"Məni Müsavat Partiyasının aprelin 4-də keçirilən Məclisin toplantısına dəvət etməyiblər. Buna görə mən də partiyanın aidiyyatı qurumlarına orada iştirak etmədiyimə görə Məclisdə verilən qərarların ləğv edilməsi haqqında şikayət verəcəyəm”.
Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının Suraxanı rayon təşkilatının sədri Rövşən Dəmirli partiyanın Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) qərarına münasibət bildirərkən deyib.
Xatırladaq ki, bu gün MNTK şikayətə əsasən, Suraxanı rayon təşkilatının martın 27-də keçirilən Şura iclasının qərarlarını ləğv edib. Ləğv edilən Şura iclasının qərarına əsasən, 30 saylı seçki dairəsindən Vurğun Əyyubun, 31 saylı dairədən Fəxrəddin Əhmədin, 32 saylı dairədən isə Xatirə Allahverdiyevanın namizədliyi irəli sürülüb.