şənbə günü, 28 noyabr 2026
     

Söyün Sadıxov "Azərros"un yeni prezidenti seçilən kimi dərhal Abbas Abbasova cinayət işi açılmasını gündəmə gətirdi

Image


Aprelin 14-də Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti "Azərros"un VI hesabat-seçki birləşdirici qurultayının yekun hissəsi keçirilib. APA-nın məlumatına görə, qurultayın işində Rusiyanın 43 regionundan 87 nümayəndə iştirak edib. Onların arasında 14 regional təşkilat, Rusiya azərbaycanlılarının regional təşkilat hüququna malik 19 yerli milli-mədəni muxtariyyəti, habelə Rusiyanın müxtəlif regionlarını təmsil edən Azərbaycan mədəniyyət mərkəzlərinin nümayəndələri olub.

Xatırladaq ki, qurultay yanvarın 17-də başlasa da, nümayəndələrin və iştirakçıların əksəriyyətinin qəbul etdiyi qərara əsasən onun işində fasilə elan olunub. Məqsəd Tver və Nijni Novqorod vilayətlərinin regional milli-mədəni muxtariyyətlərinin rəhbərlərinin birləşdirici qurultayda iştirak etmələri üçün onlarla dialoq qurmaq olub. Bəlli olduğu kimi sözügedən vilayətlərin Azərbaycan diaspor rəhbərləri qurumun əksər üzvlərinə qoşulmaq istəməyiblər və Abbas Abbasovun dəstəyi və rəhbərliyi altında fevralın 20-də öz "qurultayı”nı keçiriblər. Həmin "qurultay”a qurumun əksər üzvləri buraxılmayıb.

Yanvarın 17-də olduğu kimi aprelin 14-də qurultayın işini pozmaq üçün cəhdlər edilib. Konkret olaraq Rusiya hüquq-mühafizə orqanlarına qurultayın planlaşdırıldığı zala bomba qoyulması haqda yanlış məlumat verilib. Bu təxribat nəticəsində qurultay nümayəndələri və qonaqlar bir neçə saatı yaxınlıqdakı mehmanxananın holunda keçirmək məcburiyyətində qalıblar. Lakin bu, qurultayın keçirilməsinə mane olmayıb, çünki nümayəndələr qurultayın işini yekunlaşdırmaq əzmində olublar. Nəticədə qurultay 1 saat gecikməklə, digər yerdə - Greenwood Biznes Mərkəzində keçirilməli olub.

Qurultayda gündəlikdə qalan 3 məsələ - prezident, Federal Şura və Nəzarət-Təftiş Komissiyası sədrlərinin seçkiləri müzakirə olunub. Prezidentliyə namizədlər olan "Azərros” Federal Şurasının üzvü Mehriban Abdullayeva və vitse-prezident Yusif Xıdırov öz namizədliklərini geri götürüblər və Söyün Sadığovun namizədliyini irəli sürüblər. S. Sadığovun namizədliyini həmçinin "Azərros”un Ulyanovsk vilayətinin yerli təşkilatının rəhbəri İslam Hüseynov, Krasnoyarsk vilayəti təşkilatının sədri Ayaz Məmmədov, Rostov vilayəti təşkilatının sədri Vaqif Mustafayev, Samara vilayəti təşkilatının sədri Rafiq Qəmbərov və Kaluqa vilayəti təşkilatının sədri Eldəniz Amanov irəli sürüblər. Onlar S. Sadığovun namizədliyinin seçilməsinin vacibliyini "Azərros” ətrafında yaranmış mürəkkəb durumla əlaqələndiriblər.

Moskva vilayəti təşkilatından "Azərros”un prezidenti vəzifəsinə Qalib Ağayevin namizədliyi irəli sürülüb. Qurultay nümayəndələrinin əksəriyyəti S. Sadığovu "Azərros”un prezidenti seçiblər. Nizami Bəşirov qurumun Federal Şurasının sədri, Mehriban Abdullayeva isə Nəzarər-Təftiş Komissiyasının sədri seçilib. Həmçinin qurultayın qərarı ilə "Azərros”a Krım azərbaycanlılarının regional milli-mədəni muxtariyyəti qəbul olunub. Qurultayda Moskva şəhərinin milli siyasət, regionlararası əlaqələr və turizm Departamentinin nümayəndəsi İqor Tiunçik çıxış edib. O, demokratik seçkilərin bütün prinsiplərinin riayət olunduğu qurultayın əhəmiyyətini önə çəkib, habelə qurumun yeni prezidentinə uğurlar arzulayıb.

S. Sadığov çıxışı zamanı A. Abbasovun "Azərros”un parçalanmasına səbəb olan addımlarını pisləyib və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun "Azərros”dakı münaqişəyə laqeyd münasibətindən, yanvarın 17-də və aprelin 14-də qurultay iştirakçılarına qarşı atılmış addımlara və pozuntulara göz yummasından, fevralın 20-də keçirilmiş "qurultay”a və A. Abbasovun azərbaycanlılara qarşı cinayət əməllərinə reaksiya verməməsindən təəssüfləndiyini bildirib. O, nümunə kimi Rusiyanın Ukraynadakı səfiri və konsulunun etnik rusların hüquqlarının pozulduğu hallarda operativ şəkildə onların müdafiəsinə qalxdıqlarını göstərib. S. Sadığov P. Bülbüloğlunun Rusiya vətəndaşları olan həmvətənlərinin öz tədbirlərini keçirmək üçün öncədən icarə haqqı ödənilmiş yerlərdən qanunsuz çıxarılarkən, bu kimi hallara reaksiya verməməsinin başa düşmədiyini bildirib.

"Azərros”un Moskva vilayəti üzrə regional təşkilatının rəhbəri Qalib Ağayev isə A. Abbasovun həmyerlilərinə qarşı əməllərindən danışarkən, onun erməni daşnaklara sadiqliyindən və onlarla əlaqələrindən bəhs edib. "Azərros”un vitse-prezidenti qeyd edib ki, A. Abbasov Rusiyanın bəzi məmurlarını aldadaraq, onların əli ilə Rusiyadakı Azərbaycan diasporunun iradəsini boğmağa çalışır və bununla Rusiya vətəndaşları olan azərbaycanlıların konstitusiya ilə təsbit olunmuş hüquqlarını pozur. "Biz Vladimir Putinin seçiciləriyik. Rusiya vətəndaşlarının hüquq və öhdəlikləri pozulanda, susa bilmərik. Çünki Rusiyanın ictimai-siyasi həyatının fəal iştirakçılarıyıq”, - deyə o vurğulayıb.

Qurultayda çıxış edən Azərbaycan diasporunun nümayəndələri, o cümlədən Yaroslavldan olan Asman Hüseynov və Krasnoyarskdan olan Ayaz Məmmədov "Azərros” ətrafında yaranmış durumla əlaqədar öz münasibətini açıqlayıblar. Onlar qeyd ediblər ki, S. Sadığovun qayıdışı quruma yeni impuls verəcək və "Azərros”u dərin böhrandan çıxaracaq.

Tədbirin sonunda iştirakçılara qoşulan Azərbaycan səfirinin müavini Qüdsi Osmanov zalda əyləşənlərə fəal iştiraka görə təşəkkür edib. Qurumun gələcəyi naminə demokratik seçkilərin vacibliyini önə çəkən Q. Osmanov qeyd edib ki, Azərbaycan dövləti və prezident İlham Əliyev xaricdə yaşayan həmvətənlərimizin taleyinə biganə deyil.

Qurultayda çıxış edən İslam Komitəsinin sədri Heydər Camal isə qurultayın nəticələri münasibəti ilə iştirakçıları təbrik edib və onlara uğurlar arzulayıb.

Tədbirin sonunda qurultay iştirakçıları Rusiya və Azərbaycan prezidentlərinə müraciətlər qəbul ediblər. Rusiya prezidentinə müraciətdə qeyd olunur ki, Rusiyanın bəzi məmurlarının A. Abbasovun əməllərinə köməyi nəticəsində Rusiya vətəndaşları olan azərbaycanlıların hüquqları kobud şəkildə pozulur. Bununla əlaqədar qurultay iştirakçıları Rusiya konstitusiyasının qarantı olan V. Putinə müraciət edərək ondan müvafiq tədbirlərin görülməsi və məsələnin araşdırılması üçün tapşırıqlar verməsini xahiş ediblər.

A. Abbasovun Azərbaycan vətəndaşı olması nəzərə alınaraq, qurultay iştirakçıları Azərbaycan prezidenti İ. Əliyevə müraciətdə ondan A. Abbasovun əməllərinin araşdırılması və onun cinayət məsuliyyətinə cəlb olunması üçün müvafiq orqanlara göstəriş verməsini xahiş ediblər. Onlar həmçinin qeyd ediblər ki, A. Abbasov qeyri-qanuni hərəkətləri ilə ona yaxın olmayan Azərbaycan diasporunun nümayəndələrinə problemlər yaradır, qurumdan şəxsi maraqları naminə istifadə edir və Rusiya-Azərbaycan münasibətlərinin pisləşməsi üçün əlindən gələni edir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ