şənbə günü, 28 noyabr 2026
     

Rusiya ilə qaz müharibəsində Avropanın Azərbaycan kartı...

Image


Avropanın xilasının Azərbaycan qazından asılı olduğu bir daha təsdiqlənir

Azərbaycan qazının Avropa üçün nə dərəcədə vacib əhəmiyyət kəsb etməsi Rusiyanın son addımları fonunda bir daha özünü qabarıq şəkildə büruzə verir. Belə ki, Rusiya rəsmilərinin açıqlamaları Kremlin Qərbə qarşı enerji şantajından hələ əl çəkmədiyini üzə çıxarır. Bu isə o deməkdir ki, Rusiya Qərbin ondan olan enerji asılılığından hələ də maksimal dərəcədə öz maraqları naminə yararlanmağa çalışır.
Qeyd edilənlərin daha bir real təsdiqi "Qazprom"un sədri Aleksey Millerin "Türk axını"na mane olmaq üçün Rusiya qazının Ukrayna üzərindən keçməsinə çalışan Avropa ölkələrinə xəbərdarlığında özünü göstərir.
Aleksey Miller qeyd edir ki, Avropa ölkələri "Türk axını"na mane olarsa, Avropaya qaz nəqli birdəfəlik dayandırıla bilər: "Cənub axını" layihəsinin əngəllənməsində əsas məqsəd yalnız Ukrayna üzərindən enerji daşınmasını təmin etmək idi. Bəziləri "Türk axını"nı da blok etməyi düşünürsə, böyük səhv etmiş olur. Ukrayna ilə tranzit anlaşması 2019-cu ildə sona çatacaq. Bundan sonra isə "Qazprom" "Türk axını" vasitəsilə nəqli davam etdirəcək. Bizim rəqabətdəki üstünlüyümüz ondan ibarətdir ki, məcbur olsaq, fasilə verə bilərik. Bu fasiləni də istədiyimiz qədər uzada bilərik". "Qazprom"un Avropa strategiyasından çıxaraq Avrasiya strategiyasına keçdiyini deyən Miller gələcəkdə qiymətin Asiyada müəyyənləşəcəyini deyib: "Strateji planımız ani deyil, uzunmüddətli işimizin bir nəticəsidir. Önümüzdəki 10 ildə Avropa bazarındakı qiymət meyarı Asiya bazarı ilə eyni olacaq".
Avropa isə Rusiyanın təhdidləri fonunda alternativ mənbələrdən qaz alışına daha çox diqqət yetirir və bu sırada əsas yerlərdən birini məhz Azərbaycan tutur. Hazırda Azərbaycandan Avropaya satılan qaz həcminin artırılması üçün fəal şəkildə müvafiq infrastruktur yaradılır. Bunun ən bariz nümunəsi isə reallaşmasına artıq start verilən "Transanadolu "Təbii Qaz Boru Xətti Layihəsidir (TANAP) ki, onun Avropa üçün getdikcə daha böyük əhəmiyyət kəsb etdiyi üzə çıxır. "Türk axını" ilə müqayisədə TANAP-ın daha tez rellaşacağı heç bir şübhə doğurmur. Düzdür, ötən həftə Rusiya prezidenti Vladimir Putin Yunanıstanın baş naziri Aleksis Tsiprası qəbul edərək "Türk axını" qaz kəməri layihəsinin yunan ərazilərindən keçməsinin intensivləşdirilməsi məsələsini müzakirə etdi. Lakin "Alman dalğası" radiostansiyası bu mövzunu şərh edərək qeyd edir ki, Putin yunan baş nazirə "möcüzə-kəmər" təklif edib. Çünki Putin özü yunan nazirlə görüşdə "Türk axını"na dair heç bir konkret razılaşma əldə edilmədiyini vurğuladı. Şərhdə deyilir ki, əslində Rusiyanın dayandırdığı "Cənub axını" layihəsinin dumanlı kölgəsi olan "Türk axını" ilə bağlı məsələ heç də birmənalı deyil.
Rusiya bu layihə ilə Avropa Birliyinin təzyiqləri nəticəsində "Cənub axını"nın tikintisini donduran Bolqarıstandan qisas almaq istəyir. Nümayiş etdirir ki, Bolqarıstan ərazisindən qaz tranziti planlarından imtina edir. Lakin bu o deməkdir ki, Rusiya Bolqarıstanın yerləşdiyi regiona ildə 50 milyard kubmetr qaz nəql etmək planlarını da reallaşdıra bilməyəcək. Bu planı reallaşdırmaq üçün "Türk axını"nın son nöqtəsindən, yəni Yunanıstanın Türkiyə ilə sərhədindən hansısa kəmər şimala, yəni Bolqarıstana istiqamət almalı idi. Ancaq Bolqarıstan hazırda Rusiya tərəfindən tranzit ölkə kimi nəzərdən keçirilmədiyindən Yunanıstan ideyası meydana çıxıb.
Məsələ burasındadır ki, Yunanıstandan ancaq Makedoniya və Albaniyaya tranzit mümkündür. Bu ölkələr isə o qədər kasıb və balacadır ki, ildə 63 milyard kubmetr qaz nəqli üçün çəkiləcək kəmərin son nöqtəsi ola bilməzlər. Ona görə də sonrakı marşrutu planlaşdırmaq lazımdır: Makedoniya-Serbiya-Macarıstan-Avstriya, yaxud Albaniya-Çernoqoriya-Bosniya-Xorvatiya-Sloveniya-Avstriya. Lakin heç bir variant iqtisadi baxımdan real deyil. Mərkəzi Avropaya qaz nəqli üçün hansısa sayda Cənubi Avropa ölkəsinə ildə yüz milyonlarla dollar tranzit haqqı ödəmək kimə lazımdır? Axı bu cənub ölkələrinin özlərinin qaza tələbatı çox cüzidir.
Bütün bunlar o deməkdir ki, "Türk axını"nın rellaşması sual altındadır. Əvəzində TANAP-ın həyata keçirilməsinə artıq başlanıb. Özü də bu kəmərdən təkcə Azərbaycan qazı axmayacaq. Belə ki, bu layihə vasitəsilə Qərb nəzərdə tutulduğundan daha böyük həcmdə qaz ala bilər. Çünki bu kəmər vasitəsilə tək Azərbaycan yox, böyük qaz ehtiyatlarına malik İran və Türkmənistan da mavi yanacağın ixracına start verə bilər. Artıq bu istiqamətdə fəal iş gedir.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev də bu günlərdə qeyd edib ki, İran üzərindən sanksiyalar götürüldükdən sonra qonşu ölkənin TANAP-da iştirakı aktuallaşır: "TANAP hazırda o qədər gəlirli layihədir ki, artıq buradan pay vermək lazım deyil. Bundan sonra yalnız sata bilərik. Yaxşı qiymətlər təklif olunsa satmaq olar. Hazırda təkliflər var. Bilirsiniz ki, İranın üzərindən sanksiyalar götürüldükdən sonra TANAP-ın gündəliyi çox yüksəlir. İranın da gələcəkdə qazı olacaq və bu qazı bazarlara çıxarmaq üçün TANAP-dan başqa bir alternativ yoxdur". Eyni zamanda türkmən qazının da TANAP vasitəsilə Qərbə ixracı üçün intensiv iş gedir. Avropa "Transxəzər" qaz boru kəmərinin tikintisi ilə bağlı Türkmənistanla danışıqlara başlamağa hazırlaşır. Deməli, Azərbaycan Avropada Rusiya qazının əsas alternativ mənbəsinə çevrilir.
 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ