Katoliklərin ruhani lideri Papa Francesko 1915 hadisələrini anmaq üçün Vatikanda təşkil edilən və Ermənistandan siyasi və dini liderlərin qatıldığı ayin zamanı o dövrdə baş verən ölümləri "soyqırım" kimi xarakterizə edib.
Baki-xeber.com xəbər verir ki, Ankaradan hələlik bu mövzu ilə bağlı hər hansı açıqlama verilməyib, ancaq Papanın bu sözlərindən bir neçə saat sonra, Vatikanın Ankara səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.