şənbə günü, 28 noyabr 2026
     

Rusiya Türkmənistana hərbi müdaxilə edə bilər

Image


Türkmənistan qazının Xəzər dənizi ilə Azərbaycana, buradan isə dünya bazarlarına çıxarılması istiqamətində aparılan danışıqlar getdikcə daha intensiv xarakter alır. Bu məsələ ilə bağlı Avropanın rəsmi Aşqabadla təmasları artır. Elə Aşqabadda Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə Moldova dövlət başçısı Nikolay Timoftinin görüşündə əsas müzakirə obyekti Türkmənistan, Azərbaycan və Türkiyə arasında Türkmənistanın qaz yataqlarının işlənməsi, qazın hasilatı və tranzitinə dair yüksək səviyyədə danışıqlar prosesi olub.
Moldova lideri bildirib ki, danışıqlar çərçivəsində energetika sektorunda əməkdaşlıq və enerji təhlükəsizliyinin təmin edilməsi, Xəzər dənizi regionunda təbii qaz ilə bağlı həyata keçiriləcək layihələrdə Türkmənistanın iştirakı məsələlərinə də toxunulub.
Türkmənistan dövlətinin başçısı Nikolay Timoftinin toxunduğu Xəzər qaz kəməri məsələsi ilə əlaqədar bildirib ki, Türkmənistan karbohidrogen yataqlarının işlənilməsini və onların beynəlxalq bazarlara ixracını şaxələndirmə prinsipləri əsasında həyata keçirir. Bununla əlaqədar o qeyd edib ki, hazırda Türkmənistan təbii qazı Rusiyaya, İrana, Çinə ixrac edilir. Gələcəkdə "mavi yanacaq" ixracının həcmini daha da artırmaq barədə razılıq əldə edilib.
Berdiməhəmmədov onu da qeyd edib ki, Türkmənistan Avropa vektoruna xüsusi əhəmiyyət verir və bununla əlaqədar Türkmənistan, Azərbaycan və Türkiyə arasında Türkmənistanın təbii qaz yataqlarının işlənməsi, qazın hasilatı və tranziti barədə yüksək səviyyədə danışıqlar aparılır. Qeyd edək ki, söhbət burada həm də məşhur "Transxəzər" layihəsinin reallaşmasından gedir. Bu layihə isə, məlum olduğu kimi, Rusiya və İranın sərt etirazı ilə qarşılanır. Məsələn, bir müddət əvvəl Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikov Xəzərin hüquqi statusuna dair konvensiya qəbul olunmadan "Transxəzər"in çəkilməsinin mümkün olmadığını bildirir.
O bəyan edib ki, bu layihənin həyata keçirilməsi bütün regionun ekologiyasına təsir göstərəcək qəzalara səbəb ola bilər: "Var gücləri ilə Bakı ilə Türkmənbaşını qaz borusu ilə bir-birinə bağlamağa çalışan avropalı həmkarlarımızın bu saymazyana davranışına bircə saniyə də olsa göz yumsaq belə, ekoloji faktorları diqqətə almamaq ağılsızlıq və ölümcül xəta olardı".
O da bəllidir ki, "Transxəzər" layihəsinin reallaşmasını əngəlləmək üçün Rusiya Xəzərdə hərbi gücünü artırır. Lakin proseslər göstərir ki, Moskva maraqları naminə hətta Türkmənistana qoşun da yeridə bilər. Bunun üçün isə Kremlin əlində İŞİD və digər radikal yaraqlılar bəhanəsi var. Rusiya ordusunun ehtiyatda olan general-leytenantı Leonid Reşetnikov bildirir ki, Rusiya Türkmənistanda radikal islamçıların mövqeyi güclənəcəyi halda hərbi müdaxilə edə bilər. Onun sözlərinə görə, Rusiya Ukrayna hadisələri ucbatından Mərkəzi Asiyadakı islam ekstremizmi təhdidini gözdən qaçırır: "Bu bizim ölkə üçün təhlükəli tendensiyadır. Hazırda Tacikistanda situasiya çox çətindir. Həmçinin Qırğızıstanda da situasiya qeyri-stabildir. Amma islamçıların ilk hədəfi məhz Türkmənistan ola bilər. ABŞ qoşunları yaxın zamanda Əfqanıstandan çıxacaq. Bu isə bölgə üçün təhdiddir. Bunların hamısı ABŞ tərəfindən Rusiyaya qarşı təzyiqlərin artırılması üçün nəzərdə tutulub".
Xatırladaq ki, Türkmənistanın Əfqanıstanla sərhəd əraziləri İŞİD-in hücumlarına məruz qalır. Bu səbəbdən hələ yanvar ayının sonundan etibarən rəsmi Aşqabad ehtiyatda olan zabit və əsgərləri yenidən orduya çağırır. Onlar 3 aylıq hərbi-bərpa təlimləri keçir. Qarşıdakı müddətdə isə hərbi təlimlər ehtiyatda olan hərbi qulluqçuların yaşayış yerləri üzrə keçiriləcək.
Ukraynalı hərbi ekspert Nikolay Sunqurovski məsələ ilə bağlı qeyd edir: "Yaz aylarında Mərkəzi Asiya və Şimali Qafqazda ikinci cəbhə açılacaq. Sözügedən regionlara İŞİD-in hücumu gözlənir. "Taliban"la ittifaq qura bilsə, həmin qruplaşma çox güclənəcək. Ona Özbəkistan, Orta Asiyadakı islam hərəkatları da qoşulsa və Çindən onlara dəstək verilsə, o zaman bu çox ciddi güc olacaq. Bu zaman Mərkəzi Asiya ciddi təhlükəyə məruz qalacaq. Mərkəzi Asiya isə, öz növbəsində, türkmən qazı, şimalında rusdilli əhali yaşayan və həddən artıq zənginliyi olan Qazaxıstan deməkdir". O həmçinin əlavə edib ki, Rusiya hazırkı vəziyyətdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində önləyici addım olaraq Qırğızıstan və ya Qazaxıstanda hərbi qüvvələr yerləşdirə bilər. Məhz belə bir vaxtda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja bəyan edib ki, təmsil etdiyi qurum, lazım gələrsə, İŞİD-in cəmləşməyə başladığı Tacikistan-Əfqanıstan sərhədinə qoşun göndərəcək. O, KTMT-yə üzv ölkələrin təhlükəsizliyini qoruyacaqlarını bildirib: "Tacikistan-Əfqanıstan sərhədində qarşıdurma baş verərsə, KTMT üç gün ərzində öz qoşunlarını həmin əraziyə çatdırmağa hazırdır. Rusiya bununla Tacikistanda ikinci bir cəbhə açmaq niyyətində deyil. Lakin biz KTMT-yə üzv ölkənin təhlükəsizliyinin sual altında qalmasına icazə verə bilmərik". Eyni zamanda, Türkmənistan üçün də ciddi təhdid yaranmaqdadır. Çünki İŞİD təhlükəsini bəhanə gətirərək Rusiyanın bura qoşun yeritməsi türkmən qazının Xəzərlə Azərbaycana çatdırılmasını sual altına alır.
 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ