çərşənbə günü, 11 noyabr 2026
     

"Yeni il yeni çağırışlar, yeni hədəflər deməkdir" - Vüqar Rəhimzadə

Image


2023-cü ilin ilk ayının ilk günlərini yaşayırıq. Yeni il yeni çağırışlar, yeni hədəflər deməkdir. Bu hədəflər dövlət başçısı İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində öz əksini tapdı. Yeni il, eyni zamanda, ötən ilə bir baxış və əldə edilən uğurların fonunda qarşıdakı dövrün əsas çağırışlarının müəyyənləşdirilməsidir. Bu baxımdan, böyük qürur hissi ilə qeyd edə bilərik ki, 2022-ci il tariximizə növbəti uğur səhifəsini yazdı.

Fikrimizin təsdiqi üçün ölkəmizin iqtisadi, siyasi, hərbi, diplomatik sahələrdə qazandığı uğurların xronologiyasına diqqət yetirmək kifayətdir. Dövlət başçısının qeyd etdiyi kimi, bütün nailiyyətlərə çatmaq üçün güclü iqtisadiyyatımız olmalıdır və iqtisadi müstəqillik çoxdan təmin edilib. Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, heç kimdən iqtisadi və siyasi cəhətdən asılı deyil. 2022-ci ilin iqtisadi göstəricilərinə diqqət yetirək. İqtisadiyyat təxminən 5 faiz, qeyri-neft sektoru 9 faizdən çox artıb. Ümumi daxili məhsul ötən il rekord həddə – 130 milyard manata çatıb. Xarici dövlət borcumuz xeyli azalıb. Prezident İlham Əliyev bu mühüm məqamı xüsusi qeyd etdi ki, bu hədəf qarşıya qoyulmuşdur ki, xarici borcumuz ümumi daxili məhsulun 10 faizini təşkil etməlidir. Keçən il 17 faiz idi, bu ilin son nəticələrinə görə 9,5 faizdir. Müqayisə əsasında qeyd edildi ki, bəzi inkişaf etmiş ölkələrdə xarici borc ümumi daxili məhsulun 100, 120, hətta 150 faizini təşkil edir. Bu statistika Azərbaycanın tamamilə beynəlxalq maliyyə institutlarından asılı olmadığını təsdiqləyir.

Məhz ölkəmizin artan iqtisadi imkanları digər sahələrdə də uğurlu nəticələrin əldə olunmasına əsas yaradır. Başqa sözlə, iqtisadi və siyasi müstəqilliyin vəhdətinin qorunması Azərbaycanın davamlı uğurlarını şərtləndirən əsas amillər sırasındadır. İki ildən artıqdır ki, postmünaqişə dövrünün reallıqlarını yaşayırıq. Azərbaycanın bu dövrdə həm iqtisadi, həm də siyasi sahədə uğurları harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıda qürur hissi yaradır. İşğaldan azad edilmiş ərazilərimizdə geniş vüsət alan bərpa-quruculuq işləri bir tərəfdən iqtisadi və maliyyə imkanlarımızın genişliyini, digər tərəfdən isə xalqımızın qurucu xalq olduğunu, öz torpaqlarına sahib olmaq və inkişaf etdirmək üçün böyük fədakarlıq göstərdiyini təsdiqləyir. Azərbaycan, eyni zamanda, beynəlxalq hüququn 5 əsas prinsipini özündə əks etdirən sülh müqaviləsini Ermənistana təklif edib, onların qarşı tərəfdən qəbuluna nail olmaqla bir daha ədalətin və beynəlxalq hüququn mövcudluğunu təsdiqlədi.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, bu gün işğaldan azad edilmiş torpaqlarımız, ümumilikdə, bütün regionlarımız inkişaf dövrünü yaşayır: “Ötən il dövlət başçısı İlham Əliyevin regionlara 30 səfəri olub ki, bunların 21-i işğaldan azad edilmiş ərazilərimizədir. Hər bir səfər yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalıb. Böyük Qayıdış Proqramı uğurla həyata keçirilir. Ötən il bu istiqamətdə ilk addım atıldı. Zəngilanın Ağalı kəndi «ağıllı kənd» layihəsi çərçivəsində bərpa olunaraq istifadəyə verildi və sakinlərini qarşılayaraq yeni həyata başladı. Şərqi Zəngəzurun hava qapısı dünyaya açıldı. Belə ki, Zəngilan Beynəlxalq Hava Limanı dövlət başçısı İlham Əliyevin və qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə istifadəyə verildi. Bu mühüm addımın böyük iqtisadi və strateji əhəmiyyəti vardır. Nəzərə alsaq ki, işğaldan azad edilmiş ərazilərimiz böyük turizm imkanlarına malikdir, bu halda Beynəlxalq Hava limanlarının istifadəyə verilməsinin gələcəkdə bu istiqamətdə uğurlu nəticələrin əldə olunmasına töhfələri özünü qabarıq şəkildə büruzə verir. Bu sırada ötən ilin avqustunda dövlət başçısı İlham Əliyevin Laçın şəhərinə, eyni zamanda, həmin rayonun Zabux və Sus kəndlərinə qayıdışımızla bağlı paylaşımını da xüsusi qeyd edə bilərik. Müzəffər Ali Baş Komandan sentyabrın 21-də Laçın rayonuna səfəri zamanı Laçın şəhərinin mərkəzində Azərbaycan Bayrağını ucaltdı. Bildirdi ki, artıq Laçının bərpası və yenidən qurulması zamanıdır. Dövlət başçısı İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bu hədəfi də açıqladı ki, 2023-cü ildə laçınlıları Laçına qaytaracağıq, ilk keçmiş köçkünlər öz doğma torpağına qayıdacaqlar.”

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, Azərbaycanın siyasi uğurlarına gəldikdə isə 2022-ci il ölkəmiz üçün bu sahədə də möhtəşəm nailiyyətlərlə yadda qalıb: “Azərbaycanın sözünün imzası qədər dəyərli və əhəmiyyətli olduğu beynəlxalq səviyyədə etiraf edilən mühüm məqamlardan oldu. Dövlət başçısı İlham Əliyevin xarici ölkələrə hər bir səfəri, eyni zamanda, beynəlxalq tədbirlərə fəxri qonaq qismində dəvət edilməsi və həmin tədbirlərdəki çıxışları bir çox məqamlara işıq saldı. Azərbaycan sülh gündəliyinin və yeni əməkdaşlıq formatlarının müəllifi kimi beynəlxalq arenada yerini və rolunu möhkəmləndirdi. Ölkəmizin türk dünyasının birliyinə davamlı töhfələri də diqqətdən kənarda qalmadı. Prezident İlham Əliyevin Türkiyəyə iki, qardaş ölkənin başçısı Rəcəb Tayyib Ərdoğanın isə üç dəfə ölkəmizə səfəri, həmçinin digər türkdilli dövlətlərə qarşılıqlı səfərləri ötən ilin mühüm hadisələri sırasında yer aldı. Dövlət başçısı İlham Əliyev bir daha bəyan etdi ki, türk dünyası böyük bir ailədir. Azərbaycanın xarici siyasətində türkdilli dövlətlərlə əməkdaşlıq xüsusi yer tutur.”

Vüqar Rəhimzadə diqqəti dövlət başçısı İlham Əliyevin müraciətində Azərbaycanın enerji sektorunda qazandığı uğurların fonunda səsləndirdiyi hədəflərə də yönəldib: “Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Memorandum imzalandı. Azərbaycan dünya bazarlarına öz təbii qazının ixracatını artırır. Ötən ilin sonunda - dekabrın 17-də isə yeni böyük meqalayihəyə start verildi. Qara dənizin dibi ilə elektrik kabelinin çəkilişi imkan verəcək ki, Azərbaycan bu sahədə də öz rolunu daha geniş miqyasda oynasın. Çünki bu elektrik enerjisinin əsas təchizatçısı Azərbaycan olacaq. Əsas hədəf budur ki, Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası olmalıdır. Prezident İlham Əliyev bildirdi ki, bu hədəfə nail oluruq və olacağıq. Azərbaycanın çox geniş bərpaolunan enerji mənbələri həm ölkəmiz, həm də dünya üçün böyük əhəmiyyət kəsb edir. Ölkəmiz enerji sahəsində əvəzolunmaz tərəfdaşa çevriləcək.”

“Ötən il dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə “Şuşa İli” elan edildi. Bu il isə “Heydər Əliyev İli” elan olunub. “Şuşa İli” çərçivəsində görülən işlərin miqyası o qədər genişdir ki, onların hamısını əhatə etmək mümkün deyil. Çünki 2022-ci il təkcə Qarabağın tacı, türk dünyasının mədəniyyət paytaxtı Şuşanın deyil, bütün işğaldan azad edilmiş ərazilərimizin dirçəlişinə xidmət edən addımlarla zəngindir. Dövlət başçısı İlham Əliyev müraciətində bu hədəfi də böyük əminliklə qeyd etdi ki, Böyük Qayıdış Proqramında bizim bütün planlarımız öz əksini tapıb. Cənab İlham Əliyev bu əminliyini də ifadə etdi ki, yüz minlərlə keçmiş köçkün yaxın gələcəkdə öz doğma yurd-yuvasına qayıdacaq.

“Heydər Əliyev İli” isə özündə daha möhtəşəm hədəfləri, çağırışları ehtiva edir. “Heydər Əliyevin xatirəsinə ən böyük hörmətimiz onun yoluna sədaqətimizdir” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, bu yolla gedirik və bu gün Azərbaycan reallıqları, uğurlar, qələbələr, bax, bu yolun təməlində dayanıb”, - deyə YAP Xətai rayon təşkilatının sədri bildirib.

Vüqar Rəhimzadə bu ümumiləşdirməni aparıb ki, dövlət başçısı İlham Əliyevin müraciəti 2023-cü il üçün hədəflərin təqdimatı oldu. Əldə etdiyi uğurlarla kifayətlənməyərək daim irəli baxan Azərbaycanı cari ildə daha möhtəşəm uğurlar gözləyir. Qarabağ və Şərqi Zəngəzur bu il də iqtisadi, siyasi, diplomatik mərkəz kimi dünyanın diqqətində olacaq və bu məkandan bir daha “Qarabağ Azərbaycandır!” söyləyəcəyik.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:23
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak edirlər

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ