çərşənbə günü, 11 noyabr 2026
     

Bəzi Qərb dairələri Ermənistanı yeni müharibəyə yönəldir...

Image


Bəzi Qərb ölkələri, xüsusən də Fransa tərəfindən qızışdırılmaqda olan Ermənistan regionda yenə təhdid mənbəyinə və yeni müharibə səbəbkarına çevrilməyə çalışır. Bu günlərdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Avropa Parlamentinin xarici əlaqələr komitəsində etdiyi çıxışda səsləndirdiyi fikirlər də qeyd edilənlərin təsdiqidir.

Laçin yolundakı aksiyadan danışan Ararat Mirzoyan bildirib ki, Azərbaycan hərəkətlərinə görə məsul tutulmalıdır. O, çıxışında yenə də əsassız olaraq Laçın dəhlizinin guya bağlı olmasına görə Qarabağda humanitar böhran yaşandığını iddia edib: “Açıq deyəcəyəm. Laçın dəhlizindən blokadanın qaldırılmasının iki nəzəri yolu var: hərbi və diplomatik. Ermənistan ikinci varianta tərəfdardır, amma bu halda beynəlxalq birliyin qətiyyətli müdaxiləsi və Azərbaycana güclü təzyiq göstərilməsi lazımdır”. Mirzoyan iddia edib ki, erməni tərəfi Bakının Azərbaycan və Ermənistan arasında normallaşmanın və Qarabağ probleminin paralel olaraq ayrı-ayrılıqda müzakirə edilməsinə dair təklifini qəbul edib, amma Azərbaycan, əksinə, Qarabağın daxili məsələ olduğunu bəyan edir. Bəli, Qarabağ sırf Azərbaycanın daxili məsləsidir və ölkəmiz bunu kimləsə müzakirə etmək niyyətində deyil. Eləcə də azərbaycanlı könüllü gənclərin və ekoloqların Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində keçirdikləri etiraz aksiyası da Azərbaycanın daxili məsələsidir. İndi bunlar fonunda Ermənistan yenidən Azərbaycanı müharibə ilə hədələməyə çalşır. Rəsmi Bakı bu xüsusda artıq qarşı tərəfin cavabını verib. Xarici İşlər Nazirliyinin Ararat Mirzoyanın Avropa İttifaqı Parlamentinin Xarici Əlaqələr Komitəsində çıxışına dair şərhində bu xüsusda bildirilib: “Ermənistan xarici işlər nazirinin Laçın yolu ətrafında yaranmış vəziyyətin müharibə yolu ilə həll edilməsi təklifi ciddi təhdiddir". Qeyd olunub ki, Ermənistan rəhbərləri tərəfindən müharibəyə çağırış ideyalarının yeni olmadığı məlumdur: “Hələ 2019-cu ildə Ermənistan baş naziri Nikol Paşinyan “Qarabağ Ermənistandır”, keşmiş müdafiə naziri Tonoyan isə “yeni torpaqlar üçün yeni müharibə” barədə fikirlər səsləndirib. Xarici işlər naziri Mirzoyanın hərbi həll variantını təklif etməsi Ermənistanın tarixdən dərs çıxartmadığını və 30 il müddətində Azərbaycan ərazilərini işğalda saxlamasının nə ilə nəticələndiyini hələ də anlamadığını göstərir. Ermənistan tərəfinin bu avantürasının qarşısının alınması zəruridir". Məlumatda deyilir ki, Azərbaycanın sülh sazişi imzalamaq təklifinə 8 aydan artıq müddətdə cavab verməyən, daha sonra sülh sazişinin imzalanmasını adətən uzun müddət çəkən delimitasiya prosesi ilə şərtləndirən, müəyyən edilməmiş sərhəd bölgəsində demilitarizasiya zonasının yaradılmasını təklif edən Ermənistanın müxtəlif bəhanələrlə sülh sazişinə maneçilik törətməsi, müəyyən elementləri qabardaraq danışıqlar prosesinin mahiyyəti barədə çaşqınlıq yaratması narahatlıq doğuran məqamdır və Ermənistanın addımlarını bir daha ölçüb-biçməsi zəruridir.

Şübhə yoxdur ki, Ermənistanın getdikcə radikallaşması bəzi Qərb dairələrindən aldığı dəstəyin nəticəsidir. Həmçinin Avropa İttifaqı (Aİ) Ermənistana mülki missiya göndərməklə İrəvanı bir qədər də həvəsləndirir. Burada xatırladaq ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Qərblə münasibətlərini daha da dərinləşdirmək, sülhə töhfə vermək və normallaşma prosesində Aİ-nin neytral mövqe seçəcəyinə inanaraq Brüssel formatına razılıq vermişdi. Rəsmi Bakı iki il ərzində beynəlxalq təşkilatlar qarşısında Ermənistana təzyiq göstərilməsini, düşmən ölkədən isə 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın şərtlərinin yerinə yetirilməsini tələb edirdi. Ermənistan isə, nəinki bəyanatın müddəalarına əməl etmək, hətta Azərbaycanla şərti sərhəddə pozuculuq işləri ilə məşğul oldu. Qanunsuz erməni silahlı birləşmələri bugünədək Qarabağdan çıxarılmayıb, həmçinin Azərbaycan ordusuna qarşı təxribatlar da davam edir. Fransanın “dirijor” çubuğu ilə idarə olunan bəzi dairələrin yanlış addımı Ermənistanı yeni savaşa sürükləyir. Fransa ilkin mərhələdə diplomatik və siyasi yolla Rusiyanı Ermənistandan çıxarmağı, gələcəkdə isə Cənubi Qafqaza ordusunu gətirməyi planlaşdırır. Müharibə bitdikdən sonra Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən ən vacibinin - Zəngəzur dəhlizinin açılmasına qarşı dirənişinin arxasında məhz bu amil dayanır. Fransa regionda nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafının qarşısını bu metodlarla ala biləcəyini düşünür. Eləcə də Paris Ermənistan hakimiyyətinə mütəmadi təzyiq edərək, regionda növbəti eskalasiyaya şərait yaradır. Rusiya Beynəlxalq Əlaqələr Şurasının eksperti Aleksey Naumov da qeyd edir ki, İrəvan odla oynayır. Onun sözlərinə görə, İrəvan bilməlidir ki, Aİ-nin Ermənistandakı missiyasının praktiki nəticəsi olmayacaq: “Ona görə də söhbət daha çox Ermənistan hakimiyyətinin illüziyalarından gedir. Çünki avropalı müşahidəçilər burdakı vəziyyəti dəyişməyəcək. Aİ-nin vəziyyətə hər hansı töhfə vermək üçün Azərbaycanın gözündə real gücü, reputasiyası, legitimliyi yoxdur. Rusiya da uzun müddət Rusiya-Ermənistan əlaqələrini pozmağa çalışan İrəvanın bu cür şıltaqlığına dözməyəcək. Ermənistan indi hansısa yolla erməni nöqteyi-nəzərini müdafiə etməyə hazır olan istənilən vasitəçi axtarışındadır. İndi İrəvan onu Aİ-də tapıb. Amma Ermənistanın Rusiyadan başqa müttəfiqi yoxdur və geosiyasi baxımdan İrəvan Kremllə əməkdaşlığa məhkumdur. Görünür, Ermənistan Rusiyanın üçtərəfli bəyanata əməl etmədikdə belə ona güzəştə getməsini gözləyir. Lakin İrəvanın bu cür təxribatı Moskvanı onlarla münasibətə yenidən baxmağa yönləndirəcək. Azərbaycanla da münasibətlər ən yüksək müttəfiqlik səviyyəsindədir və Ermənistandan fərqli olaraq, Bakı özünü konstruktiv aparır”. Naumov vurğulayıb ki, Rusiyanın Aİ-nin Ermənistandakı iki illik missiyasına reaksiyası aydın, lakin təmkinli olacaq: “Moskva üçün isə bu, siyasi baxımdan xoşagəlməz hadisədir. Aydındır ki, Ermənistan bunu ümidsizlikdən edir. İrəvanın üzərinə götürdüyü öhdəliklərin icrasını gecikdirməsinin başqa yolu yoxdur. Rusiya və Azərbaycan üçtərəfli bəyanatın müddəalarının yerinə yetirilməsini tələb edir, Ermənistan isə bunu etməmək və vəziyyəti uzatmaq üçün hər cür fürsət axtarır. Bütün bu siyasi addımlar və simvolik jestlər Ermənistanın Azərbaycanla yeni toqquşmalar zamanı hərbi müqavimət göstərə bilməməsi fonunda baş verir. Yüz avropalı müşahidəçi burada heç nəyi dəyişmir. Vasitəçiləri və missionerləri dəvət edə, bu və ya digər paytaxtdan səslənəcək bəzi sakitləşdirici və ya xoş sözlərə arxalana bilərsiniz. Amma Ermənistan hələ də Qarabağ müharibəsində uduzan tərəf mövqeyindədir. İrəvan üçtərəfli bəyanata əməl etməyə məcburdur. Ona görə də uzunmüddətli perspektivdə Aİ missiyası ancaq zərər gətirəcək. Çünki buna görə Ermənistan öz öhdəliklərinə məhəl qoymamaqda davam edəcək və Nikol Paşinyanın ritorikası daha da təxribatçı xarakter alacaq. Yəni Ermənistan-Azərbaycan münasibətlərinin həlli üçün başqa problem yaranacaq”.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ