Türkiyə və Səudiyyə Ərəbistanı Suriyadakı Bəşər Əsəd rejimini devirmək üçün hərbi ittifaq qurmağa hazırlaşır.
Baki-xeber.com xəbər verir ki, bu iddia ilə "Huffington Post” qəzeti çıxış edib.
Qəzetin iddiasına görə, adıçəkilən iki ölkə Suriyaya hərbi müdaxilə ilə bağlı yüksək səviyyəli danışıqlar aparırlar. Danışıqlara yaxın qaynaqların "Huffington Post”a verdiyi məlumata görə, Türkiyə ilə Səudiyyə Ərəbistanı arasındakı müzakirələr Qətər vasitəçiliyi aparılır.
Müzakirə edilən planda Türkiyənin Suriyaya qurudan əsgər göndərməsi, Səudiyyə Ərəbistanının da hava hücumları ilə əməliyyatlara dəstək verməsi nəzərdə tutulur.
Xəbərdə fevral ayında Vaşinqtona gedən Qətər əmri Şeyx Tamim bin Hamid Əl Taninin sözügedən müzakirələrlə bağlı ABŞ prezidenti Barak Obamanı da xəbərdar etdiyi qeyd edilir.