çərşənbə günü, 11 noyabr 2026
     

Vardanyan Rusiya üçün də ciddi problemə çevrildi...

Image


Qarabağda qalan ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiya olunması bu gün ölkəmizin xüsusi maraq dairəsində yer alır. İkinci Qarabağ müharibəsindən sonra həmin ermənilərlə başlanan təmas da bu prosesdə müəyyən irəliləyişlər üçün əsas yaradırdı. Amma müəyyən xarici qüvvələrin, Ermənistan rəhbərliyinin inteqrasiya prosesində pozucu fəaliyyəti məsələnin məntiqi sonluqla başa çatmasını əngəlləyir. Bu hal rusiyalı milyarder Ruben Vardanyanın Qarabağa göndərilməsi fonunda özünü açıq şəkildə büruzə verdi.

Azərbaycan separatçı mövqeli bu şəxslə dialoqun aparılmasını mümkünsüz hesab edir. Hələ ötən ay Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə prezident İlham Əliyev bu xüsusda açıq mətnlə bildirib: “Məsələ asan deyil. Vacib odur ki, Ermənistan, əslində, istədiyini açıq şəkildə elan edir. Əgər onlar Qarabağda ermənilərin hüquqları və təhlükəsizliyi barədə söhbət aparmaq istəyirlərsə, bu alınmayacaq. Biz bu haqda Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib”. Erməni ekspert Artur Martirosyan da  Ruben Vardanyan kartının artıq ciddi problemə çevrildiyini qeyd edir. O, Laçın yolunda son proseslər  fonunda  bu xüsusda bildirir: “Azərbaycan Laçın dəhlizini bağlamaqla erməni tərəfinə göstərmək niyyətindədir ki, bunu istənilən vaxt və istənilən şəraitdə edə bilər. Bakı başa düşür ki, Qarabağda mədən işlədən şirkətlər böyük vergi ödəyiciləridir və iş yerləri baxımından çox vacibdir. Bu halda İlham Əliyevin Ruben Vardanyanla danışıqlardan imtina etməsi o demək deyil ki, başqa səviyyələrdə danışıqlar olmayacaq. Bakı danışıqlardan əvvəl Vardanyanı sıradan çıxarır”. Erməni ekspert qeyd edib ki, Bakı Qarabağdakı separatçıları dilemma qarşısında qoymaq istəyir: ya Azərbaycan vətəndaşlığını qəbul etmək, ya da ərazini tərk etmək. Onun sözlərinə görə, Ermənistana tələblər irəli sürmək üçün əməliyyatlar və təlimlər davamlı olacaq: “Ermənistan alternativləri gücləndirməyə çalışmır. Ermənistan hökuməti əlini çəkir, bu siyasətə qarşı ciddi addımlar atmağa hazır olmadığını göstərir. Üstəlik, onlar Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımağa hazır olduqlarını bəyan edərək, Qarabağın rejiminin özünün Bakı ilə danışıqlar aparmalı olduğunu iddia ediblər. Bu, Azərbaycana 1988-ci ildən bəri olduğundan daha çox rıçaq verir”. Rusiyanın “Vestnik Kavkaza” portalı isə yazır ki, Ruben Vardanyan məsələsi Kremlin özünün də zərərinə işləməyə başlayıb. Qeyd edilir ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesini əngəlləyən yeni problemin adı məhz Ruben Vardanyandır: “Rusiyanın ən varlı adamlarından biri bu il Cənubi Qafqazda Rusiyanın “maraqların”a qarşı çıxıb, Rusiya vətəndaşlığından imtina edib və orada separatçılıq əhval-ruhiyyəsini qızışdırmaq üçün qanunsuz olaraq Azərbaycan ərazisinə - Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonaya köçüb. Amma artıq ötən həftə Vardanyan zərərli funksiyasını nümayiş etdirib. Hələ  dekabrın əvvəlində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonada Ermənistan vətəndaşları və xarici şirkətlər tərəfindən qanunsuz mədən hasilatı faktları qeydə alınıb. Bununla əlaqədar Azərbaycanın aidiyyəti nazirlikləri, eləcə də “AzerGold” öz mütəxəssislərini rus sülhməramlıların komandanlığı ilə görüşmək üçün Xocalıya göndərib. Onlar Qızılbulaq və Dəmirli yataqlarında Azərbaycanın əmlakına və ətraf mühitə dəymiş ziyanı qiymətləndirməli idilər. Monitorinq şənbə günü günorta başlamalı idi, lakin azərbaycanlı ekspertlər yataqlardan birinə gələndə onları aqressiv separatçılar izdihamı qarşılayıb. Rusiya sülhməramlılarının komandanlığı monitorinqin başlanması ilə bağlı razılığın yerinə yetirilməsi üçün heç bir tədbir görməyib və Ruben Vardanyan Azərbaycan departamentlərinin nümayəndələrinin qarşısına çıxıb. Vardanyan bəyan edib ki, danışıqlar sülhməramlılarla deyil, İrəvanın Qarabağdakı separatçı layihəsinin “dövlət naziri” kimi şəxsən onunla aparılmalıdır. O, özünü Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirmə zonasında avtoritet elan edib. Azərbaycanın Ekologiya, Iqtisadiyyat nazirlikləri və “AzerGold” şirkətinin mütəxəssisləri onunla əlaqə saxlamaqdan imtina edərək Şuşaya qayıdıblar. Monitorinq pozulub. Vardanyan Azərbaycanın Qarabağ iqtisadi rayonunun sakini deyil. O, İrəvanda doğulub və milyard dollarını Rusiyada qazanıb. Onun Qarabağ erməniləri adından danışmağa haqqı yoxdur, çünki Vardanyan onlara yaddır. Onun da Laçın dəhlizi ilə Azərbaycana daxil olmaq hüququ yox idi, çünki bu yolda xüsusi rejim Azərbaycanın sərhəd nəzarətindən yan keçərək Xankəndiyə getmək istəyən hər kəsə şamil edilmir, yalnız Qarabağ ermənilərinə şamil edilir. O, ancaq Ermənistanın millətçi dairələrində və erməni diasporunda mövcud olan “müharibə partiyası” adından danışa bilər. Bu gün Qarabağda rus sülhməramlıların arxasında gizlənən Vardanyan məhz “müharibə partiyası”nın maraqlarını ifadə edir”.

Portal daha sonra yazır ki, Vardanyanın Qərbin sanksiyalarına düşməmək üçün Rusiya pasportundan imtina etdiyi sirr deyil: “İrəvan, təbii ki, ona məmnuniyyətlə Ermənistan pasportunu verdi. Bu aydındır, istənilən erməni Ermənistan pasportunu əldə edə bilər, amma “müharibə partiyası” onu dərhal Azərbaycana göndərdi. Partiya tapşırığı Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə və dövlətinə inteqrasiyasının qarşısını almaq, İrəvanla Bakı arasındakı sözün əsl mənasında münasibətlərin normallaşması istiqamətində hərəkatı dayandırmaqdır. Rubenin Xankəndidə qanunsuz aksiyalar təşkil etmək üçün pulu, açıq-aşkar əlaqələri və ən əsası, İrəvan və Bakının dinc yanaşı yaşamaq barədə razılığa gəlməsinə mane olmaq istəyi var. 44 günlük müharibə zamanı Ruben Rusiyanın ali rəhbərliyinə hərbi əməliyyatlara müdaxilə çağırışı ilə müraciət yazaraq, Azərbaycanın ərazi bütövlüyünün bərpasını “faciə” adlandırmışdı. İki il ərzində onun dünyagörüşündə heç nə dəyişməyib. Vardanyanın Qarabağa səfərinin təkcə ideoloji deyil, həm də bayağı maliyyə tərəfi var. Yenə də hansısa əməlindən qazanc əldə etməyə öyrəşmiş iş adamından söhbət gedir. Ruben separatçıların “dövlət naziri” postu vasitəsilə Azərbaycanın indi qanunsuz işlənməsini dayandırmağa çalışdığı qızıl, mis və molibden yataqlarına çıxış əldə edib. Bu, onun Ermənistan-Azərbaycan nizamlanmasının gecikdirilməsi və separatçı layihənin ayaqda saxlanması üzərində işləmək motivasiyasını artırır: layihə bağlanana qədər Ruben Vardanyan heç bir vergi ödəmədən ona aid olmayan şeylərdən pul qazana bilər. Artıq qəbuledilməz bir vəziyyət yaranıb. Xarici casus Vardanyan və onun səyyar təxribatçılar truppası Ermənistanla Azərbaycanın mövcud razılaşmaların həyata keçirilməsi istiqamətində irəliləyişinə və ya sadəcə olaraq sağlam düşüncəyə mane olur. İndi sadə vətəndaşlar Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirilmə zonasına gələndə onları Qarabağa heç bir aidiyyəti və Azərbaycan torpaqlarında qalmaq hüququ olmayan qanunsuz mühacir Vardanyan qarşılayacaq. Onun Xankəndidə olması sadəcə olaraq cinayətdir, cinayətkarlarla heç bir danışıqlar aparılmır. Sanksiya müddətində hardasa oturmağa ehtiyacı olan Vardanyan kimi, İrəvanın da separatizm və qisas üçün kənar dayaqlar axtarmaqda israrlı olması yalnız bir istiqamətə aparır: yeni Ermənistan-Azərbaycan müharibəsinə. Bu isə Rusiyanın Cənubi Qafqazdakı maraqları ilə ən ciddi ziddiyyətə girir. Ruben Bakı-İrəvan münasibətinə mane olmaqla Rusiyanın maraqlarına zidd addım atır. O, nəinki ölkəsinin mənafeyi naminə işləməkdən imtina edib, indi dəbdə olduğu kimi, qonşu dövlətə “köçüb”, həm də geosiyasi gərginliyin ən həssas nöqtələrindən birində Rusiyaya qarşı destruktiv fəaliyyətlə məşğul olur. Bir milyard dollar ehtiyatı olan bir şəxsin Xankəndidə olması Rusiyanın xarici siyasəti üçün real problem yaradır. O, iki il ərzində Rusiyanın vasitəçiliyi ilə əldə edilən bütün irəliləyişə xələl gətirir. Bu vəziyyət onun müvəqqəti yerləşdirildiyi zonadan yeni vətəninə - Ermənistana deportasiya məsələsini gündəmə gətirir. Sülhməramlılar Rubeni Azərbaycandan çıxarmağa qadirdir. O orada olduqca Qarabağda sülh yox, müharibəyə hazırlıq gedir”. Bütün bunlar bir daha təsdiq edir ki, Vardanyan kartı Rusiya üçün də ciddi problem yaradır.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsidə açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ