çərşənbə günü, 11 noyabr 2026
     

Laçın yolu aksiyası iştirakçısının ilginc təəssüratları - "sıravi ermənilər..." - MÜSAHİBƏ

Image


“Hər bir aksiya iştirakçısının qayğısı diqqətlə izlənilir və qarşılanır”

Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə etiraz aksiyası keçirir.

Etirazçıların tələbi Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsidir.

Son məlumatları almaq, ordakı vəziyyətin necə olduğunu öyrənmək üçün aksiya iştirakçısı, Azərbaycan Mətbuat Şurasının İdarə heyətinin üzvü Hacıbəy Heydərli ilə əlaqə saxladıq. Həmkarımızla müsahibəni təqdim edirik:

- Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar, jurnalistlər və QHT təmsilçiləri Şuşa-Laçın yolunda aksiya keçirir. Siz də bu aksiyada iştirak edirsiz. Aksiyaya neçə gündür qoşulmusuz?

- Dekabrın 12-də aksiyaya start  verilib. Aksiyanın 2-ci günündən etibarən mən iştirak edirəm. Aksiya yüksək əhval-ruhiyyə ilə davam edir. Hazırda aksiyada 200-dən çox etirazçı var. QHT nümayəndələri, ictimai xadimlər, könüllü gənclər, jurnalistlər Xankəndi yaxınlığında etirazlarda iştirak edirik. İlk gündən bugünə kimi aksiya iştirakçılarının şüarı eynidir. Biz öz əbədi və əzəli torpaqlarımızda erməni separatçıların ekoloji terroruna yox deyirik. Eyni zamanda,  bizim digər tələbimiz sülhməramlıların rəhbəri general-mayor Andrey Volkovun əraziyə gəlməsidir. Azərbaycan nümayəndə heyətinin məlum ərazidə monitorinq keçirməsinə icazə versinlər.

- Sülhməramlıların davranışlarında azərbaycanlılara qarşı qəzəb, hər hansı bir xoşagəlməz münasibət hiss olunurmu?

- Aksiyanın ilk günlərində sülhməramlıların davranışında aqressiya, qəzəb var idi. Ancaq növbəti günlərdə aksiya iştirakçılarının fəallığı, dayanmadan, usanmadan tələblərini səsləndirməsi sülhməramlıların münasibətini dəyişdirdi. Artıq onlarda bizə qarşı kin-küdürət hiss edilmir.  Bu günlər ərzində aksiya iştirakçıları ilə sülhməramlılar arasında hər hansı bir ziddiyət, xoşagəlməz hal baş verməyib. Dekabrın 14-də Dünya Çempionatının yarımfinalında Fransa ilə Mərakeşin oyunu canlı yayımlanırdı. Futbol oyununu izləmək üçün ərazidə nəhəng monitor quraşdırıldı. Sülhməramlılar da bizlə birlikdə həmin oyunu izlədilər.

- Xarici media mənsubları aksiyanı işıqlandırmaq üçün ora gəlibmi? Gəliblərsə, onlar Azərbaycanın tərəfindədirlər, ya Ermənistanın?

- Bəli, aksiyanı işıqlandıranlar arasında xarici media nümayəndələri var. Qardaş Türkiyənin media təmsilçiləri hər zaman olduğu kimi yanımızdadır. “Haber Global”, “Anadolu Ajansı”, “TRT” kanalının nümayəndələri durmadan canlı yayımlar edir, sujetlər hazırlayır. 44 günlük Vətən müharibəsində olduğu kimi, Türkiyə media nümayəndələri yenə də bizim yanımızdadır və öz dəstəklərini nümayiş etdirirlər. Ancaq başqa ölkələrin jurnalistləri burda yoxdur. Yol bağlı olduğu üçün gələ bilməyiblər. Aksiyanı işıqlandıranlar arasında rus media təmsilçiləri də yoxdur.

- Aksiya barəsində Ermənistan mətbuatında müxtəlif məlumatlar yayılır. Bu məlumatlar barədə nə deyə bilərsiz?

- Aksiyanın ilk günündən etibarən Ermənistan və Fransa mətbuatında məqalələr yayılır ki, guya bu yol Azərbaycan QHT nümayəndələri tərəfindən bağlanıb. Ancaq biz müşahidə etdik ki, yolu sülhməramlılar bağlayıb. Onu da deyim ki, Ermənistan mətbuatının bugünkü sayında aksiya ilə bağlı fake məlumat yayılıb. Qeyd edilib ki, guya Ruben Vardanyan tərəfindən sabah  aksiya dayandırılacaq və aksiya iştirakçıları oranı tərk edəcək. Ermənistan mətbuatı əhalini sakitləşdirmək üçün belə məlumat yayıb. Ancaq bu düzgün məlumat deyil. Aksiya iştirakçıları piketi dayandırmaq haqqında düşünmür. Bizim aksiyamız davam edir. Hər bir aksiya iştirakçısı qeyd edir ki, tələblərimiz yerinə yetirilənə qədər buranı tərk etməyəcəyik. Mən deyərdim ki, erməni mətbuatı məlum xəbəri yayandan sonra aksiya iştirakçıları daha da fəallaşıb, çoxlu sayda gənc aramıza qatılmaq üçün Bakıdan bura gəlir.

- Xarici işlər naziri Ceyhun Bayramov mətbuata açıqlamasında bildirib ki, aksiyadakı fəallar orada yaşayan erməni əhalisinə öz kontaktlarını elan edərək humanitar məqsədlərlə yardım edə biləcəklərini qeyd ediblər.  Ermənilər bu dəstəyi  necə qarşıladı?

- Humanitar məqsədlə məlum yoldan rus sülhməramlılarına aid kontingentlər keçir. Onlara aksiya iştirakçıları heç bir meneə törətmədi. Həmin nəqliyyat vasitələri keçərkən bütün aksiya iştirakçıları kənara çəkilərək həmin avtomobillərin hərəkət etməsinə köməklik etdilər. Aksiya iştirakçıları ilk gündən bəri bildirir ki, Xankəndidə yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Biz hətta onları bu aksiyaya qoşulmağa dəvət etdik. Hesab edirəm ki, ağlı başında olan erməni bu çağırışa biganə yanaşmaz və Azərbaycanın sülh çağırışlarına adekvat reaksiya verər. Məndə olan məlumata görə, bəzi ermənilər aksiya iştirakçılarından yardım istəyir, onlara köməklik edilməsini arzu edirlər. Biz onların məlum köməklik çağırışına yox demirik. Onlar da bizə qoşulsun, “Ekoterrora yox” desinlər. Nəzərə almaq lazımdır ki, ekoloji terror qlobal bir məsələdir. Bu humanist, sülhpərvər aksiyadır.

- Hazırda aksiya iştirakçılarının əhval-ruhiyyəsi necədir?

 - Dekabrın 12-dən bu günə kimi aksiya iştirakçılarının əhvalı yüksək səviyyədədir. Hər bir aksiya iştirakçısı tək amal üçün burdadır.

- Aksiya iştirakçıları arasında gənclər də var. Onların bu aksiyaya münasibəti hansı səviyyədədir?

- Mən sizə deyim ki, gənclərimiz daha çox aktivlik nümayiş etdirir. Aksiyada vətənpərvər gənclərimizin siyasi iradəsi daha çox hiss olunur.

- Qidalanma ilə bağlı vəziyyət necədir? Məlum, hava soyuqdur. Soyuq qış günlərində  isti qida verilirmi?

- Qidalanma ilə bağlı heç bir problem yoxdur. Hər iki saatdan bir çay, kofe və digər lazımi təamlar aksiya iştirakçılarına təqdim olunur. Eyni zamanda, burda tibb məntəqəsi fəaliyyət göstərir. Mütəmadi olaraq aksiya iştirakçılarının təzyiqi ölçülür, onlara hər bir tibbi dəstək göstərilir. Aksiya iştirakçılarına lazım olan dərman dərhal verilir. Onu da deyim ki, media mənsubları üçün media çadırı qurulub. Demək olar ki, hər bir aksiya iştirakçısının qayğısı diqqətlə izlənilir və qarşılanır.

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ