Sülh sazişinin təşəbbüskarı ilk gündən Azərbaycan tərəfi olub. Trend-in məlumatına görə, bunu Azərbaycanda akkreditə olunmuş diplomatik korpus və hərbi attaşelər üçün brifinqdən sonra xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, bütün təşəbbüslər Azərbaycan tərəfindən həyata keçirilib.
“Bu ayın sonunadək növbəti raund danışıqlar aparılacaq”, - deyə nazir əlavə edib.