD əvvəl Suriyada bacardığı qədər torpaq ələ keçirəcək, Suriyadan istifadə edib İraqı işğal edəcəkdi.

Bəkir Suriyada baza kimi Hələbin şimalındakı Tel Rıfatın seçib. Tel Rıfatda 1980-ci illərdə Körfəzdə işləməyə gedən və radikal baxışları da özü ilə bölgəyə gətirən çox adam yaşayır.

"Der Spiegel”a görə, Bəkirin qeydləri "İslamçı bir kəşfiyyat dövləti” qurmaq üçün yaradılan texniki plan idi. Qeydlər Stasi kimi bir təşkilat tərəfindən idarə olunan bir xəlifəlik nəzərdə tuturdu. Sonralar saat kimi işləyən bu plan əvvəl İslam təlim mərkəzləri açaraq dəstəkçi toplamağı nəzərdə tuturdu. Dərslərə gələnlər arasından bir iki nəfər öz yaşadıqları yerlərdə agentlik etməsi üçün seçiləcəkdi. Bəkirin agentlərdən gözləntiləri bunlar idi:

- Varlı ailələr və bu ailələrdəki əsas adamların siyahıları

- Ailələrin gəlir qaynaqları

- Kəndlərdəki üsyançı birliklərin adları və neçə adamları olduğu, liderləri, siyasi fikirləri

- Şantaj etmək üçün istifadə edilə biləcək davranışlar

Agentlərə şantaj üçün cinayət işləyən, homoseksual olan ya da gizli əlaqəsi olan şəxslərin qeydiyyatının aparılması tapşırılırdı. Bəkir qeydlərində ağıllı agentlərin kəşfiyyat əmrləri təyin ediləcəyini yazır.

Varlı ailələrə necə sızıldı?

Sonrakı mərhələdə qəsəbələrdə varlı ailələrə sızmaq üçün qızları ilə evləndiriləcək "qardaşlar” seçilir. Agentlər arasında keçmiş rejim kəşfiyyatçıları ilə yanaşı 17 yaşlarında gənclər də olub. Bəkir hər yerli rəhbərlik üçün bir əmr seçərkən işlərini yaxşı görməyənləri təsbit etmək üçün bu əmrlərə də bir-birlərini izləmək əmri verirdi.

2013-cü ilin baharında İslam təlim mərkəzləri Rakka və İblidə yayıldı. Özünə tərəfdarlar toplayan İŞİD mərkəzlərə qara bayraqlar asmağa, yollar bağlamağa başladı.

Təşkilatın hərbi gücü isə Suriyada müharibədə iştirak edən əcnəbi radikallardan yaradıldı. Onların arasında 2012-ci ilin yazından etibarən ölkəyə gəlməyə başlayan səudiyyəli tələbələr, tunisli işçilər, məktəbi bitirə bilməyən avropalılar, döyüş təcrübəsinə sahib çeçen və özbəklər çoxluq təşkil edirdi. 2012-ci ilin sonlarında bir çox yerdə hərbi düşərgə qurulmuş və yeni gələnlərə iki aylıq təlim keçirilməyə başlanmışdı.

Qeydlərinə görə, yalnız radikal dini görüşlərlə zəfər qazanılmayacağını düşünən Bəkir, digərlərinin inanclarının məqsədlər üçün istifadə edilə biləcəyini bildirir.

2010-cu ildə Bəkir və iraqlı digər keçmiş kəşfiyyatçılardan ibarət kiçik bir qrup təşkilatın lideri kimi Əbu Bəkir əl-Bağdadini seçir. Təhsilli bir din adamı olan Bağdadi gələcəkdə təşkilata dini görünüş verəcəkdi. ABŞ işğalından sonra 2003-cü ildə yoxa çıxan Bəkir, Əl-Qaidənin İraqdakı lideri Əbu Musab əl-Zerkavi ilə tanış olur. 2006-2008-ci illər arasında ABŞ-ın hərbi düşərgəsi Bucca kampında və ardından Əbu Qureybdə həbsdə yatan Bəkir cihatçılarla əlaqələrini genişləndirir. IŞİD-in təməlləri məhz Bucca kampında qoyulur. IŞİD-in digər iki lideri isə telaferli sünni türkmənlər olub. Türkmənlərdən biri də keçmiş İraq kəşfiyyatçısı olub.

Qeydlər necə ələ keçirildi?

"Der Spiegel”in xəbərinə görə, 2014-cü ilin yanvarında müxaliflərin Tel Rıfata hücumu zamanı Hacı Bəkir öldürülüb və evindən götürülən qeydlər aylarla gizli bir otaqda saxlanıb. İlk səhifəsi 2014-cü ilin aprelində Türkiyəyə qaçırılan 31 səhifəlik qeydlərin qalan hissəsi 2014-cü ilin noyabrında jurnalın əlinə keçib. Qeydlərin ikinci hissəsi isə İŞİD 2014-cü ilin yanvarında Hələbi tərk edərkən ələ keçirilib. Müxaliflər buranı ələ keçirəndə IŞİD-çilər eynilə 25 il əvvəl Stasinin etdiyi kimi sənədləri yandırmağa çəhd edib. Ancaq sənədlər çox olub və tam yanmayıb. Sağlam qalan sənədlər müxalif qrup Tevhid Tümeninin əlinə keçib. Tevhid qruplaşması isə sənədləri qrup daxilindəki İŞİD agentlərinin adlarını yazmamaq şərtilə "Der Spiegel”a verib.

Həyat yoldaşı türk girovlar qarşılığında buraxıldı

2013-cü ilin sonunda hər şey Hacı Bəkirin planlaşdırdığı kimi gedirdi, qara maskalı İŞİD yaraqlıları qorxu salaraq şəhərləri ələ keçirirdi. Ancaq həmin ilin dekabrında Bəkir üçün gözlənilməz bir şey oldu. Bir İŞİD lideri Suriyada işgəncə ilə öldürüldü. Bu hadisədən sonra əvvəllər yeni bir cəbhə açmaq istəmədikləri üçün IŞİD-ə toxunmayan müxalif qruplar birləşərək bir çox nöqtədə IŞİD-ə hücum etdi. Həmin vaxt Rakkada İŞİD-in mövqeyini ancaq İraqdan gələn 1.300 nəfərlik qrup qoruya bildi.

Müxaliflər 2014-cü ilin yanvarında Bəkrin olduğu Tel Rıfata hücum edib və şəhər ikiyə bölünüb. Bəkir IŞİD-in nəzarəti itirdiyi bölgədə qalıb. Kəşfiyyatın yaradıcısı olan Bəkri bir qonşusu ələ verib. Adam "DAEŞ-in əmiri yan evdə yaşayır" deyə qışqırır, Əbdül malik Hadbe adlı yerli komandir və adamları Bəkirin evinə girir. Arvadı yoldaşının evdə olmadığını söyləsə də müxalifler içəri girir. Nərdivanların altına gizlənərək üzərində intihar kəməri olduğunu iddia edən Bəkir "Kalaşnikov”la öldürülüb.

Müxaliflər Bəkirin kim olduğunu öyrəndikdən sonra evini axtararaq qeydləri, SİM kartları, GPS cihazlarını götürüblər. İddiaya görə, Bəkirin əsir alınan yoldaşı sonralar Ankaranın istəyilə türk girovlar üçün IŞİD-lə aparılan mübadilə nəticəsində təşkilata verilib.

İraqlı jurnalist Hişam əl-Haşimi Hacı Bəkirin "İslamçı deyil, milliyyətçi" olduğunu bildirir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ