çərşənbə günü, 11 noyabr 2026
     

Ekoloqların erməni-rus tandeminə qarşı hərəkatı güclənir - Laçın dəhlizi qaynayır...

Image


Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti zonasında keçirilən etiraz aksiyası ikinci gündür ki, davam edir.

Trend xəbər verir ki, QHT nümayəndələri vətənpərvərlik mahnıları sədaları altında tonqallar yandıraraq aksiyalarını davam etdirirlər. Onlar “Ekoloji terrora son qoyun!” şüarları səsləndirirlər.

Məlumata görə, etirazçıların sayı getdikcə artır. Bakıdan daha bir qrup QHT nümayəndəsi Şuşaya gələrək etiraz aksiyasına qoşulub. Onların sayı artıq 400-500 nəfər təşkil edir.

Bildirilir ki, aksiya iştirakçılarının qarşısını kəsən Rusiya sülhməramlıları artıq başa düşüblər ki, azərbaycanlılar aksiyanı dayandırmayacaqlar. Ona görə də onlar aksiya keçirilən ərazidə modul tipli kazarmalar quraşdırmağa başlayıblar. Yük avtomobilləri vasitəsilə əraziyə gətirilən çadırlar rusiyalı sülhməramlılar tərəfindən qurulur.

Bundan əvvəl Rusiya sülhməramlıları aksiya keçirilən ərazidə modul tipli yataqxanalar quraşdırmağa başlayıb.

“Report” isə xəbər verir ki, aksiya iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün əraziyə Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının (DQ) hərbçiləri ilə yanaşı, polislər də cəlb edilib. İştirakçılar polislərin əraziyə gəlişini alqışlarla qarşılayıblar.

Aksiya hazırda “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Yaşasın Azərbaycan!” şüarları ilə davam edir.

Xəbərdə o da bildirilir ki, Rusiya sülhməramlıları Şuşa-Xankəndi yolunda akisya keçirilən əraziyə əlavə canlı qüvvə cəlb edib.

Xəbərə görə, havanın soyuq olmasına baxmayaraq, aksiya iştirakçıları ərazidə qalmaqda qərarlıdırlar.

Aksiya iştirakçılarının təhlükəsizliyini əraziyə cəlb edilmiş Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının (DQ) hərbçiləri və polislər yüksək səviyyədə təmin edirlər.

Dilarə Əliyeva adına Azərbaycanın Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti nəzdində fəaliyyət göstərən "Qadın: Sülh və Təhlükəsizlik Mərkəzi"nin rəhbəri Dilarə Əfəndiyeva bildirib ki, aksiyanın azərbaycanlı iştirakçıları erməni əsilli həmvətənlərinə təcili tibbi yardım göstərilməsini asanlaşdırmağa hazırdırlar...

O qeyd edib ki, dinc aksiya iştirakçıları bu insanlara operativ tibbi yardım göstərilməsində maraqlıdırlar: "Ermənistan mətbuatında məlumat yayılır ki, erməni əsilli həmvətənlərimizin tibbi yardıma ehtiyacı var və buna görə onlar aksiyamızın keçirildiyi yol boyu hərəkət edirlər. Mən bir qadın və bir ana kimi Xankəndidə, eləcə də Azərbaycanın digər şəhər və kəndlərindəki Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında yaşayan vətəndaşlarımızı əmin edə bilərəm ki, biz dinc aksiyanın təşkilatçıları olaraq bu insanlara operativ tibbi yardım göstərilməsində səmimi şəkildə maraqlıyıq. Ona görə də telefon nömrəmi qoyuram. Mənimlə hər zaman əlaqə saxlaya və xəstələrin daşınması ilə bağlı təşkilati məsələləri müzakirə edə bilərlər. Radikalların və millətçilərin qarşısını almaq cəhdlərinə baxmayaraq, məhz insanlar arasında təmaslar vasitəsilə biz bir daha Azərbaycanda dinc və harmonik birgə yaşayışa qayıdacağıq. Aksiya iştirakçıları adından bildirirəm ki, fərdi avtomobillərin keçməsi üçün lazımi yardımı göstərməyə hazırıq. Aksiyanın özü isə davam etdiriləcək”.

Azərbaycan xalqı bu aksiya ilə birliyini, əzmkarlığını bir daha nümayiş etdirdi.

Bunu isə aksiya iştirakçısı, "Səssiz Dünya" ictimai birliyinin sədri Aidə Səfərova deyib.

"Dünəndən bəri ictimai faəllar QHT nümaynədələri bu aksiayda iştirak edir. Baxmayaraq ki, gecə soyuq oldu, lakin heç kəs buranı tərk etmədi. Şüarlar dünəndən bəri dayanmadan səsləndirilir. Ekoloji terrora son qoyulmasını, ekoloqlarımızın monitorinq keçirməsini tələb edirik. A.Volkov tələblərimizə cavab verməyənə qədər buranı tərk etməyəcəyik. Hətta aksiyanın müddətsiz davam etməsinə belə hazırıq", - deyə o bildirib.

Aksiyada iştirak edən Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nərminə Qəribova isə deyib ki, xaqlımızın gələcəyi üçün bütün təbii sərvətlərimizi qorumalıyıq.

Digər Şura üzvü Amil Məmmədov "Tələblərimizə cavab almayana qədər aksiyanı dayandırmaq fikrində deyilik" deyib. O xatırladıb ki, ötən həftə - cümə günü ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən 30-a yaxın qeyri-hökumət təşkilatı müraciət imzalayaraq Rusiyanın Azərbaycandakı səfirliyinə təhvil verib.

"Müraciət Rusiya sülhməramlı kontingentinin komandirinə ünvanlanıb. Bu müraciətdə biz general Volkovdan tələb edirik ki, ekoloqlarımıza Qızılbulaq və Dəmirli yataqlarının monitorinqi üçün şərait yaratsın, bu yataqların qanunsuz istismarının ətraf mühit üçün nəticələrini öyrənsin. Təəssüf ki, azərbaycanlı mütəxəssislər Rusiya sülhməramlılarının müşayiəti ilə bu ərazilərə gələndə onların qarşısını separatçılar aldı. Sülhməramlılar buna mane olmadılar. Ona görə də biz bura gəlmək qərarına gəldik. Dünən səhərdən buradayıq. Onların keçid məntəqəsini bağladılar. “Ekoloji terrora son qoyun”, "Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarına son qoyun" kimi tələb və şüarlarımızı səsləndirməyə başladıq. Dünən (12 dekabr – red.) biz sülhməramlıların komandiri general-mayor Andrey Volkovun da bura gəlməsini və suallarımızı cavablandırmasını tələb etdik. Onun siyasi məsələlər üzrə müavini polkovnik Kovalçuk zabit sözü verərək Volkova xəbər verildiyini dedi və yaxın saatlarda onun bura gələcəyini söylədi. Ancaq artıq ikinci gündür ki, o, bura gəlmədi. Qəribədir ki, o, Azərbaycan ictimaiyyətinin nümayəndələri ilə əlaqə saxlamır. Biz geri çəkilmək fikrində deyilik, bizim konkret tələblərimiz var. Dəqiq cavab almayana qədər bu aksiyanı dayandırmaq fikrində deyilik”, - deyə Məmmədov bildirib.

Qeyd edək ki, Azərbaycanın qeyri-hökumət təşkilatlarının nümayəndələri Rusiya sülhməramlılarının Şuşa şəhəri yaxınlığındakı postu yanında etiraz aksiyası keçirirlər. Onlar azərbaycanlı mütəxəssislərin Azərbaycan yataqlarının qanunsuz istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamasına etiraz edirlər.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə keçirilmiş müzakirələrin nəticəsi olaraq, dekabrın 10-da Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı ilkin monitorinqə başlamaq üçün Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərinə yola düşüb.

Monitorinq zamanı faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış və müxtəlif istiqamətlər üzrə monitorinq, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi nəzərdə tutulmuşdu. Lakin heyət Rusiya sülhməramlılarının müşayiəti ilə sözügedən yataqların yerləşdiyi ərazilərə gəlsələr də, hər iki istiqamətdə təxribatla üzləşiblər. Beləliklə, nəzərdə tutulan ilkin baxış və monitorinq Rusiya sülhməramlıların nəinki lazımi şərait yaratmaması, əksinə, bu prosesin qəsdən pozulması ssenarisində iştirakına görə baş tutmayıb.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsidə açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ