ABŞ prezidenti Barak Obama İranın nüvə proqramı ilə bağlı razilaşmaya dair optimist olduğunu deyir. O bildirib ki, bu həftə Iranın ali dini lideri Əli Xamneyinin sərt bəyanatına baxmayaraq, razılıq əldə olunacaq.
Obama deyib ki, Xamneyinin "bu mövzuda İranın öz daxili siyasəti var” kimi açıqlamasına təəccüblənməyib. Panamada jurnalistlərə açıqlamasında Obama əlavə edib ki, yekun sazişdə əsas məqsədlərə nail olunacaq.
İran və altı dünya dövləti ötən həftə İsveçrədə Tehranın nüvə proqramını cilovlamaq və əvəzində İrana tətbiq edilmiş sanksiyaları qaldırmaq üçün ümumi razılığa gəliblər. İyunun 30-dək yekun saziş imzalanmalıdır.