ABŞ-ın keçmiş dövlət katibi və birinci xanımı Hillari Klinton bazar günü 2016-cı ildə ABŞ-da keçiriləcək prezident seçkilərində iştirakla bağlı namizədliyini rəsmən açıqlayacaq.
Baki-xeber.com xəbər verir ki, Klintona yaxın adamların müxtəlif mətbuat orqanlarına vrdikləri məlumata görə, məşhur siyasətçi bazar günü əvvəlcə sosial mediadan uzun müddətdir gözlənilən açıqlamanı verəcək.
"Guardian” qəzeti isə Klintonun bazar gün günortadan sonra saat 16:00-da bununla bağlı bir tweet atacağını yazır.