ABŞ prezidenti Barak Obama Kubanı terrorçuluq sponsoru dövlətləri siyahısından çıxarmaq qərarı qəbul edib, Ağ Evin mətbuat xidməti bildirir.
"Bu gün Birləşmiş Ştatların prezidenti Konqresə Kubanın terrorizm sponsoru dövləti statusunu ləğv etmək niyyəti haqqında administrasiyanın qanun üzrə nəzərdə tutulan hesabatı və zəmanətini göndərib”, - prezident nəzdində Milli Təhlükəsizlik Şurasının Twitter hesabında məlumat verilir.
50 ildən əvvəl kəsilmiş Kuba-Amerika münasibətlərinin normallaşması prosesi son aylar sürətlənib, ötən həftə isə Obama ilə Kubanın lideri Raul Kastro arasında çox səmimi görüş keçirilib.
Lakin Kubanın terrorizm sponsoru ölkələri siyahısında olması normal diplomatik münasibətlərin bərpa olunması eləcə də Havana və Vaşinqtonda səfirliklərin açılmasını əngəlləyən yeganə maneə aradan qaldırılmamış qalır.
Obamanın konqresə müraciətində deyilir ki, son altı ay ərzində Kuba "beynəlxalq terrorizmə dəstək verməyib” və "gələcəkdə beynəlxalq terrorçuluq aktlarına dəstək olmayacağını vəd edib”.
Lakin Amerika mallarının Kubaya ixrac edilməsi üzərində embarqo hələ qüvvədə qalmaqdadır, çünki onu yalnız Konqres ləğv edə bilər.