İraq və Suriyada fəaliyyət göstərən İraq Şam İslam Dövləti (İŞİD) bu dəfə ABŞ sərhədində ortaya çıxıb. Belə ki, İŞİD yaraqlılarnın Meksikada Amerika sərhədinə 13 kilometr məsafədə bir təlim düşərgəsi qurduğu müəyyənləşib.
Baki-xeber.com xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ və Meksika təhlükəsizlik qüvvələri keçən həftə Amerika sərhədinə 13 kilometr məsafədə yerləşən Anapra bölgəsində basqın etdiyi bir düşərgədə bir Amerika hərbi bazasına aid planlar ələ keçirib. Meksikalı rəsmilər eyni bölgədə fəaliyyət göstərən bir İŞİD mərkəzindən də xəbərdar olduqlarını bildiriblər.
Meksikanın Chihuahua əyalətinə bağlı olan bölgəyə ölkənin məşhur 3 narkotik karteli nəzarət edir. Bu səbəbdən Meksika ordusunun və polisinin burada əməliyyat keçirməsi olduqca risqli görünür. Yaraqlıların isə bu vəziyyətdən faydalanmaq üçün bölgədən əməliyyat bazası kimi istifadə etdiyi ehtimal edilir. Bundan başqa, yaraqlıların Meksika mafiyasına bağlı insan alverçiləri vasitəsilə ABŞ ərazisinə rahat şəkildə girib-çıxdıqları bildirilir.
Meksika kəşfiyyatı yaraqlıların hərbi bazaları xaricində kütləvi nəqliyyat və universitetlər kimi vətəndaşların çox olduğu yerləri hədəf ala biləcəyi barədə xəbərdarlıq edir.
Qeyd edək ki, İŞİD-in Meksika sərhədindən Amerika ərazisinə keçərək terror hücumları planlaşdırdığı iddiaları bir müddət əvvəl də gündəmə gəlmişdi. O vaxt rəsmilər bu iddiaları araşdırdıqlarını bildirmişdilər.
Bu arada İŞİD-lə mübarizə çərçivəsində İraqa əlavə əsgər göndərmək qərarı verən Avstraliyanın müdafiə naziri Kevin Andreusun təşkilat lideri Əbubəkr əl Bağdadinin adını biləməməsi mübahisəyə səbəb olub. Andreus qatıldığı bir televiziya proqramında İŞİD liderinin adını deyə bilməyib, aparıcı isə ona "bunun üçün qoşunlarımızı təhlükəli bir bölgəyə göndərdiniz. Siz heç İŞİD liderinin adını bilmirsiniz" - sözləri ilə reaksiya verib.