"Dağlıq Qarabağ münaqişəsi zonasında "seçkilər"in keçirilməsi regionda vəziyyətin gərginləşməsinə səbəb olacaq məsələlərdən biridir. Bu kimi hərəkətlərdən ciddi şəkildə çəkinilməlidir". Bunu Azərbaycanın işğal olunmuş ərazisində mayın 3-də keçiriləcək qondarma "parlament seçkisi" ilə bağlı Trend-in sorğusuna cavab olaraq İranın Xarici İşlər Nazirliyindən bildirilib.