şənbə günü, 28 noyabr 2026
     

Yunanıstanın Azərbaycanın da maraqlarına toxunan təhlükəli oyunu...

Image


"Türk axını" adı yeni baş naziri qıcıqlandırıb
Yunanıstanın baş naziri Aleksis Tsiprasın Rusiyaya başlanan 4 günlük səfəri ABŞ və Avropada xüsusi diqqətlə izlənir. Buna əsas səbəb onun enerji sahəsində Rusiya ilə apardığı danışıqlar, həmçinin iqtisadi sferada Moskva ilə əməkdaşlığı gücləndirmək niyyətidir. Qeyd edək ki, Aleksis Tsipras ikitərəfli iqtisadi-siyasi münasibətləri müzakirə etmək üçün Moskvada Vladimir Putinlə görüşüb.
Görüşdən sonra Rusiya və Yunanıstan liderləri danışıqların nəticəsi olaraq ölkələr arasında 2015-2016-cı illər üçün birgə tədbirlər planını imzalayıb. Tsipras ölkəsinin Avropa Birliyi üzvü olmasına baxmayaraq, qurumun Rusiyaya qarşı sanskiya siyasətinin məntiqi ilə razılaşmadığını, bunun faktiki olaraq Moskvaya qarşı "iqtisadi müharibə" olduğunu söyləyib: "Rusiyanın sanksiyalara cavab ölçüləri Yunanıstan iqtisadiyyatını ağır yaralayıb. Biz Qərbin bu sanksiyaları ilə razılaşmadığımızı bundan əvvəl də açıq bəyan etmişik".
Tsiprasın Moskva səfərində gözlənildiyi kimi "Türk axını" qaz kəməri layihəsinin geniş müzakirəsi olub. O deyib ki, Yunanıstan bu layihədə iştirak edə bilər. Onun sözlərinə görə, Yunanıstan investisiya layihələrinə dair təşəbbüslərdə maraqlıdır və Türkiyə ilə sərhəddən qaz kəmərinin tikintisi imkanlarını nəzərdən keçirir. Lakin Yunanıstan baş naziri layihənin adından xoşunun gəlmədiyini deyib: "Biz "Türk axını" adını qəbul edə bilmərik. Lakin bu layihə bizim Türkiyə ilə münasibətlərimizi yaxşılaşdıracaq". Putin isə bildirib ki, Yunanıstan bu layihəyə qoşulmağa dair təklifi qəbul etsə, geosiyasi statusu qalxacaq. Avropanın bütün cənubu, ola bilsin hətta Mərkəzi Avropa üçün iri tranzit ölkəsinə çevriləcək. Putinin sözlərinə görə, Yunanıstanın layihədə iştirakı onu Avropanın enerji paylama mərkəzinə çevirəcək: "O, tranzitə görə haqq alacaq. Söhbət ildə bir neçə yüz milyon avrodan gedir, tranzitə görə, elə-belə...". Həmçinin Yunanıstan "Türk axını"ına qatılmaqla yeni iş yerlərinin açılması imkanı qazanacaq: "Bu, ciddi, çoxmilyardlıq layihədir". Ekspertlər isə qeyd edir ki, bütün bunlar Rusiyanın "Türk axını" layihəsini reallaşdırmaq üçün Afinanı razı salmağa çalışdığını aydın nümayiş etdirir. Yunanıstan isə bu layihədə iştiraka maraqlı görünür. Lakin məsələ bundadır ki, belə vəziyyət digər Avropa ölkələri və ABŞ tərəfindən müsbət qarşılanmır. Yunanıstanın radikal solçuların koalisiyasından ibarət hökumətinin Moskva ilə oyuna girməsi Brüsselin və Vaşinqtonun qəzəbinə səbəb olub. Yunanıstanın energetika və təbii ehtiyatlar naziri Panayiotis Lafazanis ABŞ administrasiyasının Afinaya güclü təzyiqlər göstərdiyini açıqlayıb. Nazirin sözlərinə görə, ABŞ Yunanıstanın "Türk axını" qaz kəməri layihəsində iştirakını istəmir:
"Onlar böyük təzyiq göstərirlər". Bununla belə, nazir əlavə edib ki, Yunanıstanın indiki hökuməti energetika siyasətində ölkənin milli maraqlarından çıxış edəcək: "Biz hesab edirik ki, Rusiya üçün bütün dəhlizlər açıq olmalıdır. Yunanıstan TAP ilə "Türk axını"nı rəqib hesab etmir, çünki təkcə TAP Avropanın təbii qaza olan bütün tələbatını ödəmək iqtidarında deyil". Rusiyanın "Kommersant" qəzeti isə belə bir iddia ilə çıxış edib ki, Tsipras Moskvada Avropa Birliyinin maraqlarına zərbə vuracaq müqavilələr imzalasa, 2 həftə ərzində devriləcək. Bununla belə, Kremlə yaxın bir qaynaq "Kommersant" qəzetinə açıqlamasında Rusiya hökumətinin enerji məsələləri barədə Afina ilə əməkdaşlığı genişləndirməkdə maraqlı olduqlarını qeyd edib. Panayiotis Lafazanis də deyib ki, Yunanıstan "Türk axını" layihəsinə qatılacaq. Çünki 2019-cu ildən etibarən Rusiya Ukrayna ərazisindən Avropaya qaz tranzitini dayandırmaq qərarını bir daha bildirib: "2019-cu ildən etibarən Rusiya qazı Avropaya şimal və cənub dəhlizi ilə daxil olacaq. Biz "Türk axını" layihəsində iştirak etmək və daha ucuz qaz əldə etmək istəyirik". Bir daha xatırladaq ki, "Türk axını" Rusiyadan Türkiyəyə, oradan isə Yunanıstanla sərhədə qədər illik nəql gücü 63 milyard kubmetr olan qaz kəmərinin çəkilməsini nəzərdə tutur. Azərbaycan qazını Avropaya nəql edəcək TANAP kəməri də "Türk axını" ilə eyni məntəqəyə - Türkiyənin Yunanıstan sərhədinə çəkiləcək, oradan TAP kəmərinə qoşulacaq.
"Türk axını" layihəsinin gündəmə gəlməsindən sonra Yunanıstanın solçulardan ibarət və Moskvaya yaxın hesab olunan hökuməti TAP-a dair əvvəlki hökumətin bağladığı müqavilələrə yenidən baxa biləcəyinə dair tələblər irəli sürməyə, kəmərdən daha çox gəlir əldə etmək üçün kommersiya şərtlərini dəyişdirməyə çalışır. Lakin rəsmi Bakı bildirib ki, TAP kəməri ilə Yunanıstana nəql olunacaq Azərbaycan qazının qiymətinin endirilməsi mümkün deyil, çünki buna Azərbaycan yox, "Şahdəniz" konsorsiumu qərar verməlidir.
Lakin bütün razılıqlar əldə olunduğundan, "Şahdəniz" konsorsiumunun qərarını dəyişdircəyi inandırıcı görünmür. Elə bu səbəbdən Yunanıstanla qaz çəkişməsinin davam edəcəyi gözlənir ki, bundan da qazanan tərəf indilikdə Rusiya olacaq.

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ