İnstitut direktoru qeyd edib ki, Avropaya digər regionlardan qaz nəqli ilə bağlı müəyyən problemlər var: "Türkmənistandan qaz nəqli üçün Transxəzər boru kəmərini inşa etmək lazımdır, amma Xəzərin statusu ilə bağlı uzanan müzakirələr layihənin gerçəkləşməsinə əngəl törədir. Bundan başqa, Türkmənistan öz qazının böyük hissəsini Çinə ixrac edir. Şərqi Aralıq dənizi bölgəsindən də (İsrail, Kipr) qaz nəqli ehtiyatların az olması səbəbindən problematikdir".
E.Qreko əlavə edib ki, Avropada şist qazının hasilatı üzrə mövcud layihələr də dondurulub: "Ona görə də Azərbaycan hazırda yeganə alternativ qaz tədarükçüsü sayıla bilər".