Artıq 26 saatdan çoxdur ki, aksiya davam edir. Tələblərimiz Azərbaycanın təbii yataqlarının qorunması, monitorinqlərin keçirilməsi, ekoloji terrorun qarşısının alınmasıdır.
Bunu bu gün Trend-ə açılamasında Rusiya sülhməramlılarının postunun yaxınlığında Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələrinin keçirdiyi etiraz aksiyasının iştirakçısı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nərminə Qəribova deyib.
"Bizim məqsədimiz bunu öz torpaqlarımızda həyata keçirməkdir. Lakin sülhməramlılar tərəfindən ekoloqların fəaliyyətinə mane olunub. Bu da bizim ictimaiyyətə pis təsir etdi. Burada gənclər, yaşlılar, qadınlar 26 saatdan çoxdur ki, soyuq hava şəraitində yatmadan, dincəlmədən əzmlə bu aksiyanı davam etdirir. Xaqlımızın gələcəyi üçün bütün təbii sərvətlərimizi qorumalıyıq", - deyə o əlavə edib.
Qeyd edək ki, Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti zonasında keçirilən etiraz aksiyası ikinci gündür ki, davam edir.