çərşənbə günü, 11 noyabr 2026
     

“Əsas hədəf vətəndaşların sosial rifahının daha da yüksəldilməsidir” - Vüqar Rəhimzadə

Image


“Azərbaycan dövlətinin dayanıqlı inkişafın, yüksək rifahın təmin edilməsi istiqamətində atdığı addımların beynəlxalq səviyyədə dəstəklənməsi yeni iqtisadi və sosial inkişaf modelinin  nəticəsidir. Zamanın, dövrün tələbinə uyğun olaraq təkmilləşmə, iqtisadi imkanların artması fonunda güclü sosial siyasət, aztəminatlı ailələrə xüsusi diqqət və qayğı, özünüməşğulluq proqramının icrası, bütün göstərilən xidmətlərdə şəffaflığın təmin edilməsi məqsədilə Azərbaycan brendi kimi dünyaya səs salan “ASAN xidmət”, ABAD, DOST mərkəzlərinin yaradılması kimi biri-birindən mühüm addımlar və layihələr beynəlxalq səviyyəli tədbirlərdə əsas diqqət göstərilən məsələlər sırasındadır. Bu uğurlar düşünülmüş və məqsədyönlü siyasətin, ən əsası vətəndaş amilinə verilən dəyərin nəticəsidir. Ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin atdığı addımların təməlində Ümummilli Liderin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisi ilə yanaşı,  “Neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə  indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur” çağırışı dayanır. Çünki cənab İlham Əliyev Prezident  kimi fəaliyyətə başladığı gündən neft-qaz sektorunu iqtisadiyyatın inkişafında mühüm amil kimi dəyərləndirməklə bərabər, həm də iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını əsas hədəf kimi qarşıya qoydu. Neft gəlirlərinin idarə olunmasında, şəffaflığın təmin edilməsində mühüm rol oynayan Dövlət Neft Fondunun vəsaitləri hesabına biri-birindən əhəmiyyətli sosial-iqtisadi layihələr həyata keçirilir. Bu layihələr də öz növbəsində ölkənin hərtərəfli inkişafını təmin edir. Dövlət başçısı İlham Əliyev daim müqayisəli təhlil əsasında bu fikri xüsusi qeyd edir ki, neftlə zəngin çox ölkələr var. Amma bu resurslar onlara heç də uğur gətirmir. Belə ki, əhali arasında təbəqələşmə prosesi  baş verir. Amma Azərbaycanın iqtisadi strategiyasını dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istinadən müəyyənləşdirməsi və həyata keçirməsi bu kimi problemlərin yaşanmamasını şərtləndirir. İnsan amilinə verilən dəyər ölkədə vətəndaş  məmnunluğunun artmasına öz müsbət təsirini göstərir.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, ölkəmizdə bir qayda olaraq iqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlanır: “Buna əmin olmaq üçün koronavirus infeksiyasının dünyanı cənginə aldığı vaxtlardan, 2019-cu ilin sonlarından bu günədək dövlətimizin əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atdığı addımlara diqqət yetirmək kifayətdir. Prezident İlham Əliyev mübarizə tədbirlərinə başlandığı andan bu çağırışı etdi ki, iqtisadi islahatlar dərinləşdirilməli, heç bir sosial layihə təxirə salınmamalıdır. Həm koronavirus infeksiyası ilə mübarizə, həm də Vətən müharibəsi dövrünə nəzər salsaq görərik ki, insanların sosial müdafiəsinin gücləndirilməsi heç zaman arxa planda olmadı, əksinə dövlət başçısı İlham Əliyevin bu istiqamətdə imzaladığı Fərman və sərəncamlar davamlılığı ilə diqqət çəkdi. Həmin dövrlərdə əməkhaqlarının, pensiyaların və sosial müavinətlərin artırılmasını xüsusi qeyd etməliyik. Bu müsbət dinamikanın göstəricisidir. Həm də təqdirəlayiq haldır ki, həm minimum, həm də orta pensiyanın alıcılıq qabiliyyəti indeksinə görə Azərbaycan MDB məkanında öz liderliyini qoruyur”.

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, bu siyasəti ardıcıl surətdə davam etdirən dövlət başçısı İlham Əliyev 2023-cü ilin ilk günlərində imzaladığı Sərəncamla əhalinin sosial müdafiəsinin prioritet olduğunu bir daha təsdiqlədi: “Belə ki, ölkə Prezidentinin 5 yanvar 2023-cü il tarixli «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında» Sərəncamı həyata keçirilən sosial siyasətin, aparılan təkmil  islahatların davamı kimi dəyərləndirildi. Sərəncama əsasən, minimum aylıq əməkhaqqı 2023-cü ilin yanvarın 1-dən  345 manata yüksəlir. Həmçinin minimum pensiya 280 manata çatdırılacaq, müavinət və təqaüdlər, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğləri artırılacaq. Dövlət başçısı İlham Əliyevin iqtisadi tərəqqi ilə uzlaşan sosial siyasəti ölkə ictimaiyyəti tərəfindən dəstəklənir. Atılan hər bir addımda vətəndaş amilinin prioritetliyi  cənab İlham Əliyevin hər bir Azərbaycan vətəndaşının  Prezidenti olduğunu təsdiqləyir. Son illərin statistikasına diqqət yetirsək görərik ki, minimum əməkhaqqı  artırılaraq 130 manatdan 345 manata, minimum pensiya 110 manatdan 280 manata çatdırılır. Ümumilikdə əməkhaqlarının, pensiyaların, müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılması davamlı xarakter daşıyır. Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, keçmiş məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, həmçinin şəhid ailələrinə, qazilərimizə diqqət və qayğı dövlətimizin sosial siyasətinin əsasını təşkil edir».

Vüqar Rəhimzadə onu da əlavə edib ki, dövlət başçısı İlham Əliyev ötən ilin sonlarında «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında»  Qanunu təsdiqlədi. 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edildi.  Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minir. Həmçinin dövlət başçısı İlham Əliyev 2023-cü ilin dövlət büdcəsini təsdiqlədi. Builki dövlət büdcəsi də sosialyönümlülüyü ilə diqqətdədir.

“Göründüyü kimi, ölkəmizin iqtisadi imkanlarının artması əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı addımlara geniş yol açır» söyləyən YAP Xətai rayon təşkilatının sədri bildirib ki, bir əsas məqamı da unutmayaq ki, tarixi Zəfərimizin yaratdığı  reallıqlar fonunda işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri  həyata keçirilir: «Azərbaycan dünya hərb tarixində bu ilkə də imza atdı ki, müharibə bitən kimi azad edilmiş ərazilərimizdə bərpa işlərinə start verdi. İki ildən artıq dövrdə görülən işlərin miqyası ölkəmizin iqtisadi imkanları barədə aydın təsəvvür yaradır. Azərbaycan bu işləri öz daxili imkanları hesabına həyata keçirir. İşğaldan azad edilmiş torpaqlarımızla yanaşı, digər regionlarımızın da sosial-iqtisadi inkişafı dövlətimizin diqqət mərkəzindədir. Prezident İlham Əliyev insanların rahat yaşayışının təmin olunmasını, sosial rifah halının yaxşılaşdırılmasını, bir sözlə, onların qayğıları ilə yaxından tanış olub həlli istiqamətində  addımların atılmasını bütün dövlət məmurlarının qarşısında əsas vəzifə kimi qoyur. Dövlət başçısı rayonlara yeni təyin etdiyi icra başçılarını qəbul edərkən də onlara ilk tapşırığı xalqın yanında olmaq, onların problemlərinin həllini yüksək səviyyədə təmin etməkdir.”   

Vüqar Rəhimzadə sosial xidmət sahəsində təkmilləşməni də insan amilinə verilən dəyərin bariz nümunəsi kimi qeyd edərək bildirib: “Prezident İlham Əliyevin sosial islahatlar proqramının əsas hədəfi dövlət sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan modern, çevik  mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin təmin edilməsidir. Dövlətimizin başçısının “Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci ildə  imzaladığı Fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin məqsədi də məhz bu hədəfə yüksək səviyyədə nail olmaqdır.  DOST Agentliyi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsünün nəticəsidir. “ASAN xidmət”, DOST mərkəzlərinin işğaldan azad edilmiş ərazilərimizdə yaradılması da əsas hədəflər sırasındadır. O da məlumdur ki, ötən ilin sonlarında Bakının Xətai rayonunda yerləşən 5 saylı DOST mərkəzinin açılışı oldu. Bu statistik rəqəm açıqlandı ki, bugünədək istifadəyə verilmiş DOST mərkəzlərində ümumilikdə 1 milyon 250 mindən çox şəxsə xidmət göstərilib. Vətəndaşların xidmətlərdən məmnunluq səviyyəsi 98,2 faiz təşkil edir. Ümumilikdə DOST mərkəzləri vasitəsilə həyata keçirilən tədbirlər dövlətin sosialyönümlü siyasətini əyani nümayiş etdirir”.

YAP Xətai rayon təşkilatının sədri qürur hissi ilə qeyd edib ki, Böyük Qayıdışın tam şəkildə həyata keçirilməsindən sonra işğaldan azad edilmiş ərazilərimizin malik olduqları iqtisadi potensialdan səmərəli istifadə dayanıqlı inkişafa böyük töhfələr verəcək, güclü sosial siyasət üçün imkanlar yaranacaq. Özünüməşğulluq proqramının coğrafiyasının genişlənməsi də əhalinin sosial müdafiəsinin gücləndirilməsində öz sözünü deyəcək. 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:23
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak edirlər

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ