E.Məmmədov qeyd edib ki, ABŞ-da polis 100-dən çox insanı güllələyib: "İrqi ayrıseçkilik salırlar, insan hüquqları pozuntularına yol verirlər. Elə bu günlərdə ABŞ-da polis zorakılığına qarşı keçirilən etiraz aksiyaları da bunun nəticəsidir”.
E.Məmmədov vurğulayıb ki, müraciət edənlər ünvanı səhv salıblar: "Azərbaycan kimlərinsə dediyi ilə, diktəsi ilə idarə olunmur. Azərbaycan özünün konstitusiyası, müvafiq qanunları ilə hərəkət edir. Əgər kimsə həbs olunubsa, demək o qanunu pozub, cinayət törədib və cəzasını alıb. Onun azad olunması da Azərbaycan qanunlarının çərçivəsində mümkündür. Bu, kənardan Azərbaycana olan təzyiqlərlə, sifarişlərlə, kimlərinsə iradəsi ilə mümkün deyil”.
Millət vəkili qeyd edib ki, o insanlar düzgün fikirləşsələr, böyüklüyündən, kiçikliyindən asılı olmayaraq, hər bir dövlətin özünün müstəqilliyi, suverenliyi mövcuddur: "Hər bir dövlət özünün qanunları ilə idarə olunur”.
E.Məmmədov vurğulayıb ki, Azərbaycan tərəfi də eyni mövzuda müraciət edə bilər: "Deyək ki, 5-10 nəfər millət vəkilləri yığışaq və biz də hər hansı bir rəhbərə belə bir müraciət qəbul edək ki, ABŞ-a deyin ki, filankəsləri həbs ediblər, onları buraxsınlar”.