Hillari Klinton 2008-ci ildə Demokrat Partiyasından prezidentliyə namizəd qismində nominasiyasında mübarizəni Barak Obamaya uduzub. Hazırda, politoloqların rəyincə, demokratlar sırasında onun ciddi rəqibi yoxdur.
Barak Obama Hillari Klintonu Demokrat Partiyasının namizədi kimi dəstəklədiyini bildirib. Obamanın sözlərinə görə, Klinton çox yaxşı prezident olacaq – onun Birləşmiş Ştatlar üçün etmək istədiyinə dair aydın görümü var.
"O, 2008-ci ildə [Demokrat Partiyasının praymerizində] çox güclü namizəd olub. O, prezident seçkilərində bütövlüklə məni dəstəkləyib. O, görkəmli baş katib olub. O, mənim dostumdur. Elə düşünürəm, o çox yaxşı prezident olar”, - deyə prezident Barak Obama Panamada "Amerika sammiti” başa çatdıqdan sonra mətbuat konfransında bəyan edib.
Həmçinin Nyu York ştatından senator olan və Obamanın ilk prezidentliyi dövründə ABŞ Dövlət Departamentinin başçısı olmuş Amerikanın birinci xanımı 67 yaşlı Hillari Klinton seçki yarışına qatıldığı haqqında rəsmən bazar günü elan edib. Klintonun rəsmi seçkiqabağı saytında dərc olunmuş videoda sadə amerikalılar öz ümid və gözləntiləri barədə söyləyirlər, ondan sonra Klinton deyir ki, onların "müdafiəçisi” olmaq və maraqlarını müdafiə etmək istəyir.
Klinton seçkilərdə qalib gəlsə, ABŞ-ın ilk qadın prezidenti olar.