çərşənbə günü, 11 noyabr 2026
     

Laçın yolu aksiyası erməniləri “ağ bayraq” qaldırmağa vadar edir

Image


Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası ermənilər arasında getdikcə daha böyük xof yaradır. Artıq ermənilər də qəbul edirlər ki, Azərbaycan tərəfi istəyinə nail olmayana qədər aksiya davam edəcək.

Həqiqətən də hazırda, havanın şaxtalı olmasına baxmayaraq, ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər. Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi dəyişməz olaraq qalır. Belə ki, ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Bereqite prirodu!”, "Gkoüidu net! Monitorinqu da!" şüarlarını səsləndirirlər. Erməni tərəfi artıq qəbul edir ki, Azərbaycanın mövqeyi nəzərə alınmalıdır. Bunu erməni politiloqlarının açılqamaları fonunda da görmək olar. Məsələn, erməni politoloq Aleksandr İsgəndəryan qeyd edir ki, Azərbaycan bu aksiya ilə Qarabağda kimin əsl ev sahibi olduğunu göstərdi: “Yol açılacaqmı? Bu konkret problemin həlli üçün nəsə baş verəcəkmi? Məncə, bəli. Azərbaycanlıların Qarabağdakı erməni icmasını “acından öldürmək” niyyəti yoxdur. Azərbaycan sadəcə ev sahibinin kim olduğunu göstərmək istəyir və rus sülhməramlıların daha bir səlahiyyətini əlindən alır”. İsgəndəryanın fikrincə, azərbaycanlıların aksiyası Qarabağ ermənilərinə deyil, sülhməramlılara qarşı yönəlib: “Hesab etmirəm ki, bu çox davam edəcək – danışıqlar gedir, həm də çox sıx gedir. Ancaq bu heç də o demək deyil ki, belə bir hadisə sonuncudur”. Ekspert bu addımı Azərbaycanın strategiyası adlandırıb və bildirib ki, Bakı Ermənistana, Rusiyaya və Qarabağdakı ermənilərə müxtəlif vasitələrlə təsir etməyə davam edəcək: “Hələlik Ermənistanda, Rusiyada və Qarabağda  vəziyyət dəyişməyəcək, ancaq Bakı bu addımlara davam edəcək, diplomatik, ictimai, hərbi təzyiqi davamlı tətbiq edəcək”. Ermənistanın “Region” araşdırma mərkəzinin direktoru Laura Bağdasaryan isə vurğulayır ki, indi beynəlxalq ictimaiyyət də bu məsələdə Azərbaycanı yolundan döndərə bilməz: “BMT Təhlükəsizlik Şurasının çağırışlarının İlham Əliyevin planlarını həyata keçirməsinə mane olacağını düşünmürəm”. Onun sözlərinə görə, Azərbaycan özü üçün mühüm vəzifəni yerinə yetirir, bu vəzifə Qarabağda öz yurisdiksiyasını yaratmaqdır: “Azərbaycan belə vəziyyət yaratmaqla öz siyasi məqsədini reallaşdırır. Azərbaycan Laçın dəhlizində siyasi məsələni həll edir. Qarabağ sakinlərinin hüquqları Rusiya sülhməramlılarının yurisdiksiyasına daxil deyil”. Erməni politoloq Armen Vardanyan da qeyd edir ki, indiki halda Rusiya sülhməramlıları fəaliyyətsizdir. Onun sözlərinə görə, Ermənistan tərəfi Laçın dəhlizində hüquqi-siyasi həllə çalışır, humanitar həll Bakının qələbəsi olacaq. Ermənistan parlamentinin “Şərəf duyuram” fraksiyasının deputatı Tiqran Abramyan isə məsələnin başqa tərəflərinə də diqqət çəkir. Onun sözlərinə görə, Fransa Prezidentinin Azərbaycan Prezidenti ilə telefon danışığı olub, söhbətin əsas mövzusu, gözlənildiyi kimi, Cənubi Qafqazdakı və xüsusən də Qarabağdakı ağır vəziyyət olub: “Telefon danışığı ilə bağlı Fransanın rəsmi açıqlamasından fərqli olaraq, azərbaycanlılar Azərbaycan prezidentinin 8 kəndə qarşı təqdim etdiyi ərazi tələbləri ilə bağlı açıqlamaya daha bir cümlə əlavə ediblər. Ekoloji tələblər tədricən genişləndi: Ermənistanı Qarabağa bağlayan dəhlizə Azərbaycanın nəzarəti, Ermənistan ərazisi vasitəsilə dəhliz, indi də 8 kəndə qarşı ərazi tələbləri”. O qeyd edir ki, Azərbaycan nəticə əldə etməkdə israrlıdır.

Bu arada bir mühüm məqamı da qeyd edək ki, Laçın - Xankəndi yolunda qeyri-hökumət təşkilatlarının və ictimai fəalların etiraz aksiyaları fonunda Qarabağdakı separatçı rejim mülki əhaliyə təzyiq göstərir. Belə ki, Qarabağdakı Vardanyan-Arutunyan cütlüyünün rəhbərlik etdiyi quldur dəstəsi Xankəndi sakinlərini faktiki girov saxlamağa çalışır və onların yoldan istifadə etməsinə əngəl törədir. Məqsəd dünya ictimaiyyətinə Laçın yolunun bağlı olduğunu göstərmək və guya Azərbaycanın humanitar böhran yaratdığını nümayiş etdirməyə çalışmaqdır. Hətta iş o yerə çatıb ki, Xankəndi sakinlərinin sosial şəbəkə hesabları izlənilir və təftiş edilir. Onlara təzyiqlər edilir, hətta döyüb işgəncə verilməsi haqqında məlumatlar var. Beləliklə, Vardanyan və Arutunyan kimi cinayətkarlar Qarabağın mülki ermənilərinin Azərbaycana reinteqrasiyasına mane olmağa çalışır və bunun üçün hər cür təxribatlara əl atmaqdan çəkinmirlər. Çünki bilirlər ki, sadə ermənilər arasında Azərbaycan qanunları əsasında yaşamağa hazır olanlar az deyil. Ermənistan Helsinki Komitəsinin sədri, erməni hüquq müdafiəçisi Avetik İşxanyan bu fonda bildirir ki, Ermənistan hökuməti Qarabağı Azərbaycanın tərkibində buraxmaq üçün hər şeyi edir. Amma Ruben Vardanyan prosesə əngəl olmağa çalışır: “Vardanyan Rusiyanın istəyi ilə “vəzifəyə təyin edilib”, lakin Rusiyanın xarici işlər naziri Sergey  Lavrov Vardanyanın artıq Rusiya vətəndaşı  olmadığını qeyd edərək bu şübhələri aradan qaldırmağa çalışdı. Azərbaycan açıq şəkildə göstərdi ki, Ruben Vardanyanın “təyin edilməsi” onlar üçün qəbuledilməzdir. Rusiya da diplomatik davranaraq Vardanyanın artıq Rusiya vətəndaşı olmadığını bəyan etdi. Belə qənaətə gəlmək olar ki, Vardanyanın bu “vəzifə”yə təyinatı Rusiya hakimiyyəti ilə razılaşdırılıb. Amma Rusiya göstərməyə çalışır ki, sualın ünvan sahibi o deyil. Bütün bu hərəkətlər, Ararat Mirzoyanın üçtərəfli görüşdə iştirak etməməsi, Rusiya əleyhinə İrəvanda verilən bəyanatlar Azərbaycanın maraqlarına uyğundur.  Proseslə ona səbəb olacaq ki, rus sülhməramlılar getdikdən sonra Qarabağ Azərbaycanın nəzarəti altında qalacaq və Ermənistandakı anklavlar Azərbaycana təhvil veriləcək. Üstəlik, növbəti mərhələdə Azərbaycana dəhliz, yəni Zəngəzur veriləcək. Bu məsələdə Türkiyədən qəti dəstək var və bir çox Qərb ölkələri də bu prosesi dəstəkləyir. Rusiya isə bu prosesi başa düşür”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ