Türkiyə Azərbaycanı Milli Döyüş Təyyarəsi kimi irimiqyaslı müdafiə sənayesi layihələrində iştiraka dəvət edib. Bu barədə açıqlama verən Türkiyənin Müdafiə sənayesi naziri İsmail Dəmir layihələrdə iştirak edə biləcək 4 ölkənin adını çəkib.
Dəmir dost və qardaş ölkələrin müxtəlif səviyyələrdə müdafiə sənayesi layihələrində tərəfdaş kimi iştirakına açıq olduqlarını vurğulayıb:
"Milli Döyüş Təyyarələri ilə bağlı dost və qardaş ölkələrə dəvətimiz var. Bu ölkələr sırasında İndoneziya, Pakistan, Malayziya və Azərbaycanı göstərmək olar. Tələb olarsa, bu məsələni müxtəlif səviyyələrdə onlara çatdırmışıq. Bu tərəfdaşlığın bütün tərəflər üçün faydalı olacağını düşünürük”.
Tahir TAĞIYEV