Avropa ümumiyyətlə korrupsiyaya və rüşvətə qarşı sərt mübarizə aparır, hesabatlar dərc edir. Hansı ölkə daha çox korrupsiyaya bulaşmış, filan...
Amma Fransanın eks-prezidenti Nikola Sarkozi korrupsiya ittihamı ilə qazamatda, o gün Avropa Parlamentinin vitse-prezidenti xanım Eva Kayli rüşvətə görə həbsə getdi, Makron da deyəsən suxarı qurudur. Naxçıvanlılar demiş, "Ə bə nə oldu?", Bakılılar da deyirlər ki," Ağıllınız kimdir? cavab: Qabaqda gedən zəncirli."
P.S. Aralarında bir kişi vardı, o da Jak Sirak. O da rəhmətlik oldu.
İqtibas: "Fransa prezidenti Makronun partiya qərargahında axtarış aparılıb.
Axtarışlar maliyyə pozuntuları ilə bağlıdır.
Fransa Milli Qvardiyası hakim İntibah Partiyasının qərargahında və ABŞ-ın “McKinsey” konsaltinq firmasının Parisdəki filialında axtarış aparıb.
Məlumata görə, axtarışlar Fransa lideri Emmanuel Makronun 2017-ci il prezidentlik kampaniyası zamanı firma tərəfindən göstərilən xidmətlərlə bağlı iş çərçivəsində həyata keçirilib.
Jandarm nümayəndələri əsasən Makronun ilk seçki kampaniyasının maliyyələşdirilməsinə dair sənədlərlə maraqlanıblar. Ədliyyə orqanları “McKinsey” əməkdaşlarının prezidentliyə namizədin təşviqat proqramının hazırlanmasında iştirak etməsindən şübhələnirlər.
Pozuntu halı seçki kampaniyasının maliyyə xərclərini azaltmaq üçün şirkətin işçilərinin iş vaxtı ərzində bu prosesə cəlb edilməsilə bağlı ola bilər. Belə ki, dövlət başçısı vəzifəsinə namizəd üçün bu cür xərclər qanunla məhdudlaşdırılıb.
Gülər Mikayılqızı