şənbə günü, 28 noyabr 2026
     

Qaz Azərbaycanda, gərginlik episentri Yunanıstanda...

Image


Azərbaycanın Avropada qaz mövqeləri güclənir

Getdikcə daha kəskin xarakter almağa başlayan Rusiya və Avropa arasında qaz ziddiyyətində Qərbin Azərbaycana stavkalarının artması daha aydın şəkildə müşahidə olunur. Proseslərin gedişi göstərir ki, ötən ay TANAP-ın təməlinin atılmasından sonra Avropada Azərbaycana daha çox stavka edilməyə başlanıb.
Yunanıstan, Serbiya, Makedoniya, Macarıstan və Türkiyənin Avropaya qaz tədarükü mənbə və marşrutlarının Türkiyə üzərindən diversifikasiya edilməsini dəstəkləməsi ilə bağlı bəyannaməsi də bunun təsdiqi hesab edilə bilər.
Xatırladaq ki, bununla bağlı Budapeştdə dörd ölkənin XİN rəhbərləri və Türkiyənin Avropa məsələləri üzrə dövlət naziri arasında aparılmış danışıqların yekunu olaraq enerji sahəsində əməkdaşlığa dair bəyannamə imzalanıb. Yunanıstan XİN mətbuat xidmətinin yaydığı sənəddə bu xüsusda qeyd olunur: "Təbii qazın Türkiyədən bizim ölkələrin üzərindən keçməklə Mərkəzi və Cənub-Şərqi Avropa ölkələrinə və digər ölkələrə tədarük olunması üçün marşrutların və mənbələrin diversifikasiya edilməsinin kommersiya cəhətdən davamlı variantının yaradılması dəstəklənib".
Bəyannamə müəllifləri hesab edir ki, bu yolla Türkiyə və Avropa Birliyi enerji bazarlarının Cənub Qaz Dəhlizi vasitəsilə möhkəmləndirilməsinə imkan yaradılacaq, həmçinin Avropa Birliyinin maliyyə dəstəyi ilə gerçəkləşəcək 5 ölkənin qaz infrastrukturunun birləşdirilməsi regionun iqtisadi inkişafı üçün yeni imkanlar yaradacaq. Bəyannaməyə imza atan ölkələrdən biri olan Serbiya isə TANAP vasitəsilə nəql olunacaq Azərbaycan qazına çıxış əldə etməyi planlaşdırdığını açıq bəyan edib. Serbiyanın dağ sənayesi və energetika naziri Aleksandr Antiçin sözlərinə görə, Serbiya hökuməti ölkəyə yeni mənbə və marşrutlardan qaz tədarükünü təmin edəcək bütün layihələrdə iştirak etmək niyyətindədir: "Əsas prioritet Serbiya və Bolqarıstan arasındakı ikitərəfli qaz kəməridir. Biz artıq bolqarıstanlı həmkarlarımızla kəmərin ötürücülük qabiliyyəti barədə danışıqlar aparmışıq. Serbiya ən yaxın zaman ərzində layihənin maliyyələşdirilməsini təmin edəcək maliyyə mənbələrinin axtarışına başlaya bilər".
Xatırladaq ki, Türkiyə və Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsi və təchizatın diversifikasiyası baxımından böyük önəm daşıyan TANAP çərçivəsində qonşu ölkəyə ilk qaz nəqlinə 2018-ci ildə başlanması planlaşdırılır. Bütün bunlar Avropada Azərbaycan qazına daha çox stavka edilməsinin bariz göstəricisi sayılır. Özü də bu o vaxtda baş verir ki, Rusiyanın qaz nəhəngi olan "Qazprom" Almaniyanın "Verbundnetz Gas" (VNG) qazpaylayıcı şirkətindəki payını (səhmlərin 10.52%) satışa çıxarıb. "Qazprom"dan bildirilib ki, şirkətin öz payını satmaq arzusu onun strateji tərəfdaşı olan "Wintershall Holding" şirkətinin VNG-dəki payını satması ilə bağlıdır. VNG qazbölüşdürücü şirkətdir və yalnız Almaniyada, Avstriyada, İtaliyada, Çexiyada, Slovakiyada, Polşada qazın satışı ilə məşğul olmur, həmçinin Norveçdə qazçıxarma üzrə layihələri reallaşdırır. Bundan əvvəl "Qazprom" ilə "Wintershall Holding" birgə VNG-nin 26,31% səhm paketinə malik idi. Lakin "Wintershall Holding" keçən ilin payızında öz payını satıb. Ona görə də "Qazprom" VNG şirkətindəki payını idarə etmək gücündə deyil.
Ekspertlərin fikrincə, VNG öz səhmini sataraq "Qazprom"u Avropa biznesindən tədricən uzaqlaşdırmaq strategiyasını reallaşdırmağa çalışır. Buna səbəb isə Ukrayna münaqişəsində Rusiyanın tutduğu mövqeyə görə Avropa Birliyi ilə Moskva arasında yaranmış gərgin münasibətlər olub. Bu vəziyyətdə Azərbaycanın Avropada qaz mövqeləri güclənir. Belə vəziyyətdə Rusiyanın xüsusi diqqət mərkəzində olan "Türk axını" layihəsinin reallaşması da sual altına düşür. Xatırladaq ki, "Türk axını" Rusiyadan Türkiyəyə Qara dənizin dibindən keçməklə, oradan isə Yunanıstanla sərhədə qədər illik nəql gücü 63 milyard kubmetr olan qaz kəmərinin çəkilməsini nəzərdə tutur. Azərbaycan qazını Avropaya nəql edəcək TANAP kəməri də "Türk axını" ilə eyni məntəqəyə, yəni Türkiyənin Yunanıstan sərhədinə çəkiləcək, oradan TAP kəmərinə qoşulacaq. Belə görünür ki, Azərbaycan layihələri Rusiya ilə müqayisədə daha tez reallaşacaq. Düzdür, "Türk axını" layihəsinin gündəmə gəlməsindən sonra Yunanıstanın solçulardan ibarət və Moskvaya yaxın hesab olunan hökuməti TAP-a dair əvvəlki hökumətin bağladığı müqavilələrə yenidən baxa biləcəyinə dair tələblər irəli sürməyə, kəmərdən daha çox gəlir əldə etmək üçün kommersiya şərtlərini dəyişdirməyə çalışır. Yunan hökumətinin Moskva ilə oyuna girməsinə görə Brüssel hələ Afinaya iqtisadi kollapsdan xilas olmaq üçün zəruri maliyyə yardımını etməyib. Bu günlərdə Afinaya 1,2 milyard avro borc verilməsindən imtina edilib. 7,2 milyardlıq yardım paketinin taleyi də sual altındadır. Yunanıstan hökuməti isə xəbərdarlıq edir ki, Brüssel vəd edilən krediti verməsə, öz öhdəliklərini yerinə yetirmək imkanında olmayacaq və yardım üçün Moskvaya üz tutacaq. Lakin Moskvadan istədiyi yardımı ala bilməməsi yunanların yenidən Avropaya üz tutmasına səbəb olub.

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ