"Müsavat Partiyasının öhdəlik haqqında sənədi zamanında Qubad İbadoğlunu dəstəkləyən şəxslərin deputatlığa namizədliyini əngəlləmək üçün hazırlanıb”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Divanının sabiq üzvü, professor Adil Qeybulla deyib.
Xatırladaq ki, Müsavat Məclisinin aprelin 4-də keçirilən toplantısında qəbul edilən təlimata əsasən Müsavat Partiyasından deputatlığa namizəd olmaq istəyən şəxslər başqana ərizə yazaraq partiya Nizamnaməsinə tabe olacaqları və fəaliyyətlərini rəhbər strukturlarla razılaşdıracaqları haqda öhdəlik götürməlidirlər.