Papa Fransisk 1915-ci il hadisələrinə dair verdiyi açıqlaması ilə erməni terror təşkilatı ASALA-nın cinayətlərinə bəraət qazandırır. Trend-in "Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Avropa İttifaqı məsələləri üzrə naziri Volkan Bozkır bildirib.
O qeyd edib ki, Osmanlı ərazisində "erməni soyqırımı”nın törədilməsini sübut edən bircə sənəd belə mövcud deyil.
"Roma Papasının bəyanatı Türkiyə üçün tarixi saxtalaşdırmaqdan başqa bir şey deyil”, – deyə nazir vurğulayıb.
Türkiyə XİN də öz açıqlamasında bildirib ki, Roma Papasının açıqlaması Türkiyə üçün heç bir rol oynamır.