Bazar ertəsi günü, 09 noyabr 2026
     

Ermənistanın "humanitar yük" şousu Rusiyaya da toxunmağa başlayır

Image


Qarabağda yaşayan ermənilər üçün “humanitar yardım” göndərən Ermənistan rəsmiləri dayanmadan təkrar edirlər ki, yüklərin çatdırılması üçün Rusiya sülhməramlı qüvvələri ilə danışıqlar aparılır. Məhz bu fonda Ermənistanda sülhməramlı kontingentə, ümumilikdə Rusiyaya qarşı daha sərt təbliğat aparılır.

Artıq bunu Ermənistanda etiraf edənlərin sayı da sürətlə artır. Onlardan biri olan erməni politoloq Benyamin Matevosyan vurğulayır ki, Qarabağa “humanitar yardım”ın göndərilməsi hakimiyyətin növbəti antirusiya şousu idi: “Ermənistanda akkreditə olunmuş diplomatların Kornidzoru ziyarət etməsi isə bu şouda “kütləvi səhnə” idi”.

Politoloq xatırladıb ki, Qarabağa "humanitar yük"ün göndərilməsinə Moskvada baş tutan üçtərəfli görüşdən sonra qərar verilib: “Gəlin birlikdə məntiqli düşünək: Ermənistanın Qarabağa humanitar yardım göndərilməsi ilə bağlı hansısa razılıq əldə olunsaydı, azərbaycanlılar buna mane olmamalı idi, ruslar isə onun çatdırılmasını təmin etməliydilər. Əminəm ki, bununla bağlı ya Sergey Lavrov, ya da Mariya Zaxarova brifinqində məlumat verərdi. Lakin biz gördük ki, Rusiya rəsmilərindən heç biri bu barədə danışmadı. Nəticədə "humanitar yük" yalnız Laçın dəhlizinin başlanğıcına qədər gedə bildi”. Matevosyanın sözlərinə görə, "humanitar" missiyanı Ermənistan hakimiyyəti üçün “səmərəsiz” adlandırmaq olmaz. Çünki o, bu qərarda başqa “qeyri-humanitar” motivlər də görür: “Biz “nəticə” anlayışının nə demək olduğunu başa düşməliyik. Bizim təqdimatımızla hakimiyyətin baxışı üst-üstə düşürmü? Bunun üçün hakimiyyətin nəzarətində olan mediaya və “Teleqram” kanallarına baxmaq kifayətdir. Onlar deyirlər: “Ruslar hətta humanitar yardımı Qarabağa apara bilmədi”. Həqiqətən də hazırda Ermənistanda ekspert dairələrində, mediada Rusiya əleyhinə təbliğatın daha da şiddətlənməsi müşahidə olunur. Məsələn, erməni politoloq Edvard Antinyan bildirir ki, Rusiya Azərbaycanın sifarişini yerinə yetirir. Antinyan Ermənistan-Rusiya münasibətlərinə toxunaraq qeyd edib ki , Ukraynadakı  müharibənin bitməsindən asılı olmayaraq, artıq Rusiya yoxdur: “Ermənistanın KTMT-dən çıxmamasının bədəli olacaq. Biz öz suverenliyimizi şübhə altına alırıq. Ermənistan hökuməti Rusiyanın uğursuz olduğunu zənn edir”. “Ana Ermənistan” hərəkatının koordinatoru Andranik Tevanyan isə bildirir ki, Rusiyanın himayəsini rədd etmək istəyən Ermənistan ərazisindən rus bazalarını çıxarmağı düşünür: “Rusiyanın faktiki olaraq Ermənistan və Azərbaycanın müqaviməti ilə üzləşdiyi mənzərə ilə qarşılaşdıq. Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınması faktiki olaraq 10 noyabr sənədində olan bəndi aradan qaldırır - söhbət Laçın dəhlizindən gedir. Əgər Qarabağ Azərbaycana məxsusdursa, onda Laçın dəhlizi də Azərbaycana aiddir – Nikol Paşinyan və Azərbaycan belə hesab edir. Beynəlxalq ictimaiyyət bu qərara qarşı çıxmayacaq. Qərb üçün əsas olan Rusiyanı bu regiondan qovmaqdır: ilk addım rus sülhməramlıların çıxarılması olacaq, sonra Rusiya hərbi bazaları problemi qaldırılacaq”. Onun sözlərinə görə, bu gün Qarabağ danışıqlar mövzusu kimi mövcud deyil, Ermənistan hakimiyyəti bu mövzunu bağlayıb: “Bu gün Ermənistan məsələsi müzakirə edilir. Danışıqlar prosesi sırf Ermənistanla bağlıdır və hazırda Ermənistan masa arxasında deyil, masaya qoyulub”. Digər erməni ekspert Robert Ananyan isə daha açıq mətnlə bildirir ki, ermənilər getdikcə daha çox Rusiyadan üz döndərərək Avropa İttifaqı (Aİ), ABŞ və İrana üstünlük verir. O qeyd edib ki, uzun illər Rusiya təbliğatı və aparıcı siyasi qüvvələri erməniləri aldadaraq, Rusiyanın Ermənistanın yeganə müttəfiqi olduğunu iddia etməklə yanaşı, ABŞ, Fransa, NATO və Aİ-yə qarşı qarayaxma kampaniyası həyata keçiriblər: “Lakin İkinci Qarabağ müharibəsi göstərib ki, Rusiya Ermənistanın qeyd-şərtsiz dəstəkçisi deyil. Bu gün ermənilər Rusiyadan çox Qərbə arxalanmağa üstünlük verirlər”.

Erməni cəmiyyətində inkişaf edən hadisələr onu göstərir ki, Rusiya əleyhinə kampaniya Ermənistanın 2018-ci ildən Qərbə meyl etməsindən sonra başlayıb. Rus ekspert Andrey Petrov  qeyd edir ki, Qərbin Rusiyaya qarşı ümumi geosiyasi mübarizənin bir hissəsi olaraq hakimiyyəti rusiyapərəstdən qərbyönümlüyə dəyişməyə çalışdığı postsovet respublikalarından birincisi Ermənistandır və bu proses 2014-cü ildən başlayıb: “Bütün bunlara isə son 20 ildə “Qarabağ klanı”ndan cəmiyyətin narazılığı səbəb olub. “Qarabağ klanı”nın ölkədə yaratdığı anarxiya hər an partlaya bilərdi. Bu vəziyyət isə Qərb qüvvələri üçün göydəndüşmə idi. Əslində Qərbin müxalifətçi deputat Paşinyanı seçməsi təsadüfi deyildi. İcevanda doğulub İrəvanda təhsil alan, Rusiya və “Qarabağ klanı” ilə əlaqəsi olmayan Paşinyanın hakimiyyətə gəlmək üçün göstəriciləri uyğun gəlirdi. Amma Paşinyanın siyasəti nəticəsində Ermənistan dalana dirəndi. Fransanın təhriki ilə Avropa Birliyinə və NATO-ya qoşulmaq həvəsi artmağa başlayanda Rusiyadan uzaqlaşmaq fikrinə düşdü. 2020-ci ilin payızında İrəvan “yeni müharibə-yeni ərazilər” tezisi ilə çıxış edəndən sonra, sentyabrın 27-də müharibə başladı və Ermənistan ordusu məğlubiyyətə uğradı. Nikol Paşinyan hər gün Vladimir Putinə zəng edərək hərbi əməliyyatların dayandırılmasını, Rusiyanı Ermənistan tərəfdən müharibəyə müdaxilə etməyə çağırıb. İrəvanın əsas istəyi KTMT qüvvələrini döyüşlərə cəlb etmək olsa da, həm Kreml, həm də Təşkilatın Katibliyi hərbi əməliyyatların Azərbaycan ərazisində getdiyini bildirirdi. Nəticədə Ermənistan Qarabağ müharibəsində biabırçı məğlubiyyətə uğradı. Azərbaycan öz torpaqlarını işğalçılardan təmizlədi və Ermənistan rəhbərliyini kapitulyasiya sənədini imzalamağa məcbur etdi. Rusiya Qarabağın Ermənistan tərəfindən işğalı üçün Azərbaycanla döyüşə başlamadı. Rusiya-Ermənistan münasibətlərində gərginlik də buradan qaynaqlanır. Rusiyaya qarşı əsassız iddiaların, erməni cəmiyyətində rusofob əhval-ruhiyyənin yayılmasının məqsədi birdir. Nikol Paşinyan rejimi Rusiyanın təsir dairəsini tərk edərək Avroatlantik Alyansın üzvü olmaq istəyir. Rusiya isə Ermənistanı tərk etmək fikrində deyil”. Hesab edilir ki, bu şəraitdə Rusiyanın Ermənistana cavabı çox sərt olacaq.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ