çərşənbə günü, 11 noyabr 2026
     

Laçın yolunda ekofəalların aksiyası getdikcə artan gücünü haradan alır?..

Image


Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində - Laçın dəhlizində azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə etiraz aksiyası keçirir. Etiraz aksiyasına dekabrın 12-dən start verilib.

Artıq neçə gündür davam edən etiraz aksiyasına qoşulanların sayı hər keçən gün artır. Məlumata görə, aksiyaya qoşulanların sayının artması artıq erməniləri narahat etməyə başlayıb.

  • Ceyhun Məmmədov: “Qarabağ separatçıları da, Rusiya sülhməramlıları da bilməlidirlər ki, Azərbaycan heç zaman öz mövqeyindən geri çəkilmir

Millət vəkili Ceyhun Məmmədov bildirdi ki,  Azərbaycan tərəfin - azərbaycanlılar, ictimai fəallar və ayrı-ayrı qurumların nümayəndələrinin aksiyada bu formada iştirakı təqdirəlayiqdir: “Belə də olmalı idi. Yəni biz gözümüz görə-görə şərait yarada bilmərik ki, sülhməramlılarla Rusiya tərəfindən bölgəyə göndərilən, cənab Prezidentin də qeyd etdiyi kimi, Rusiya xalqının pulunu oğurlayan bir şəxs indi gəlib Qarabağda azərbaycanlıların pulunu, azərbaycanlılara məxsus qızıl yataqlarını və oradakı sərvətləri oğurlasın. Ona görə, belə aksiyalar önəmlidir. Mən həmişə deyirəm, dövlət öz üzərinə düşəni edir və burada vətəndaş cəmiyyətləri, ictimai fəallar dövlətin yanında olmalı, fəal olmalı və bu məsələlərə reaksiya verməlidirlər. Azərbaycanda artıq bu ənənələr formalaşır. Bu çox təqdirəlayiq haldır ki, həmin insanlar öz vətəndaş mövqelərini nümayiş etdirirlər və qarşı tərəfin bu addımlarına, təxribatlarına reaksiya verirlər. Ermənistan tərəfi, Qarabağ separatçıları, Rusiya sülhməramlıları da bilməlidirlər ki, Azərbaycan heç zaman öz mövqeyindən geri çəkilmir. Biz sadəcə danışıqlar, sülh yolu ilə münasibətlərin tənzimlənməsinin tərəfdarıyıq. Amma bu kimi halları görəndə, əlbəttə, Azərbaycanın başqa reaksiyaları olacaq. Ona görə də, sülhməramlılar separatçılarla işbirliyinə son qoymalıdır. Eləcə də oradakı separatçılar, təxribatçılar da bilməlidirlər ki, Azərbaycan yenidən bir 30 il də səbr etməyəcək. Dövlətimiz bunun üçün bütün zəruri tədbirləri görəcək. Azərbaycan mütləq bu ərazidə baxış keçirilməlidir və sülhməramlılar da təxribatların qarşısını qətiyyətlə almalıdır”.

  • Aydınxan Əbilov: “Bu aksiya ölkə daxilində və xaricində rezonansa səbəb  olub”

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, yazıçı-kulturoloq,  Aydın Xan Əbilov bildirdi ki, eko terrorizm və ekoloji vəziyyətin günü-gündən pisləşməsi Qarabağ bölgəsində yaşayan əhali üçün ümumi təhlükələr yaradır. Bura meşələrin yandırılması, evlərin dağıdılması, çayların zəhərlənməsi, bioresursların məhv edilməsi və digər amillər daxildir. Ekoloji terrorla bağlı ictimai təşkilat və könüllülərin başladığı etiraz aksiyası günü-gündən genişlənir. Bu aksiya ölkə daxilində və xaricində rezonansa səbəb  olub. Təşkilat rəhbərləri, ictimai xadimlər, ümumiyyətlə, tutduğu vəzifədən asılı olmayaraq hər kəs bu aksiyaya qoşulub: “Bu da Ermənistanın və dünya ictimaiyyətinin gözləmədiyi bir formatda baş tutan bir mübarizəmizdir. Biz istəyirik ki, sülhməramlılar Azərbaycanın aidiyyəti dövlət qurumlarına şərait yaratsınlar ki, ekoloji təşkilatlar bizim yeraltı və yerüstü sərvətlərimizi talayan separatçıların məlum vəhşiliyini sübuta yetirmək üçün  monitorinq keçirsinlər. Onların ətraf aləmə necə zərər yetirdiyini beynəlxalq arenaya nümayiş etdirmək istəyirlər”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, ermənilərin törətdiyi ekoloji terrorla bağlı Azərbaycanın dövlət qurumları, aidiyyəti şəxslər dəfələrlə bəyan ediblər ki, erməni vətəndaşları qaydalara riayət edərsə onlara humanitar və məişət vəziyyətinin yaxşılaşdırılması ilə bağlı yardımlar etməyə hazırdır: “Hətta bununla bağlı  “Azərsu”, “Azəriqaz” və “Azərenerji”nin əməkdaşları Xankəndiyə qədər gedib, onların  məişət vəziyyətini öyrəniblər. Həmin bölgənin qaz, su, enerji təminatı ilə bağlı müəyyən ilkin layihələr belə hazırlanıb. Ancaq erməni separatçıları, xüsusən də psixologiyası pozulmuş həmin ölkənin vətəndaşları Azərbaycan qanunlarına qarşı gedərək bizim haqlı tələblərimizi qəbul etmək istəmirlər. Əlbəttə, biz istəməzdik ki, 44 günlük Vətən müharibəsində olduğu kimi güc strukturları bu məsələni tənzimləsin. Həmçinin, biz sülhün tərəfdarı olaraq yalnız ictimai diplomatiyanın işə düşməsi nəticəsində bu problemlərin həllini arzu edirik. Təəssüf ki,  erməni tərəfi bunu istəmir və müxtəlif bəhanələrlə əldə edilən sülh sazişini pozmağa çalışır. Bu da, əlbəttə ki, düzgün deyil. Bunun olmaması üçün erməni tərəfi sağlam məntiqli mövqe ortaya qoymalıdır. Belə ki,  Azərbaycanın Qarabağ bölgəsində - Xankəndi, Xocalı və digər ərazilərdə yaşayan erməni əsilli vətəndaşlar buna müqavimət göstərməlidir. Artıq bu müqavimətin ilkin işartıları görünür. Məlumdur ki, Xankəndidə fövqəladə vəziyyət elan edilib. Bu da separatçı rejimi və onların havadarlarını narahat etməyə başlayıb”.

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ