"Bosniya və Afrikada baş verən soyqırımlar qəbul edilərkən 1915-ci ildə ermənilərə qarşı törədilənlərə soyqırım deməmək imkansızdır”. APA-nın "Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyənin baş naziri Əhməd Davudoğlunun müşaviri Etyen Mahçupyan deyib.
Roma Papasının bəyanatını şərh edən E. Mahçupyan Vatikanın 100 illik psixoloji ağırlığı üzərindən atdığını bildirib: "Niyə 100 il sonra bu kəlmədən istifadə etdiyini söyləməkdənsə, tərsdən baxıb niyə bu qədər müddət susduqlarını demək lazımdır. Vatikan bunu çoxdan söyləyə bilərdi, lakin söyləmədi”.