Bazar ertəsi günü, 09 noyabr 2026
     

Qarabağ ermənilərinə ərzaq ya Ağdamdan, ya da heç yerdən - sovetlər dönəmindəki kimi...

Image


Qarabağda qalan ermənilərin gələcəyi ilə bağlı hadisələrin inkişaf axarı Azərbaycanın bu xüsusda mövqeyinin getdikcə güclənməkdə olduğunu göstərməkdədir. Beynəlxalq ekspertlər qeyd edir ki, Azərbaycan Qarabağ erməniləri üçün konkret seçim imkanı verib. İndi onların iki seçimi var: ya Bakının idarəçiliyinə tabe olmaq, ya da Azərbaycan torpaqlarını tərk etmək. İndiki şərtlər daxilində yaşamaq isə qeyri-mümkündür.

Azərbaycan mövcud durumda bir tərəfdən 30 ilədək işğal altında olmuş ərazini reinteqrasiya etməyə, digər tərəfdən isə Qarabağın Ermənistanla iqtisadi bağlarını qırmağa çalışır. Amma hələ ki, Qarabağda müəyyən separatçı qüvvələr prosesə əngəl olur. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev qeyd edib: “Onlar blokpost qoyaraq, bizi blokadada ittiham edirdilər. Bu gün onlar yenə Ağdam-Əsgəran yolunda beton plitələr qoyublar...Onda niyə yüklər başqa ölkədən gətirilməlidir? Bu, məntiqə sığmır. Lakin bu jesti qəbul etmək əvəzinə, orada beton bloklar qoyulur. Kim-kimi bloklayır? Ona görə də bütün məsələ bundadır”. Bu fonda Ermənistanın ötən həftədən Qarabağa göndərdiyi “humanitar yardım” hələ də Laçın sərhəd-keçid məntəqəsində giriş üçün rəsmi Bakının icazəsini gözləyir. Bakı Ermənistanın yardım göndərməsini təxribat kimi qiymətləndirib. Elə erməni təxribatı üzündən iyunun 15-dən bəri Azərbaycan Laçın sərhəd məntəqəsi ilə Xankəndiyə gediş-gəlişi dayandırıb. Hazırda yol yalnız Beynəlxalq Qızıl Xaç Komitəsinə tibbi məqsədlər üçün açıqdır. Ermənistan Azərbaycanı Qarabağda “qəsdən humanitar böhran” yaratmaqda ittiham edir. “Humanitar böhran” iddialarını rədd edən rəsmi Bakı Qarabağın beynəlxalq səviyyədə onun ərazisi kimi tanındığını əsas gətirərək Qarabağa humanitar təminat üçün Ağdam-Xankəndi yolunu təklif edir. Erməni tərəfi isə bundan imtina edir. Qeyd edək ki, rəsmi Bakı və İrəvan arasında Ermənistandan Qarabağa və əks istiqamətdə yüklərin daşınması ilə bağlı böhran əslində 2022-ci ilin axırlarında ortaya çıxıb. Həmin vaxt Azərbaycan hökuməti bir neçə dəfə Rusiya sülhməramlılarının yerləşdiyi ərazidə faydalı qazıntıların işlənməsi və ixracından narahatlığını dilə gətirərək, Rusiya sülhməramlı kontingentindən onun nəzarəti olmadan bölgədə aparılan qeyri-leqal fəaliyyətin monitorinqini tələb edib. Ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlıları ilə müzakirələrdən sonra əraziyə baxışın aparılmasına dair razılıq əldə olunsa da, monitorinqin keçirilməsinə maneə törədilib. Bunu əsas gətirən azərbaycanlı eko-fəallar dekabrın 12-dən etibarən, Şuşadan Xankəndinə gedən yolun üzərində aksiyaya başlayıblar. Azərbaycan aprelin 23-də Laçın dəhlizinin girişində, Həkəri çayı üzərində nəzarət-buraxılış məntəqəsi qurduqdan bir neçə gün sonra – aprelin 28-də eko-fəallar Şuşa-Xankəndi yolundakı oturaq aksiyanı müvəqqəti dayandırdıqlarını elan ediblər. Bundan sonra Qarabağ erməniləri Laçın sərhəd-buraxılış məntəqəsindən istifadə edərək Ermənistana gedib-gəliblər. Amma iyunun 15-də bu sərhəd-keçid məntəqəsində bir Azərbaycan hərbçisinin yaralanmasından sonra rəsmi Bakı müvafiq tədbirlər görməsi səbəbi ilə ümumi gediş-gəlişi dayandırmışdı. Qarabağa humanitar yardım aparan Beynəlxalq Qızıl Xaç Komitəsinin bu keçiddən istifadəsi isə iyulun ortalarında qaçaqmalçılıq ittihamlarına görə məhdudlaşdırılıb. Hazırda Azərbaycan tərəfi yalnız xəstələrin daşınması üçün Laçın keçid məntəqəsini açıq saxlayır. Bundan əlavə, rəsmi Bakı istər eko-fəalların aksiyalarının, istərsə də Laçın yolu üzərindəki sərhəd-buraxılış məntəqəsinin humanitar böhran yaratmadığını və erməni sakinlərin üzləşə biləcəyi bütün humanitar ehtiyacları operativ şəkildə həll etməyə hazır olduğunu deyib və Ağdam-Xankəndi yolunu təklif edib.

Azərbaycan Xarici İşlər Nazirliyi bir neçə dəfə bəyanatlarında Qarabağ ermənilərinə humanitar yardım göstərmək məqsədi ilə Ağdam-Xankəndi yolunun işlək vəziyyətə gətirildiyini bildirib. Ermənistan bu yolu Azərbaycanın nəzərdə tutduğu operativ həll variantı kimi görsə də, yüklərin Rusiya sülhməramlılarının nəzarətində olan Laçın dəhlizi boyu daşınmasını istəyir və bunu Ermənistan, Azərbaycan və Rusiya arasında 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın müddəaları ilə əsaslandırır. Azərbaycan tərəfi Qarabağda yaşayan erməniləri öz vətəndaşı kimi qəbul etdiyini bildirir və bu regionun Azərbaycanın suveren ərazisi olduğunu əsas gətirərək, humanitar yardımın məhz Bakıdan Ağdam-Xankəndi yolu ilə daşınmasında israr edir. Rəsmi Bakı həmçinin son aylar ərzində Ermənistanla sərhəd rayonlarda bir neçə hərbçisinin, eləcə də mülki əhalinin minaya düşdüyünü əsas gətirərək, Ermənistandan humanitar yardım adı altında Qarabağa silah-sursat daşındığı bildirib. Buna görə də, Azərbaycan Laçın dəhlizi ilə yalnız Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus maşınların hərəkətinə icazə verib, humanitar yardımların isə Ağdam-Xankəndi yolu ilə daşınmasını təklif edib. Azərbaycan hökuməti Qarabağ erməniləri ilə apardığı bir neçə görüş zamanı onların Azərbaycana reinteqrasiya məsələsini də gündəmə gətirsə də, onlardan müsbət cavab ala bilməyib.

Ağdam-Xankəndi yolunun təklif edilməsi, Azərbaycana həm də gələcəkdə Qarabağ ermənilərinin reinteqrasiyası baxımından vacib məqamdır. Bu, Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimovun iyulun 27-də ölkədəki diplomatik korpus üçün keçirilən brifinqində də ifadə olunub. Ekspertlər hesab edir ki, Ermənistanın və Qarabağdakı separatçı rəhbərliyin Ağdam-Xankəndi yoluna qarşı çıxması Laçın dəhlizinin əhəmiyyətinin de-fakto itirilməsi qorxusu ilə bağlıdır. Hazırda Bakının prioritet istiqaməti növbəti iki il ərzində Rusiya sülhməramlılarını öz ərazisindən çıxartmaq və Qarabağın separatçıların nəzarətində olan hissələrində legitimliyini bərpa etməkdir. Buna nail olmaq üçün isə Bakı ilk növbədə Laçın yolunun əhəmiyyətini azaltmağa və Qarabağ ermənilərinin reinteqrasiya prosesinə başlamağa çalışır. Ağdam-Xankəndi yolunun açılması bu işdə Azərbaycana kömək edə bilər. Rəsmi Bakı ilkin mərhələdə beynəlxalq təşkilatların vasitəçiliyi ilə humanitar yüklərin Bakıdan Qarabağa daşınmasına çalışır.  Bakı tədricən humanitar yardımları ticarət əlaqələrinin bərpası, şəxsiyyət vəsiqələrinin verilməsi, sərbəst hərəkət və milli valyutanın Qarabağda istifadəsi ilə əvəz etmək niyyətindədir. Qarabağda yaşayan azərbaycanlılar BBC-yə bildiriblər ki, əslində Sovet İttifaqı dövründə də Qarabağ erməniləri gündəlik tələbat mallarını, o cümlədən ərzaqlarını almaq üçün Xankəndi-Ağdam yolu ilə Ağdam bazarına gəlirdilər. Azərbaycan yenidən həmin sistemi bərpa etmək niyyətindədir. Bu, həm də imkan verəcək ki, rəsmi Bakı tədricən Laçın yolunu əhəmiyyətsiz marşrut xəttinə çevirsin.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ