çərşənbə günü, 11 noyabr 2026
     

"405 nəfəri məhv elə, sonra üzr istə və rahat get" - beləmi, Zahid Oruc?..

Image


Şəmsəddin Əliyev: “Belə insanlara əfv düşmür”

“Keçmiş Baş prokuror Zakir Qaralov və hərbi prokuror Xanlar Vəliyev Ali Baş Komandandan, xalqdan, ordumuzdan və işgəncə qurbanlarından üzr istəməlidir”. Bu barədə Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc Milli Məclisin dekabrın 16-da keçirilən plenar iclasında “Tərtər işi” kimi tanınan cinayət işi üzrə danışarkən deyib.

O, işgəncə qurbanlarının yaxınlarının çoxsaylı aksiyalarına işarə edərək deyib ki, hərbi prokuror 5 il idi ki, işgəncə qurbanlarının üsyanını “nağıl” adlandırırdı.

Qeyd edək ki, Zahid Orucun bu çıxışı birmənalı qarşılanmayıb.

“Bakı-Xəbər” Media Qrupunun rəhbəri Aydın Quliyev özünün sosial şəbəkə hesabında bu məsələyə maraqlı münasibət sərgiləyib. O yazır ki, Zahid Oruc “Tərtər işi” barədə bu çıxışla özünü ağır  tarixi-mənəvi məsuliyyət altına atıb:  “Zahid Orucun Milli Məclisdə çıxışı "Tərtər işi”nin yüzlərlə qurbanının və onların əzizlərinin ruhlarına toxundu və ürəklərini qırdı… Ortada hələ bitirilməmiş böyük "Tərtər cinayəti" deyilən bir iş var, taleyi param-parça edilmiş, istintaqda öldürülmüş, misilsiz işgəncələrdən sonra həbslərdə çürüdülmüş bu insanların ruhları, ürəkləri Zakir Qaralovu və Xanlar Vəliyevi hətta bu adamlar Prezidentdən və xalqdan üzr istəsələr belə, bağışlayacaqmı, rahatlanacaqmı? Çətin...

Məgər Zakir Qaralovla Xanlar Vəliyev adi məişət qəbahətinə yol veriblər ki, üzr istəməklə hər şey bitmiş sayılsın?! Sabiq Baş prokuror və hərbi prokuror bütün istintaqların ədalətliliyinə və qanuniliyinə görə birbaşa məsuliyyət daşıyan ali nəzarət orqanlarının rəhbərləridır. Üstəlik "Tərtər istintaqını" elə bu iki orqanın  özləri aparıblar, demək, qanunsuz hərəkətlərdə və işgəncələrdə birbaşa əlləri var.

Əslində Zahid Oruc müəyyən mənada Zakir Qaralovla Xanlar Vəliyevə ən asan bəraətalma üsulu təklif etməklə onları daha ağır cəzadan sığorta etmiş olur. Məgər onların gecə-gündüz Allahdan istədikləri bu deyil ki, bir üzr istəməklə bu işin altından qalxa bilsinlər?

Ancaq ölkə Prezidenti cənab Əliyevin bir "üzr istəmə" ilə bunca işlərin üstündən keçəcəyini düşünə bilmirəm. Prezidentin böyük Qarabağ Zəfərinin uğurlu ilk "baş məşqi" sayılan 2016-cı ilin aprel döyüşlərinin igidlərinə qarşı bu cinayətləri burbaşa törədənləri və onlara nəzarət edənləri adi bir "üzrlə” bağışlamaq?.. Bu qurama cinayət işi Prezidentin tarixi əhəmiyyətli "baş məşqinə” kölgə saldı. Bunun qəsdlə, ya səhlənkarlıqdan edildiyini isə hələ araşdırmaq lazım gələcək. Qurama “Tərtər cinayəti”nin 2016-cı ilin aprel döyüşlərindən sonra ƏSAS MÜHARİBƏYƏ  daha əzmlə getməyə hazırlaşan əsgərlərimizin döyüş ruhunu qırmağa hesablanmış "qabaqlayıcı cəza əməliyyatı" olmadığına şəxsən mən zamin dura bilmərəm...

Salam-sabah etdiyim deputat Zahid Orucun belə çıxışla özünü çəkili bir tarixi-mənəvi məsuliyyətin altına atmasını istəməzdim... Zahid bəyin bu çıxışına qardaş Türkiyədən də reaksiyaların olacağını istisna etmirəm”.

Hüquqşunas Şəmsəddin Əliyev “Bakı-Xəbər”ə bildirdi ki, millət vəkilinin cinayət - hüquq qanunvericiliyinin ədalətliliyinə sual işarəsi qoyması mənim üçün çox üzücü oldu: “Bu qanunu qəbul edən məhz Zahid Orucdur. Prezidentin imzasından sonra Milli Məclis cinayət qanun vericiliyi haqda bu qanunu qəbul edib. Amma, Zahid Orucu qınamıram. Çünki, o,  hüquqşunas deyil. Əslində,  burada mütəşəkkil bir dəstənin əli, böyük bir dəstənin iştirakçılığı var. Xüsusilə ağır cinayətlərin törədilməsindən söhbət gedir. Uzun aparılan istintaq qeyri-obyektiv, qərəzli, birtərəfli, bəzən də səthi həyata keçirilib. Verilən ifadələr, daxil olan məlumatlar obyektiv araşdırılmayıb. Təsəvvür edin ki, günahsız insanlar həbs olunublar. Onların sırasında dünyasını dəyişənlər, bəraət alanlar var. Amma bəraətin hansı əsaslarla qəbul edilməsi də dərin araşdırılmalıdır. Belə çıxır ki, bu insanların əməlində cinayət tərkibi olmadığından onlar bəraət alır. İstintaqda olanların üzərindən ittiham götürülüb. Amma, bəraət hökmünü qəbul edənə qədər həyata keçirilən istintaq araşdırmaları, cinayət məsuliyyətinə cəlb etmə, həbs olunma halları, nəzarət və ittiham tərəfi, prokurorluq, sosial ədalətin bərpası uğruna çalışan hakimlərimiz, həm də isin ibtidai araşdırmasını aparan müstəntiqlər də məsuliyyət daşıyırlar. Yəni bu sıradan, az əhəmiyyətli ictimai təhlükəli əməl deyil ki, onlar inzibati xətalar məcəlləsi ilə və yaxud əmək qanunvericiliyinin tələblərinə uyğun inzibati intizam qaydasında tənbeh olunsunlar. Ölkənin Prezidentinin səlahiyyətinə aiddir, əfv etmək. Amma belə insanlara əfv düşmür. Mən Qarabağ müharibəsinin bir veteranı kimi düşünürəm ki, Zahid Orucun belə bir çağırışı Azərbaycan qanunlarına, xüsusi amansızlıqla davranışlardan həlak olanların ruhuna, həm də bizim böyük əziyyətlə qazandığımız qələbəyə bir hörmətsizlikdir. Burada dünyasını dəyişənlərin valideynlərinin iztirabları bir az da ağırlaşır. Bu gün kim yalnış istintaq aparıbsa, kim yalnış hökm qəbul edibsə  və yalnış ittiham veribsə onlar da bu iztirabları çəksinlər”.

Qeyd edək ki, 2017-ci il mayın 7-də Azərbaycan Baş Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə və Daxili İşlər nazirlikləri birgə bəyanat yayaraq Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluqda günahlandırılan bir qrup hərbi qulluqçu və mülki şəxsin həbs edildiyini bildirib. Birgə açıqlamada qeyd edilib ki, Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ