şənbə günü, 28 noyabr 2026
     

ABŞ-ın Azərbaycan siyasətini cılız siyasi qrup maraqlarının girovuna çevirməyə daha bir cəhd...

Image


Azərbaycana qarşı qərəz ABŞ-ın özünə daha böyük zərər vurmağa başlayır

Azərbaycana qarşı Qərbdə bəzi dairələrin ikili standartdan çıxış etməsi, qərəzli mövqe sərgiləməsi heç kimə sirr deyil. Əsas məqsəd burada Azərbaycanın daxili işlərinə qarışmaq olsa da, ölkəmiz belə təsirləri indiyə qədər uğurla neytrallaşdırıb. Amma qərəz sərgiləyənlərin də əməllərindən geri qaldığını söyləmək olmaz. Yenə də müxtəlif qeyri-hökumət təşkilatları, dairələr vasitəsilə Azərbaycanın daxili işlərinə qarışmağa cəhd edilir, ona qarşı müəyyən addımlar atılmasına çalışılır.
Adlarını insan haqları təşkilatları qoyan və əslində kimlərinsə əlində alət olan müəyyən təşkilatların, eləcə də bəzi keçmiş diplomatların ABŞ dövlət katibi Con Kerrini insan haqlarının vəziyyətinə görə Azərbaycan rəsmilərinə qarşı viza qadağası qoymağa və səhmlərini dondurmağa, həmçinin ticarət sahəsində ABŞ-ın Azərbaycanın dövlət qurumlarına göstərdiyi həvəsləndirici yardımları dayandırmağa çağırması da bundan başqa bir şey deyil. Məktubda həmişəki köhnə hava çalınıb, Azərbaycan yenə fundamental insan haqlarına hörmət etməyən dövlət kimi göstərilib. Konkret cinayət əməlləri törədən şəxslər siyasi məhbuslar kimi xarakterizə edilib. Məktuba imza atanlar arasında ABŞ dövlət katibinin demokratiya və insan haqları üzrə keçmiş köməkçisi Eliot Abrams, "Georgetown" Universitetindən Жeffri Gedmin, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç, "Azad Amerikalı azərbaycanlılar" təşkilatından Elmar Şahtaxtinski və Qorxmaz Əsgərov da var. Sirr deyil ki, məktubda göstərilənlərin əksinə olaraq Azərbaycanda vətəndaş cəmiyyəti təşkilatlarına hər hansı təzyiq yoxdur. Digər tərəfdən, sözügedən məktub bu yay Bakıda keçiriləcək Avropa Oyunları ərəfəsində ölkənin əsassız tənqidlərə məruz qaldığını göstərən daha bir faktdır. Heç şübhə yoxdur ki, bu məktub Azərbaycana qarşı çirkli kampaniya aparanların növbəti sifarişi əsasında meydana çıxıb. Məktuba imza atanlar isə aldıqları qrant, pul əsasında hər zaman Azərbaycana qarşı qərəzli mövqe sərgiləyən şəxslərdir. Sirr deyil ki, ilk Avropa Oyunlarının keçirilməsi yaxınlaşdıqca ölkəmizə qarşı güclənən qarayaxma kampaniyasının məqsədi Azərbaycanın uğurlu işlərini, beynəlxalq nüfuzunu gözdən salmaqdır. Azərbaycanda hər dəfə belə mötəbər beynəlxalq tədbir keçiriləndə ölkəmiz bəzi xarici dairələrin hədəfinə çevrilir. Görünür, indi bu sıraya ABŞ-da olan bəzi dairələr də qoşulur. Bunun üçün isə daim Azərbaycana qarşı qərəzli olan dairələr və şəxslər hərəkətə gətirilir. Yuxarıda qeyd olunan məktuba imza atanların tərkibi də bunu təsdiqləyir. Sadəcə burada təəssüf doğuran hal ondan ibarətdir ki, ABŞ-da belə şəxslərin qərəzli mövqe sərgiləməsinə şərait yaradılır. Bu isə müəyyən məkrli məqsədlərin də göstəricisi sayıla bilər. Çünki ABŞ-ın dərdi demokratiya olsa idi, onda elə öz daxilində insan hüquqları ilə bağlı yaranan problemləri həll edərdi.
ABŞ-da isə insan hüquqları ilə bağlı çox ciddi problemlər var və bu hal xüsusən son dövrlərdə özünü qabarıq göstərir. Məsələn, insan hüquqları, demokratiya sahəsində daim hədəf kimi seçdiyi ölkələrə iradlar tutmağa çalışan, ancaq buna rəğmən, öz daxilində qeyd edilən səpkidə ciddi problemləri görməzlikdən gələn ABŞ-da polis zorakılığının güclənməsi son dövrlərdə özünü getdikcə daha qabarıq formada büruzə verməkdədir. Bu zorakılıq xüsusən qaradərili insanlara münasibətdə daha çox müşahidə edilir. Belə vəziyyət isə, öz növbəsində, ABŞ-ın irqi ayrıseçkilik problemindən də hələ tam yaxa qurtarmadığının əyani göstəricisi hesab edilə bilər. Xatırladaq ki, bu günlərdə "Əl-Cəzirə" telekanalı bu günlərdə belə bir maraqlı məlumat yaymışdı ki, cari ilin əvvəlindən indiyədək ABŞ-da 292 nəfər polis tərəfindən öldürülüb. Məlumata görə, təkcə 2015-ci ilin mart ayında ABŞ-da 111 nəfər polis zorakılığının qurbanı olub. Telekanal ABŞ-da polis tərəfindən öldürülən şəxslərin sayını Böyük Britaniya ilə də müqayisə edib: "Mart ayında ABŞ-da polis tərəfindən öldürülən 111 nəfər İngiltərədə 1900-cü ildən bəri öldürülənlərin sayından çoxdur. Öldürülən şəxslərin əksəriyyəti qaradərili və Latın Amerikasından olanlardır. Bütün bunlar isə ABŞ-da irqçilik probleminin olduğunu bir daha göstərir. Ona görə də son vaxtlar ABŞ-da irqçiliyə qarşı etiraz aksiyalarının sayı artmaqdadır".
Bütün bunlar o deməkdir ki, özünü insan hüquq və azadlıqlarının, demokratiyanın carçısı adlandıran ABŞ-da irqçilik o həddə çatıb ki, Amerika polisi qaradərili şəxslərə, belə demək olarsa, ikinci növ insan kimi baxır. Elə bir neçə ay əvvəl Florida ştatının Mayami şəhərindəki poliqonların birində polislərin hədəf taxtası yerinə qaradərili amerikalıların fotoşəkillərindən istifadə etməsinə dair fakt bu aqressiv münasibətin göstəricisi sayılır. Ekspertlər qeyd edir ki, ABŞ polis dövlətidir, deməli, polisin bu hərəkətləri həm də dövlətin mövqeyi hesab olunmalıdır. Araşdırmalar göstərir ki, ABŞ həbsxanalarında cəza çəkən məhbusların böyük əksəriyyəti qaradərililərdir. Afroamerikalılar ölkə əhalisinin 20 faizini təşkil etdiyi halda, türmədəkilərin 60-70 faizi onlardan ibarətdir. Bütün bunlar göstərir ki, Amerika polisi qaradərililərə qarşı amansızdır. Lakin proseslər göstərir ki, ABŞ-da, ümumiyyətlə, Qərb dünyasında təkcə qaradərililər yox, həm də müsəlmanlara qarşı ayrıseçkilik halları geniş vüsət almaqdadır. Beləliklə, ABŞ-la yanaşı, irqçilik, ksenofobiya bu gün Avropanın aparıcı ölkələrində də ciddi problemə çevrilib. Amma Qərb özü bütün bunları görməzlikdən gəlir. Xüsusən də ABŞ.
Digər tərəfdən, ən vacib nüanslardan biri də indiki vəziyyətdə ABŞ-Azərbaycan münasibətlərindən kimin daha çox xeyir götürməsi məsələsidir. Real durumda daha çox qazanclı tərəf ABŞ-dır.
Hər halda ölkəmizdə fəaliyyət göstərən və burada böyük pullar qazanan ABŞ şirkətlərinin indi də davam edən fəaliyyəti bunun göstəricisidir. Azərbaycan indiyədək özünün ən böyük problemi olan Qarabağ probleminin həllinə ABŞ-dan heç bir əməli dəstək almayıb, problem Azərbaycanın ziyanına yerində sayır. Böyük neft və qaz ehtiyatlarına malik Azərbaycan isə ABŞ-ın və onun Avropadakı müttəfiqlərinin enerji təhlükəsizliyinə töhfələr verir və Avropanın enerji təchizatını şaxələndirəcək "Cənub Enerji Dəhlizi"nin ən önəmli bəndi olaraq qalmaqdadır. Enerjidən başqa Azərbaycan ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşına çevrilib. Xatırladaq ki, Azərbaycan "Boeing" və "Microsoft" kimi şirkətlərin əsas regional tərəfdaşına çevrilərək çoxmilyardlıq kontraktlar imzalayıb və bununla da bu ştatda amerikalılar üçün on minlərlə yeni iş yerinin yaranmasına səbəb olub. Digər tərəfdən, xatırladaq ki, Azərbaycan məlum 11 sentyabr terror aktlarından dərhal sonra ABŞ-ı dəstəkləyərək amerikalı hərbçilərlə birlikdə döyüşmək üçün Əfqanıstan və İraqa qoşunlar göndərdi. 1994-cü ildə Azərbaycan NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramına qoşulub, Kosovo, İraq və Əfqanıstanda alyansın sülhməramlı əməliyyatlarında iştirak edib. Hər halda qeyd olunanları ABŞ-ın mütləq nəzərə alması vacibdir. Əks təqdirdə hansısa qərəzli şəxslərin diqtəsi ilə edilən hərəkət son nəticədə ABŞ-ın özünə böyük zərər vuracaq.

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ