Bazar ertəsi günü, 14 sentyabr 2026
     

"Azərbaycan dövləti prosesləri yarıda saxlamaq fikrində deyil" - Yunus Oğuz

Image


Mili Vəhdət Partiyasının sədri Yunus Oğuz cari ilin yekunları, il ərzində ölkə həyatında baş verən mühüm hadisələr, eləcə də növbəti ildə gözləntilərlə bağlı "OLAYLAR"-a müsahibə verib. Müsahibəni təqdim edirik.

-Yunus bəy, artıq 2022-ci il başa çatmaq üzrədir. Bu il Azərbaycan üçün nə dərəcədə uğurlu oldu?

-2022-ci il hadisələrlə çox zəngin oldu. İstər siyasi, istər iqtisadi, istərsə də hərbi və sosial sahədə kifayət qədər ölkə həyatı üçün müsbət hadisələr baş verdi. Türk Dövlətləri Təşkiatının sammiti, ermənilərin sentyabr təxribatı və ona qarşı həyata keçirilən uğurlu hərbi əməliyyat, iqtisadi sahədə beynəlxalq səviyyədə mövqelərimizin güclənməsi, Avropaya enerji resursları, təbii qazın satılması sahəsində əlaqələrin genişləndirilməsi və s. bu sıraya aid etmək olar. Bir sözlə 2022-ci il bütün parametrlər üzrə çox zəngin oldu. Ən əsası Azərbaycan dövlətinin apardığı uğurlu siyasət sayəsində Ermənistan daxilində siyasi baxımdan fikir ayrılığı yarandı. Bu gərginlik Qarabağ erməniləri arasına da sirayət etdi. İlin ən vacib hadisələrindən biri də Xankəndi-Laçın yolunda ermənilərin Qarabağda törətdikləri ekoloji terrora qarşı dinc etiraz aksiyasının keçirilməsi oldu ki, hazırda da həmin aksiya davam edir. Müəyyən beynəlxalq təzyiqlərə, qərəzli yanaşmalara baxmayaraq bu dinc və haqlı aksiya davam edir. Bu da onu deməyə əsas verir ki, Azərbaycan Cənubi Qafqazda öz siyasətini yürüdür, öz yolunu davam etdirir. Azərbaycanı regionda söz sahibi edən əsas amillərdən biri də onun iştirakı ilə gerçəkləşən loqistik dəhlizlərin işə düşməsidir. Hətta Çin də artıq bu loqistik dəhlizdən istifadə etmək barədə düşünür. Bu baxımdan bir müddət əvvəl keçirilən Azərbaycan-Türkiyə-Türkmənistan liderlərinin üçtərəfli sammiti də əhəmiyyətli hesab edilə bilər. Bir sözlə Azərbaycan artıq Avropa ilə Asiyanı birləşdirən bir ölkəyə çevrilib.

-Qeyd etdiyiniz müsbət tendensiyalarla yanaşı, Qarabağda hələ də arzulamadığımız hadisələr yaşanır, separatçı Ruben Vardanyan Azərbaycanı açıq şəkildə təhdid edir . Sizcə proseslər hara doğru gedir?

-Azərbaycana təsir etmək üçün əvvəl Ruben Vardanyanı ora gətirdilər, sonra hökumət nümayəndələrimizin ekoloji monitorinq aparmasına mane oldular. Düşünürdülər ki, Azərbaycan bununla geri addım atacaq. Ancaq Azərbaycan da dərhal haqlı olaraq orada dinc aksiyaya qərar verib həmin ərazilərin bizə məxsus olduğunu dünyaya bildirdi. Artıq Fransa prezidenti Emmanuel Makron da deyə bilmir ki, Qarabağ müstəqil dövlətdir. Hazırda da davam edən dinc etiraz aksiyası bir daha dünyaya göstərdi ki, Qarabağ Azərbaycanın suveren və ayrılmaz hissəsidir.

-Bəs, Azərbaycanın qarşıdakı illərdəki hədəfləri hansılardır?

-Əvvəla onu qeyd edim ki, bizim yaxın hədəfimiz Qarabağ idi. Xankəndi, Xocalı idi. Artıq bu sahədə iş görürük. Şəhər və rayonlarımızı işğaldan azad etmişik, orada infrastrukturun yaradılması, qayıdışın təmin olunması, sosial inkişafın həyata keçirilməsi istiqamətində iş görürük. Yaxın hədəflərimizdən biri də ondan ibarətdir ki, Azərbaycanın bütün ərazilərində dövlətimizin qanunları işləsin. Bununla yanaşı orta hədəfimiz də var. Orta hədəf Zəngəzur dəhlizinin açılmasıdır. Həmçinin, dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qərbi Azərbaycan İcmasının binasının açılış mərasimində dediyi kimi Qərbi Azərbaycan Azərbaycan torpaqlarıdır və azərbaycanlılar ora qayıtmalıdır. Bu artıq orta hədəfdir və orta hədəfin reallaşması istiqamətində də paralel şəkildə iş gedir. Müharibə qurtaranda biz ancaq yaxın hədəflə məşğul idik. İndi isə orta hədəfə doğu addım atırıq. Dəmir yolu xətləri çəkilir, yeni yollar salınır. Artıq Zəmgəzur dəhlizinin açılmasından söhbət getmir. Çünki bu reallığa çevrilmək mərhələsindədir. İndiki halda orta hədəfimizdə İrəvan var. Yaxın və orta hədəflə paralel olaraq uzaq hədəfimiz də var ki, o da icra olunur.

-Nədir uzaq hədəf?

-Güney Azərbaycan məsələsində dövlət başçısının çıxışına diqqət edin. Cənab prezident bildirdi ki, orada 40 milyona yaxın əhalimiz yaşayır. Bu bizim uzaq hədəfimizdir. 4 aydır ki, orada insanlar, Güney azərbaycanlılarımız işgəncələrə məruz qalır, edam olunur. Yüzlərlə insan molla rejimi, teokratiyanın qurbanına çevrilib. Onu da qeyd edim ki,  bütün bunlarla yanaşı daha uzaq bir hədəfimiz də var. O da Türk Dövlətləri Təşkilatının ordusu, iqtisadiyyatının yaradılmasından ibarətdir. Bütün bu proseslər paralel şəkildə gedir. Bütün bunlar onu göstərir ki, faktiki olaraq Azərbaycan, Türkiyə və Orta Asiya dövlətləri bir araya gəlib güclü bir təşkilat yaradırlar. Bunun üçün bu quruma daxil olan dövlətlərin kifayət qədər insan resursları, iqtisadi potensialları var.

-Maraqlıdır ki, uzaq hədəflərin reallaşacağı təqdirdə İran proseslərin hansı istiqamətində yer alacaq?

-Əvvəla onu qeyd etmək istərdim ki, 44 günlük Vətən müharibəsi başa çatdıqdan dərhal sonra ikinci Zəngəzur dəhlizinin açılması məqsədilə biz İranla müqavilə bağladıq. Hansı ki, həmin dəhliz İran ərazisindən keçməklə ona da böyük fayda verəcəkdi. Lakin İran sonradan bununla razılaşmadı. Ermənistana dəstəyini davam etdirdi, onları təxribatlara sürüklədi. İran faktiki olaraq Xankəndinin Azərbaycanın nəzarəti altına keçməsini istəmir. Dekabrın 24-də Azərbaycan Prezidentinin Qərbi Azərbaycan İcmasının binasının açılış mərasimindəki çıxışı da daha çox, eyni zamanda əsassız olaraq İranı narahat etdi. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu günlərdə keçirdiyi mətbuat konfransında İranla problemlərimizin olduğunu ifadə etdi. Həmin problemləri yaradan da elə İran özüdür. İran qəti şəkildə istəmir ki, Azərbaycan güclənsin. Ona görə də İran Ermənistana PUA bağışlayır. Burada da məqsəd Ermənistanın Azərbaycana qarşı yeni bir təcavüzünə imkan yaratmaqdır. Ötən 30 ildə İranın atdığı addım məhz buna hesablanıb. İran bütün vasitələrdən istifadə edib ki, Azərbaycana zərbə vursun, onu kiçiltsin. Bunun üçün cəmiyyətin müxtəlif təbəqələrini ələ almağa çalışıblar. Ən son Laçın yolunda baş verənlər də bir daha təsdiqlədi ki, millət öz hədəfini bilir və ona doğru addımlayır. Azərbaycanın bütün ərazilərində ölkə qanunları işləməli, Zəngəzur dəhlizi açılmalı, İrəvana qayıdış olmalıdır. Zaman-zaman qeyri-rəsmi olaraq 500 min insan Qərbi Azərbaycandan deportasiya edilib. İndi mərhələ-mərhələ həmin hədəflərə doğru gedirik.  Təbii ki, bütün bunlar da İranı narahat edir. Bir sözlə Azərbaycan güclənən kimi İrandakı 40 milyon soydaşımız da artıq öz hədəflərini müəyyənləşdirirlər. Hazırda Güney Azərbaycandan olan soydaşlarımızın əsas şüarı budur. Lider bəlli, hədəf bəlli, millət bəlli. Lider kimdir? Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyev.  Bütün bu proseslərin fonunda ortada qalır İrəvan. Fransa  Avropadan gəlib Ermənistana dəstək verə bilməyəcək. Çünki ona nə ABŞ, nə Böyük Britaniya, nə də Avropanın digər dövlətləri dəstək verməyəcək. Makronun nə etməsindən asılı olmayaraq Azərbaycan və Türkiyə geosiyasətdə öz yerini tutur. Düzdür, bu il Ermənistanla sülh müqaviləsinin imzalanması reallaşmasa da, lakin növbəti ilə bu baş tutacaq. Çünki Ermənistanın başqa alternativi yoxdur.

-Növbəti ili də uğurlu hesab etmək olarmı?

-2023-cü il dövşan ilidir və dovşan da davakar deyil. Ancaq bütün halda Azərbaycan dövləti prosesləri yarıda saxlamaq fikrində deyil.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

Rusiyanın Ermənistana qarşı edəcəyi işlərin siyahısı tutulub... hətta kütləvi deportasiya da var...

Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...

SON XƏBƏRLƏR

14.09.2026 / 22:20
BRİCS çat verdi - Rusiya və İran umduqları dəstəyi ala bilmədilər...

14.09.2026 / 22:03
Pakistan Ermənistanda səfirlik açmaqla tələsdimi...?

14.09.2026 / 21:47
Faşizmin yenidən hakimiyyətə qayıdış xofu Almaniyanı bürüyüb - 2-ci torpaqda təlaş...

14.09.2026 / 21:32
Neft daşımaları üçün həyati əhəmiyyət kəsb edən dəniz arteriyası İrana bağlı qüvvələrin nəzarətinə keçir

14.09.2026 / 21:16
Hörmüzdəki “partlayışın” əks-sədası gəldi - Azərbaycan və Qazaxıstan operatorlarının imkanları dəyişəcək..

14.09.2026 / 21:01
Çin və hind liderlər Ukrayna məsələsində Putinin qarşısına dikildilər...

14.09.2026 / 20:47
ABŞ-da seçki Zəngəzur və 907 məsələsinə təsir göstərə bilər...

14.09.2026 / 20:40
“Sülh Körpüsü” Təşəbbüsünün Azərbaycan üzrə qrupu Ermənistan mediasının qərəzli mövqeyinə münasibət bildirdi

14.09.2026 / 20:35
ABŞ-da dizelin qiymət rekord həddə çatdı, Tramp hərəkətə keçdi - Rusiya və Ukrayna enerji obyektlərinə hücumları dayandırdı…

14.09.2026 / 20:31
Türkiyənin Egey sahilləri avtomobil səyahətləri üçün yeni marşrutlar təqdim edir - FOTO

14.09.2026 / 20:23
Hikmət Hacıyevin Qarabağda diplomatik korpusa göstərdiyi saxta kitabların sirri...

14.09.2026 / 20:11
Diplomatik korpus nümayəndələrinin Qarabağ səfərlərinin sonradan açılan tərəfləri...

14.09.2026 / 19:58
Tramp Putinə görə Zelenskiyə elçi düşüb...

14.09.2026 / 19:47
Prezident 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib

14.09.2026 / 19:35
Qarabağda ilk dəfə olmuş Aİ xüsusi elçisi İrəvana mesajlar aparır...

14.09.2026 / 19:21
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker həbs edildi

14.09.2026 / 19:14
Rusiya “qışın oğlan çağında” Ermənistanın qazını kəsəcək, ardınca da Ukrayna ssenarisini işə salacaq

14.09.2026 / 19:06
Media və Yayım Şurasında Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib - FOTO

14.09.2026 / 18:58
Lizinq təşkilatlarına yeni qayda kəsildi – kimin xeyrinədir? Bundan sonra...

14.09.2026 / 18:45
Diplomatların Qarabağ səfərində İrəvanı qıcıqlandıran 3 səbəb...

14.09.2026 / 18:32
ABŞ "bir şərtlə" İrana nüvə yanacağı tədarük etməyə hazır olduğunu açıqladı…

14.09.2026 / 18:17
Prezident İlham Əliyev BƏƏ-nin milli təhlükəsizlik müşavirini qəbul edib - FOTO

14.09.2026 / 17:50
Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir

14.09.2026 / 17:42
Mətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirilib

14.09.2026 / 17:38
Ermənistan müdafiəsiz qalır - ordu yoxdur, ruslar isə gedir

14.09.2026 / 17:25
Tramp seçicilərin səsini pulla almaqda israrlıdır

14.09.2026 / 17:08
Ermənistan Avropa İttifaqı ilə Rusiyanın yeni döyüş meydançasına çevrilir

14.09.2026 / 16:55
Türkiyədən Bakıya çox asan görünən təklifin qəliz gizlinləri var...

14.09.2026 / 16:43
Zəngəzur dəhlizində neft kəmərinin son mənzili - konqresmen “oxu atıb yayı gizlətdi”...

14.09.2026 / 16:39
Şagird sayı az olan kənd məktəbləri bağlanır....

14.09.2026 / 16:28
Bəzi ixtisaslarda bakalavriat təhsili 3 il ola bilər...

14.09.2026 / 16:22
Müəllimlərin geyim tələbləri ilə bağlı yeni qaydalar yaxın günlərdə açıqlanacaq...

14.09.2026 / 16:17
Diplomatların cənab Hacıyevin müşayiətilə Qandzasara səfəri Rubinyana “od qoyub”…

14.09.2026 / 16:12
"X–XI siniflərdə təmayül tədris modelinin tətbiq edildiyi məktəblərin sayı 90-a çatdırılacaq" - Nazir

14.09.2026 / 16:08
Müəllimlik ixtisaslarına qəbul balı artırılır...

14.09.2026 / 16:02
Məktəblərdə dərs saatları dəyişdirilə bilər....

14.09.2026 / 15:53
Hakan Fidan Azərbaycana gəlir...

14.09.2026 / 15:45
90 min müəllimin maaşı artrılacaq - nazir açıqladı...

14.09.2026 / 15:27
Prezidentin sosial şəbəkə hesablarında "SABAH.city" innovasiya şəhərciyinin açılışı ilə bağlı video paylaşılıb

14.09.2026 / 15:23
Husilərin hücumu qlobal neft tədarükünü təhdid etməyə başladı - hələlik 4 faiz…

14.09.2026 / 15:10
Əli Əsədov AİB-in Direktorlar Şurasının nümayəndə heyəti ilə görüşüb

14.09.2026 / 14:54
Professor Kərim Şükürovun yaradıcılığında vətənpərvərlik ruhu və Qarabağın tarixi məsələləri

14.09.2026 / 14:16
BRICS-in Dehli Zirvəsində qala menyusu mübahisə yaratdı - otellərinə qayıdan liderlər ət yeməkləri sifariş verdi…

14.09.2026 / 14:01
Əndazəsini aşan TOYLAR – bu gedişlə hara gedirik?

14.09.2026 / 13:42
Ölkədə təhsilin inkişafına və innovasiyalara həsr edilən ömür - Əliyusif Məmmədov – 70

14.09.2026 / 13:22
Makronun Fransada reytinqi rekord həddə aşağı düşdü – cəmi 16 faiz…

14.09.2026 / 12:57
Yunanıstanda miqrantları daşıyan qayıq batdı - 25 nəfər itkin düşdü

14.09.2026 / 12:41
Rusiyadan Avropaya gözdağı – Kiyevdən qayıdan siyasətçi və diplomatlar ölümdən son anda qurtuldu…

14.09.2026 / 12:26
Səudiyyə Hörmüzlə bağlı Oman-İran razılaşmasında düzəlişlər edilməsini istədi – razılaşmanın elan edilməsi təxirə salındı…

14.09.2026 / 12:20
Prezident Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul etdi - FOTO

14.09.2026 / 12:07
Avstriya İranın nüvə təşkilatının rəhbərini MAQATE-nin iclasına buraxmadı – işin arxasından ABŞ çıxdı…

14.09.2026 / 11:58
Ombudsman ayrı-seçkilik xarakterli elanlarla bağlı nazirliyə müraciət etdi

14.09.2026 / 11:47
TDT müsəlman dini idarə rəhbərləri Prezident İlham Əliyevə müraciət etdi....

14.09.2026 / 11:33
TDT müsəlman dini rəhbərləri Şurasının Bakı Bəyannaməsi qəbul edildi

14.09.2026 / 11:20
DTX-nin rəisi Əli Nağıyev Çinə səfər edib

14.09.2026 / 11:09
Azərbaycanda bəzi şəxslərin iş vaxtı dəyişdirilir....

14.09.2026 / 10:53
Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib - FOTO

14.09.2026 / 10:40
ABŞ 11 sentyabrla bağlı yeni məxfi materiallar açıqlaya bilər…

14.09.2026 / 10:27
Tramp ABŞ-ın kəşfiyyat şefinin Ukrayna danışıqlarında iştirakından danışdı…

14.09.2026 / 10:12
DYP yeni dərs ilinin başlanması ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət etdi

14.09.2026 / 10:03
TDT Müsəlman dini liderlərinin 8-ci görüşü Türkiyədə keçiriləcək...

14.09.2026 / 09:44
Rusiya Ermənistana qaz tədarükünü dayandırır...

14.09.2026 / 09:29
Bakıda TDT ölkələrinin müsəlman dini idarə rəhbərlərinin VII görüşü keçirildi - YENİLƏNDİ

13.09.2026 / 23:36
Trampdan İranın Körfəz ölkələri ilə danışıqlarına reaksiya - vecimə də deyil...

13.09.2026 / 23:10
Zelenski də “Bakı-Xəbər”in Tiktok hesabını izləyir – paylaşım etdi…

13.09.2026 / 21:31
Şəhid Səbuhi Əhmədovun xatirəsi anılıb

13.09.2026 / 20:37
Tramp Zelenskini Rusiyanın neft obyektlərinə hücumları dayandırmağa çağırdı - bu, bütün dünyaya zərər verir...

13.09.2026 / 20:11
Şotlandiya, Uels və Şimali İrlandiya liderləri bir arada - Britaniyanın parçalanması rəsmən müzakirəyə çıxarılır...

13.09.2026 / 17:25
Aİ-nin xüsusi nümayəndəsi Azərbaycana səfəri ilə bağlı paylaşım etdi

13.09.2026 / 16:49
Ordu rəhbəliyindən istefa verən admiraldan şok etiraf - ABŞ müasir müharibələrdəki dəyişikliklərə uyğunlaşa bilmir…

13.09.2026 / 16:12
Hörmüz, Bab əl-Məndəb və Səudiyyə ətrafında gərginlik artır - qlobal neft tədarükü təhlükə altında…

13.09.2026 / 15:25
Nazir Akın Gürlekin yalanı çıxdı – İmralıda Öcalana özəl villa tikintisi... Baxçalı HƏR ŞEYİ AÇIB TÖKDÜ…

13.09.2026 / 13:10
"Əsas odur ki, müharibənin nəticələrini bir vaxtlar qəbul etməyən Avropa Qarabağa ilk dəfə xüsusi nümayəndə göndərir... Siz "Matı-Patıya" fikir verməyin...

13.09.2026 / 12:21
Ərdoğan Əhməd Davudoğlunun oğlunun toyuna gəlmədi…

13.09.2026 / 12:03
Qeşm adası yaxınlığında İran yük gəmisi vuruldu – ölən və yaralananlar var…

13.09.2026 / 11:48
İndoneziya sahillərində 243 nəfəri daşıyan gəmi batdı – 140 nəfər itkin düşdü…

13.09.2026 / 11:22
Bəşər Əsədin əmisi oğlu Livanda yaxalandı…

13.09.2026 / 10:47
Mədəni soyqırım və saxtalaşdırılan tarix: Ermənistanın Cənubi Qafqazdakı irsi mənimsəmə siyasəti...

13.09.2026 / 10:25
Husilər dayanmır - Səudiyyə bazasını bombaladılar…

13.09.2026 / 09:26
Səadət Əliyeva - Onuncu mərtəbənin 40-cı zirvəsində...

13.09.2026 / 08:30
Moskva danışıqlar dövründə müharibəni dayandırmayacaq - Lavrov

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ