şənbə günü, 28 noyabr 2026
     

“Roma Papası Fransiskin erməni məsələsinə dair yeni müraciətinə ciddi ehtiyac var”

Image


"Roma Papası Fransiskin Ermənistana və erməni məsələlərinə münasibətinin bəzi parametrləri diqqət çəkir”.

Bu barədə Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib. Politoloqun sözlərinə görə, Roma Papası Fransisk beynəlxalq siyasi həyatda daha aktiv iştirakı ilə əvvəlki papalardan fərqlənir: "Yaxın Şərqdə baş verənlərə, Ukrayna hadisələrinə tez-tez münasibət bildirir. Bildirdiyi münasibətlər sülhə çağırış yönümlüdür. ABŞ-la Kubanın 50 il davam edən küsülülüyünə son qoyulmasında Papa Fransiskin hər iki ölkənin liderlərinə etdiyi müraciət mühüm rol oynadı. Hər iki dövlətin lideri Roma Papasının münasibətlərin normallaşmasında rolunu təsdiq etdilər. Belarusun Ukrayna hadisələrindəki müsbət rolunu görən kimi Roma Papası Belarusla Qərb arasındakı gərginliyin azaldılması istiqamətində fəaliyyətə başladı. Bütün Bunlar Roma Papası Fransiskin Papa statusunda fəaliyyətini xarakterizə edən əsas elementlərdir. Papa yeniliyə meylli və barışıq ideyalarının daşıyıcısı kimi qəbul edilirdi”.

M.Əhmədoğlu qeyd edib ki, Roma Papası Fransiskin davranışında və fəaliyyətində heç bir şey onun "erməni soyqırımı”nı tanımasına və islam-xristian qarşıdurmasına çağırış etməsinə dəlalət etmirdi:

"Roma Papası bir neçə ay bundan öncə Türkiyədə səfərdə oldu. Məqsədi Yaxın Şərqdəki xristianların vəziyyətinin yaxşılaşmasında Türkiyənin rolunu aktivləşdirmək idi. Radikal islamçıların və islam dövlətinin o dövrdən aktivləşməsi fonunda Yaxın Şərq xristianlarının vəziyyətində daha neqativə doğru dəyişikliyin baş verməməsi həm də Türkiyə ilə əlaqəli məsələ idi. Papa Türkiyəyə səfər etməməklə bağlı Ermənistan rəhbərliyinin rəyini nəzərə almadı. Roma Papası Fransisk "erməni soyqırımı”nın 100 illiyinin qeyd olunması zamanı Yerevana gəlmək barədə Ermənistanın dəvətini rədd etdi”.

M.Əhmədoğlu əlavə edib ki, Roma Papası Fransiskin Türkiyədə olarkən ən az diqqət yetirdiyi məsələ erməni mövzusu idi: "Türkiyədəki ermənilər Roma Papasının Türkiyəyə səfərindən çox şey umurdular. Amma Fransisk yalnız sağalmaz xəstə olan Katolikos Mesrop Mutafyana baş çəkdi. Türkiyəni tərk edərkən erməni jurnalistinin sualına cavab olaraq Türkiyə-Ermənistan sərhədinin açılmasını arzuladığını bildirdi. Roma Papası Vatikanda "erməni soyqırımı”nın 100 illiyi ilə əlaqəli mərasim ərəfəsində Gürcüstan prezidenti Q.Marqvelaşvilinin Vatikana səfərinə razılıq verdi və onu qəbul etdi. Amma həmin Roma Papası Ermənistan prezidenti S.Sərkisyanı qəbul etmədi. Onunla mərasimdən sonra mərasim zalında ayaqüstü salamlaşdı”.

M.Əhmədoğlu bildirib ki, Roma Papasının katolik ermənilərlə birlikdə "erməni soyqırımı”nın 100 illiyini qeyd etməsi əvvəlcədən planlaşdırılmışdı və bununla da Roma Papası "erməni soyqırımı”nın 100 illiyinin qeyd olunmasına özünün ehtiramlı iştirakını təmin etmək niyyətində idi. Belə variant Türkiyəni də qane edirdi:

"Lakin Vatikanda "erməni soyqırımı”nın 100 illiyi ilə əlaqəli mərasim yaxınlaşdıqca hadisələrin gedişində dəyişikliklər baş verdi. Vatikanla əlaqəli ermənilər aktivləşdi. Erməni katolikosları "erməni soyqırımı”nın 100 illiyi ilə əlaqəli dini mərasimə dəvət olundu. Ermənistan prezidentinin dini mərasimdə iştirak edəcəyi ilə bağlı məlumatlar yayıldı. Aprelin 8-dən ermənilər Roma Papasının adından məlumatlar yaymağa başladılar. Hətta onun edəcəyi çıxışın mətnini açıqladılar. "Erməni soyqırımı” terminini işlədəcək, Ermənistanı xristianlığı qəbul edən ilk dövlət kimi təqdim edəcək. Vatikan rəhbərliyi ermənilərin yaydığı saxta məlumatlara heç bir reaksiya vermədilər. Daha çox aktivlik göstərən ermənişünaslıq üzrə Papa kafedrasının rəhbərliyi idi. Çox böyük ehtimalla Roma Papası Fransiskin dini mərasimdəki oxuduğu mətni də məhz onlar hazırlamışdı. Bu işlərin hamısı prezident S.Sərkisyanın kürəkəni, Ermənistanın Vatikandakı səfiri M.Minasyan tərəfindən idarə olunurdu”.

Politoloqun sözlərinə görə, Roma Papası Fransiskin dini mərasimdəki oxuduğu mətn həqiqət deyil, yarımhəqiqət idi: "Ermənilər 600 il Osmanlı imperiyasının tərkibində yaşayıb, inkişaf ediblər. Ermənilər nazir vəzifələrinə təyin olunublar. Ermənilər kənar faktorların təsiri altında Osmanlı imperiyasına etiraza başladılar. Kənar faktorlardan ən əsası dini faktor idi. Ona görə Vatikan indi də həqiqəti deyə bilmir. Katolik ermənilərinin Roma Papasına təzyiq etdiyi, saxta mətn sırıdığı, hətta onu şantaj etdiklərini ehtimal etmək üçün bütün əsaslar var. Papa sülhməramlılıqdan uzaqlaşdırılır, "erməni soyqırımı”nı unutmamağa çağırır. Roma Papasının şantaja məruz qalmasının əsas səbəbini onun ermənilərlə, xüsusilə Argentina erməniləri ilə olan münasibətində axtarmaq lazımdır. Görünür, ermənilərə Fransiskin Argentina həyatı ilə bağlı bəzi şeylər məlumdur və bunlar Fransiski qorxudur”.

M.Əhmədoğlu vurğulayıb ki, Roma Papasının dua mərasimində etdiyi çıxışda "erməni soyqırımı” termini işlətməkdən daha təhlükəli onun "erməni soyqırımı”nı unutmamağa çağırmasıdır: "Bu ermənilərin indiki davranışının və erməni konfliktogenliyinin davamına çağırışdır. Erməni xalqı belə uydurma miflər əsasında yaşadığına görə bu gün dünyadan demək olar ki, təcrid olunmuş vəziyyətdədirlər. Yalnız özlərinin anladığı anlayışlar və ifadələrdən istifadə edirlər. İndi erməni xalqı Cənubi Qafqaz regionunu tərk etmək üzrədirlər. Problemin mənbəyi özlərindədir. Roma Papasının "erməni soyqırımı”nı unutmamağa çağırışı ABŞ və Avropanın Ermənistanla Türkiyəni barışdırmaq istiqamətindəki bu vaxtadək gördüyü işləri yerə vurmaq deməkdir”.

Politoloqun fikrincə, Roma Papasının "erməni soyqırımı”nı unutmamağa çağırışı dini qızışdırıcılıq çağırışıdır və yaxın vaxtlarda özünü Yaxın Şərqdəki proseslərdə göstərəcəkdir: "Roma Papası Türkiyədə yaşayan ermənilər üçün yeni problem yaratdı. Türkiyədəki 100 min erməninin böyük əksəriyyəti Türkiyəyə işləməyə gəlmiş Ermənistan vətəndaşlarıdır. Son illərdə Türkiyə hökuməti ermənilərlə bağlı məsələlərdə mövqeyini xeyli dəyişmişdi. Ermənilər vəzifəyə təyin edilirdilər, deputatlığa namizədliyi sürülmüşdü, erməni kilsələri Türkiyə hökumətinin hesabına təmir edilirdi, bəzi mülklər ermənilərə qaytarılmışdı. Türkiyə hökumətinin ermənilərlə münasibətinə yenidən baxması çox mümkündür. Fransiskin mövqeyinin simmetrik və asimmetrik olması polemika yarada bilər. Amma rəsmi Ankara Fransiskə simmetrik cavab verməyə borcludur”.

M.Əhmədoğlu əlavə edib ki, bütün baş verənlərdə yalnız Türkiyəni günahlandırmaq, Vatikanın Qərbin və özünün XIX əsrin sonu XX əsrin əvvəlindəki hadisələrdə rolunu unutması Türkiyə ilə Qərb arasındakı anlaşılmazlığın əsas səbəbidir: "Roma Papasının, eləcə də bütünlükdə Qərb dünyasının rəsmi Ankaranın arxivlərinin açılması təşəbbüsünə dəstək verməməsi heç bir sivil normaya sığmır. "Erməni soyqırımı”na Vatikanın münasibətinin dəyişməsi xristian dəllallarının Qarabağ mövzusunda da aktivləşməsinə səbəb oldu. Roma Papasının adından Dağlıq Qarabağda sülhə çağırış bəyanatı yaydılar. Amma onların Dağlıq Qarabağdakı sülhə çağırışı Dağlıq Qarabağda status-kvonun qorunmasına olan çağırış anlamında idi”.

M.Əhmədoğlu əlavə edib ki, ola bilər, Roma Papası Fransisk ermənilərin şantajından uzaq olmağın yollarını axtarır: "Bu yolu nə qədər tez tapsa, Yaxın Şərq regionunda baş verənlərə bir o qədər faydalıdır. Qərbin, o cümlədən Vatikanın özünün Yaxın Şərqdəki proseslərə müdaxilə etməsi üçün bütün açarlar yalnız Türkiyənin əlindədir. Başqa variant mümkün deyil. Ona görə Roma Papası Fransiskin erməni mövzusunda yeni müraciətinə ciddi ehtiyac var”.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ