Estoniya prezidenti Toomas Hendrik İlves ölkəsində daimi əsasda NATO bazasının yerləşdirilməsinə çağırış edib. Onun fikrincə, növbəti dünya böhranı episentrinin Estoniya olacağı ehtimalı yüksəkdir”.
Baki-xeber.com xəbər verir ki, Britaniyanın "The Daily Telegraph” qəzetinə müsahibəsində İlves bildirib ki, Baltika dövlətləri sərhədi yaxınlığında Rusiyanın keçdiyi təlimlər və hərbi təyyarə uçuşları Estoniyanı narahat edir.
Hazırda Estoniyada müvəqqəti olaraq 150 nəfər ABŞ piyada qüvvəsi yerləşdirilib. NATO təhlükə qarşısında olan üzvləri üçün 5 minlik yeni əsgəri qüvvə toplamaq niyyətindədir.
Estoniya prezidenti Rusiya əsgərlərinin Estoniya paytaxtı Tallinə dörd saat içində çata biləcəyini deyir.
Qeyd edək ki, Rusiya sərhədindəki şəhərlə Tallin arasında 218 km məsafə var.
NATO ilə Rusiya arasında 1997-ci ildə imzalanmış çərçivə müqaviləsinə əsasən, NATO qüvvələri Şərqi və Mərkəzi Avropada daimi əsasda yerləşdirilə bilməz. Lakin NATO və Rusiya arasında 1997-ci ildə imzalanmış sazişə əsasən Şərqi və Mərkəzi Avropada hərbi bazalar yerləşdirilə bilməz.
Estoniya prezidenti hesab edir ki, hazırda Avropada vəziyyət 1997-ci il ilə müqayisədə xeyli dəyişib və indi Estoniya ərazisində azı bir NATO briqadası daimi əsasda yerləşdirilməlidir.
Estoniya hazırda 5300 nəfərlik əsgəri qüvvəyə malikdir, ölkənin hava sərhədlərində NATO qırıcıları keşik çəkir.
NATO Rusiya təcavüzə əl atarsa, Şərqi Avropa üzvlərini qorumaq üçün 5000 nəfərlik çevik qüvvələrini 48 saat içində hazır vəziyyətə gətirəcəyini deyir.