şənbə günü, 28 noyabr 2026
     

Avro sürətli ucuzlaşma təhlükəsi qarşısındadır

Image


Yunanıstan avrozonadan çıxarılsa...
Avropanın vahid valyutasının dünyanın əksər ölkələrinin pulları qarşısında dəyər itirməsi avronun ehtiyat valyuta kimi dövriyyədən çıxmasına səbəb ola bilər. Artıq bu xüsusda əksər maliyyə mərkəzləri tərəfindən çoxsaylı xəbərdarlıqlar edilməkdədir. Qeyd edilir ki, dünya miqyasında mərkəzi bankların son aylar ərzində avroda saxlanan aktivlərini azaltması vahid Avropa valyutasının ehtiyat valyuta statusunu itirməsi ilə nəticələnə bilər.
Bildirilir ki, cari ilin mart ayında başladığı monetar ekspansiya tədbirləri nəticəsində Avropa İttifaqı (Aİ) gələcəkdə iqtisadi hədəflərinə çata bilsə də, avronun cazibəliliyini itirməsinə səbəb olacaq. Nəticədə avro uzunmüddətli perspektivdə, ümumiyyətlə, tədavüldən çıxarıla bilər.
Mərkəzi banklar monetar genişlənmə proqramı nəticəsində dəyərdən düşəcəyini ehtimal edərək artıq keçən ildən avroda olan aktivlərini azaltmağa başlayıb. Hazırda avro dünya mərkəzi banklarının məcmu ehtiyatlarının 22%-ni təşkil edir. Halbuki, 5 il əvvəl bu göstərici 28% olub. Beynəlxalq Valyuta Fondunun məlumatlarına əsasən, ötən dövr ərzində dollar və yapon yenində olan aktivlər artırılıb. Fransanın «Societe Generale» bankının iqtisadçısı Daniel Fermon avronun bir ehtiyat valyutası kimi dəyərdən düşdüyünü vurğulayır: «Problem odur ki, onun minimum hansı səviyyəyə düşəcəyini proqnozlaşdırmaq mümkün deyil». Avropa Mərkəzi Bankının rəhbəri Mario Draqi isə avro aktivlərini azaldan mərkəzi banklara müsbət yanaşdığını bildirərək qeyd edib ki, zəif valyuta məzənnəsi qitəni rəqabət qabiliyyətli edir. Gələn ilin sentyabrına kimi Avropa Mərkəzi Bankı dövriyyəyə hər ay 60 miylard avro buraxır və bu da avronun məzənnəsinin aşağı düşməsində əsas rol oynayır. Qeyd edək ki, 2015-ci ilin əvvəlinə Azərbaycanın valyuta aktivlərinin 34%-i avronun payına düşüb. Hesab edilir ki, Azərbaycan da avro ehtiyatlarını başqa pul, ilk növbədə qızılla əvəzləməlidir. Çünki avronun dəyərdən düşməsi davam edəcək və Yunanıstanın avrozonadan çıxması bu prosesi daha da sürətləndirəcək. «The Times» qəzeti Finlandiyanın Maliyyə Nazirliyinin müvafiq sənədini əldə edən «Helsingin Sanomat» nəşrinə istinadən məlumat yayıb ki, avrozonaya daxil olan ölkələr Yunanıstanın bu məkandan mümkün çıxarılması ilə bağlı plan hazırlayır.
Nəşrin xəbərində qeyd edilir ki, sənəddə 2015-ci ilin iyununda çox çətin siyasi qərarın veriləcəyi barədə danışılır. Sənəddə, həmçinin, Brüssel yaxın üç həftədə Afinaya maliyyə yardımının növbəti tranşını ayırmağa razılıq vermədiyi təqdirdə Yunanıstanın iflas edəcəyi barədə ehtimal da yer alıb. Bildirilir ki, Yunanıstan öz borc öhdəliklərini yerinə yetirməsə, avrozonanın tərkibindən çıxmalı olacaq. Sənəddə qeyd edilir:»Afinanın borclarını ödəməkdən imtinası avrozonaya daxil olan digər ölkələrin səssiz razılığı ilə Yunanıstanın valyuta ittifaqından çıxarılmasına aparan prosesin işə salınmasına gətirib çıxara bilər».
Hər halda, avronun bundan sonra dəyər itirəcəyi, xüsusən də dollara nisbətən ucuzlaşacağı qaçılmaz sayılır. İqtisadçı ekspert Oqtay Haqverdiyev də vurğulayır ki, dünya valyuta bazarında öz yeri olan dollar hər zaman qüvvədə olub, bundan sonra da olacaq: «Hazırda dolların ən təsirli rəqibi avrodur. Funt sterlinq o qədər də işlək deyil. ABŞ-ın iyun ayında uçot dərəcəsini artırmaq istəməsi ölkənin daxili, iqtisadi və maliyyə siyasəti ilə bağlıdır. Belə ki, dolların məzənnəsi aşağı düşsə, demək, onlar öz ixraclarını stimullaşdırmaqla sahibkarlığın inkişafına təkan vermək istəyirlər. Əksinə, bahalaşma olarsa, demək ki, tələbatdan çox istehsalın qarşısını almaqla qiymətlərin aşağı düşməsini önləmək istəyirlər. Bu, eyni zamanda, avro ölkələri üçün daha əlverişli olardı. Dolların güclü olması böyük iqtisadiyyatla ölçülür. Dünya iqtisadiyyatının 23 faizi bir ölkədə - Amerikadadır. Eyni zamanda, demək olar ki, dünya iqtisadiyyatının ehtiyacının 40 faizini Amerika istehlak edir. Harmonik, müasir və çoxşaxəli iqtisadiyyata malik bir ölkənin valyutasının hazırkı dönəmdə güclü olması çox təbiidir. Buna görə də hesab edirəm ki, bu bahalaşma bundan sonra da davam edəcək».
Bəzi ekspertlər isə avronun dollara nisbətən məzənnəsinin aşağı düşməsini ABŞ-ın Avropaya jesti kimi qiymətləndirir. Qeyd edək ki, hazırda ABŞ Avropanın iqtisadiyyatının sağlamlığında daha çox maraqlıdır və məzənnə siyasəti ilə köhnə qitənin ixracını stimullaşdırmaqla iqtisadi inkişafı dəstəkləməyə çalışır. Dolların məzənnəsinin yüksəlməsinə baxmayaraq, ABŞ ixracatı böyük həcmdə qalmaqdadır. Təbii ki, dolların məzənnəsinin süni şəkildə yüksəldilməsi ABŞ üçün risqlər formalaşdırır: Amerika şirkətlərinin öz mal və xidmətlərini satmasında çətinliklər yaradır. Bu, eyni zamanda, daxili bazarda inflyasiyanın aşağı düşməsinə səbəb olub. Amma Amerika Avropadakı müttəfiqlərinə dəstəyi davam etdirmək niyyətindədir. Digər tərəfdən, avrozonada yerləşən ölkələrin bir qismi ixracatla bağlı proqnozlarına əməl edə bilməyib. İspaniya, Yunanıstan kimi ölkələr hələ də tənəzzül dövründən çıxa bilmir. Bu isə nəticə etibarilə avronun məzənnəsinin aşağı düşməsinə gətirib çıxarır. Aydırdır ki, avronun məzənnəsinin aşağı düşməsi Azərbaycana da təsirsiz ötüşməyəcək. Xatırladaq ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Azərbaycanın xarici ticarət dövriyyəsinin 60 faizə yaxını məhz Avropa İttifaqı ölkələrinin payına düşür. Avronun məzənnəsinin aşağı düşməsi Avropada istehsal olunan məhsulların maya dəyərinin azalmasına gətirıb çıxarır. Çünki avrozonada istehsal olunan məhsulların dollar ifadəsində dəyərinin azalması müşahidə edilir ki, bu da, təbii, onların dünya bazarında rəqabət qabiliyyətinin yüksəlməsinə gətirib çıxarır. Bu isə avrozonadan Azərbaycana gətirilən məhsulların həcminin artmasına səbəb olacaq. Ona görə ki, Avropada istehsal olunan məhsullar daha ucuz olacaq və onlar digər ölkələrdə rəqabət aparmaq imkanı qazanacaq. Amma yuxarıda qeyd olunduğu kimi, avronun dəyərdən düşməsi onun tədavüldən çıxmasına gətirib çıxarmaq iqtidarındadır.
 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ