ABŞ-ın bütün ölkələr üçün ayırdığı yardımların həcmi azaldılacaq. APA-nın "epress.am” saytına istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyinin yaydığı məlumatda deyilir. Məlumatda qeyd edilir ki, bəzi yardım proqramlarına ayrılan maliyyənin azaldılması ABŞ büdcəsi, qlobal şəkildə prioritet olan hadisələrin baş verməsi, o cümlədən ebola, İŞİD kimi problemlər, Suriya və Ukrayna böhranları ilə bağlıdır.