Türkiyə prezidenti Roma Papasını Birinci Dünya Müharibəsi vaxtı ermənilərin kütləvi ölümlərini "soyqırım” adlandırmasına görə sərt tənqid edib. Rəcəb Tayyib Ərdoğan Papanı bu "səhfi bir daha təkrar” etməməyə səsləyib.
Vətəndaş müharibəsi gedişatında hər iki tərəfdən insan itkilərinin olduğunu deyən Türkiyə, ölümlərin təsvirində "soyqırım” ifadəsini qəbul etmir.
Türkiyə prezidentinin tənqidinə tuş gələn ifadə Roma Papası Francisin Müqəddəs Pyotr Məbədində Ermənistan prezidenti və Erməni Apostol kilsəsinin rəhbəri II Qareqinin də iştirak etdiyi ibadət vaxtı səslənib.
Katolik Kilsəsinin rəhbəri ötən əsr bəşəriyyətin "3 böyük və misli görünməmiş faciələrindən" keçdiyini bildirərkən "soyqırım" ifadəsi işlədib. Roma Papası həmçinin "nasizm və stalinizm tərəfindən törədilmiş" cinayətlərdən də danışıb. Ancaq bəşəriyyət tarixində böyük izlər buraxan bu iki hadisə barədə çox qısa və ötəri danışıb.
Lakin cənab Ərdoğan çıxışında deyib ki, siyasətçilər və ya dini liderlər tarixçi rolunu oynayanda, nəticədə "cəfəngiyyat ortaya çıxır, fakt deyil".
Türkiyə məsələnin tarixçilər tərəfindən araşdırılmasına çağırır. Rəcəb Tayyib Ərdoğanın nitqi 1915-ci ildə baş verən hadisələrin 100-cü ildönümü ərəfəsində səslənir.