şənbə günü, 28 noyabr 2026
     

Dünya yeni kibermüharibə qarşısında...

Image


Son dövrlərdə böyük təhlükəyə çevrilməkdə olan məsələlərdən biri də kiberhücumlarla bağlıdır. Hazırda dünya miqyasında bu qəbildən olan hücumların miqyasının genişlənməsi aydın müşahidə olunur. Baş verənlər fonunda Qərb ölkələri xüsusi həyəcan təbili çalır. ABŞ müdafiə nazirinin müavini Erik Rozenbah hətta Amerikanın da bu müharibənin qarşısını almaqda aciz olduğunu bildirir.
Amerika Senatında çıxış edərkən o etiraf edib ki, ABŞ, böyük ehtimalla, düşmən kiberhücumlarının qarşısını ala bilməyəcək. Onun sözlərinə görə, ABŞ hər hansı kiber zərbəni həyata keçirmək qərarına gəlsə, düşmən tərəfin buna cavab olaraq atacağı addımlar Amerikada ciddi fəsadlara səbəb ola bilər. Çünki ABŞ-ın infrastruktur obyektlərini qorumaq olduqca çətin olacaq. E.Rozenbah hesab edir ki, rəsmi Vaşinqton diqqətli siyasət yürütməlidir və maksimum dərəcədə kiber sahədə qarşıdurmadan uzaq olmalıdır.
Fransanın «TV 5 Monde» teleşirkətinə haker hücumu isə Avropada dəhşətli kibermüharibənin təzahürü kimi qiymətləndirilir. Ölkənin müdafiə naziri isə bunu başlanmış kibermüharibə hesab edir. Xatırladaq ki, özlərini «kiberxəlifət» adlandıran hakerlər «TV 5 Monde» televiziyasının bütün kanallarda yayımını nəinki pozublar, həmçinin fransız teleşirkətinin portalında və sosial şəbəkələrdəki səhifələrində təbliğat materialları yerləşdiriblər. Normal yayımı bərpa etmək üçün mütəxəssislərə bir neçə saat lazım gəlib.
Bu hadisədən əvvəl isə islamçı hakerlər internet şəbəkəsində Amerika ordusunun məxfi sənədlərini yerləşdiriblər. Buna bənzər xəbərlərin sayı artmaqdadır. Məsələn, məlumdur ki, hakerlər Ağ Evin daxili şəbəkəsinin müdafiəsini dağıdıb və ABŞ prezidenti Barak Obamanın görüş və səfərlərinin qrafikini əldə ediblər. Lakin bu da hamısı deyil. Avropa İttifaqının terrorizmə qarşı mübarizə üzrə koordinatoru Jil de Kerşov «Die Welt» qəzetinə müsahibəsində deyib: «İstisna etmək olmaz ki, «Əl-Qaidə» qruplaşmasından və ya İŞİD-dən olan terrorçu hakerlər irimiqyaslı terror aktı törətmək məqsədilə elektrik, yaxud qaz təchizatı şəbəkələrinə, uçuşların təhlükəsizliyi xidmətlərinə hücum edə bilərlər».
Artıq yaranmış vəziyyətdə ABŞ Ədliyyə Nazirliyi xarici kibercinayətkarları da məsuliyyətə cəlb edəcək qanun hazırlayır. Qurum digər ölkələrin kiberfırıldaqçılarını məsuliyyətə cəlb etmək məqsədilə mövcud qanunvericiliyi təkmilləşdirmək niyyətindədir. Yeni qanunvericilik ABŞ istifadəçilərinə məxsus kredit kartlarının məlumatlarından istifadə edən müxtəlif ölkələrin cinayətkarlarına şamil olunacaq. ABŞ hökuməti iritutumlu kredit kartları haqqında məlumatların toplanması, ödəniş alətlərinin saxtalaşdırılması, bu rekvizitlərin yenidən satılması, internetdə və ya bankomatda vəsaitlərin alışı və silinməsi ilə bağlı bank kartları fırıldaqçılığının bütün mərhələlərinə nəzarət etməkdə çətinliklə üzləşir. Ölkənin Ədliyyə Nazirliyi mövcud Cinayət Məcəlləsinə ödəniş kartları ilə əməliyyatlardan qanunsuz mənfəət əldə edən bütün cinayətkarları məsuliyyətə cəlb etməyə imkan verəcək düzəlişlər təklif edir.
Hazırda kibermüharibə təhlükəsi ilə üzləşən ölkələr sırasında Baltikyanı dövlətlərin adı daha çox çəkilir. Litva prezidenti Dalya Qribauskayte Rusiya tərəfindən onlara qarşı kiberhücumların miqyasının genişləndiyini bildirir: «Bizim sərhədlərimiz yaxınlığında geosiyasi situasiya dəyişib. Hazırda təhlükə bütün region üçün realdır. Biz cəbhə xəttində yerləşirik. Hazırda qarşıdurmanın birinci mərhələsi gedir. Mən informasiya müharibəsi, təbliğat və kiberhücumları nəzərdə tuturam. Rusiya artıq bizim üzərimizə hücuma keçib. Biz özümüzü qorumalıyıq». Latviyanın baş naziri Laymotı Strauyumı də iddia edir ki, kiberhücumların daxil olduğu hibrid müharibəsinin elementləri artıq Latviyada özünü göstərir. O, Rusiyanın artıq Latviyaya qarşı informasiya müharibəsinə başladığını bildirib: «Biz artıq Rusiyanın müəyyən şəxslərinin simasında Latviyada insan haqları ilə bağlı çıxışları müşahidə edirik. Bu, hibrid müharibəsinin elementlərindən biridir. Bizim xüsusi xidmət orqanlarımız işləyirlər. Mən əminəm ki, bu yaxınlarda bizə kiberhücumlar olacaq». Qeyd edək ki, hibrid müharibəsi kimə aid olunduğu bilinməyən əsgərlər və hərbi texnika vasitəsilə aparılır. Bu prosesə dəstək isə dezinformasiyalar və kiberhücumlar vasitəsilə həyata keçirilir. Hazırda bu məsələdə Rusiya tərəfi xüsusi fəallığı ilə seçilir. Xüsusən də Qərb sanksiyalarından sonra Rusiyadan gələn kiberhücumların miqyası genişlənir.
Amerikalı ekspert Nikolas Qvozdev «The National İnterest» nəşrində yazır ki, Moskva sanksiyalar fonunda aqressivliyini artırır. Onun sözləriən görə, Qərbin sanksiyaları, həmçinin enerji daşıyıcılarının qiymətlərinin düşməsinə baxmayaraq, 2014-cü ildə Rusiyanın silah ixracı da artıb. Ümumdünya silah ticarətində Rusiyanın payı son onillik ərzində davamlı olaraq artan xətt üzrə inkişaf edir. Müəllif yazır ki, enerji daşıyıcılarının qiymətlərinin düşməsi Rusiya ordusunun yenidən silahlanması planının həyata keçirilməsinə də mane olmalı idi. Ancaq Vladimir Putin administrasiyası silahlanma planından imtina etmək barədə düşünmür: «Sanksiyaların tətbiqinə baxmayaraq, 2014-cü ildə Rusiyanın silah ixracı artıb. Rusiya yüksək keyfiyyətli silah mənbəyi kimi qalır. Yaxın Şərqdə qeyri-sabit vəziyyət İraq, İran və Misiri silah almağa stimullaşdırır. Yaxın Şərq regionundakı ölkələr təhlükəsizliyinin təminatı məsələsində ABŞ-a etibar edə bilmir. Məhz buna görə də onlarda Rusiya silahlarını əldə etmək arzusu artır». Ekspert xatırladır ki, dünya silah ixracında Rusiyanın payı 29 faizdir: «Sanksiyaların tətbiqi və enerji daşıyıcılarının qiymətlərinin düşməsi nəticəsində «rus ayısı»nın əhliləşəcəyini düşünənlərə müraciət edirəm: iki dəfə düşünün». Silah ixracı ilə yanaşı, Rusiyanın kibermüharibə fəaliyyətini genişləndirməsi isə Qərb üçün daha böyük problemlər yaradır.





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ