çərşənbə günü, 11 noyabr 2026
     

Anti-Azərbaycançı Avropa Parlamentinin rəhbərliyi rüşvət yuvasına çevrildi...

Image


Azərbaycan əleyhinə daim qərəzli fəaliyyəti və qərarları ilə yaxşı tanınan Avropa Parlamentinin korrupsiya, rüşvət mənbəyi olması barədə illərdir ölkəmizdə səslənən fikirlər artıq faktiki təsdiqini tapmaqdadır. Artıq məlumat verildiyi kimi, Avropa Parlamentinin sədr müavini Eva Kayli Belçikanın paytaxtı Brüsseldə cari dünya çempionatı ilə əlaqəli korrupsiya işi ilə bağlı saxlanılıb.

Qeyd edək ki, daha öncə Belçika prokurorluğu polisin böyük xüsusi əməliyyat keçirməsi, bu əməliyyat zamanı keçmiş Avropa Parlamentinin deputatı və Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti də daxil olmaqla 4 nəfərin saxlanılması barədə məlumat yaymışdı. Onlar  da dünya çempionatının keçirilməsi ilə bağlı korrupsiyada və Qətərin maraqları üçün lobbiçilikdə şübhəli bilinirlər. ABŞ-ın “Politico” nəşri yazır ki, axtarışlar nəticəsində polis təxminən 600 min avro nağd pul aşkarlayıb. Belçika prokurorluğu saxlanılanların hamısının adlarını açıqlamasa da, Belçikanın “Le Soir” qəzeti yazır ki, əsas şübhəlilərdən biri məhz Avropa Parlamentinin vitse-prezidenti, Yunanıstanın PASOK sosialist partiyasının üzvü Eva Kaylidir. Yunan mətbuatı artıq Kaylinin korrupsiya iddialarına görə partiyadan qovulması ilə bağlı bəyanat yayıb. Məlumatlarda qeyd olunur ki, Qətərin əmək naziri ilə görüşdə Eva Kayli Qətərdə Olimpiya obyektlərinin tikintisi zamanı işçilərin hüquqlarının pozulması ilə bağlı beynəlxalq qurumların çoxsaylı bəyanatlarına baxmayaraq, Qətəri “işçilərin hüquqları baxımından lider ölkə” adlandırıb. Belçikanın digər nəşri “Knack” yazır ki, ölkənin federal prokurorluğu iyul ayından Avropa Parlamentində mümkün korrupsiya faktlarını araşdırır. Nəşr son hadisələrlə bağlı 16 evdə axtarış aparıldığını vurğulayır. Reydlər, deputatlarla yanaşı, Avropa Parlamentinin  qanunvericiləri üçün işləyən köməkçiləri də əhatə edir. Avropa Parlamentinə 27 ölkədən seçilmiş 705 nəfərdən hər birinin köməkçiləri var. Kaylinin “F.G” adlandırdığı köməkçisi də saxlanılanlar sırasındadır. O, əvvəllər İtaliya parlamentinin deputatı Pier Antonio Panzeri üçün işləyib. Prokurorluğun sözçüsü Erik van Duijs deyib ki, idarə “Fars körfəzi dövlətlərindən birini” Avropa Parlamentinin iqtisadi və siyasi qərarlarına təsir etmək cəhdində, xüsusən də rüşvət alma və rüşvət verməkdə şübhələnir. Həmçinin KİV-in məlumatına görə, saxlanılanlar arasında Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının baş katibi Luka Visentini və İtaliyadan keçmiş Avropa Parlamentinin deputatı Pier Antonio Panzeri də var. Mütəxəssislərin fikrincə, çoxsaylı insan haqları pozuntusunda ittiham olunan Qətər hakimiyyəti üçün hazırda ölkənin müsbət imicini formalaşdırmaq çox vacib məsələdir. Bununla yanaşı ekspertlər onu da qeyd edirlər ki, Rusiyanın Ukraynaya təcavüzündən sonra başlayan “qaz müharibəsi” fonunda Avropa rəsmiləri də dünyanın əsas qaz istehsalçılarından biri olan Qətərlə yaxşı münasibətlərdə maraqlıdır. Bu fonda onlar rüşvət almaq imkanlarından da maksimal şəkildə yararlanırlar. Özü də rüşvət müxtəlif ölkə və dairələrdən alınır. Məsələn, elə Kayli özü Avropada fəaliyyət göstərən erməni lobbi qrupları ilə də sıx əməkdaşlıq edib. Məsələn, 2021-ci il noyabrın 19-da Avropa Parlamentində Azərbaycan əleyhinə qəbul edilən bəyanatda erməni diasporunun rüşvəti ciddi rol oynayıb. Həmin sənəd  Avropa Parlamentinin adından elan edilsə də, bəyanatı yalnız 33 nəfər parlament üzvü imzalayıb. Həmin 33 nəfər isə Avropa Parlamentində təmsil olunan “Ermənistanla dostluq qrupu”nun üzvləridir. Bəyanatın hazırlanmasında və qəbul etdirilməsində Lukas Furlas, Lefteris Xristofor, Lars Patrik Berq ilə yanaşı, yunan deputat Eva Kayli də xüsusi aktivlik göstərmişdi. Avropa Parlamenti üzvlərinin hazırladıqları bu bəyanat Avropa Erməni Milli Komitəsi, həmçinin, “Ədalət və Demokratiya Naminə Ümumavropa Erməni Federasiyası” ilə əmkdaşlıq nəticəsində ortaya çıxıb. Yəni həmin erməni qruplarından “Ermənistanla dostluq qrupu”nun üzvlərinə yaxşıca rüşvət verilib.

Ümumiyyətlə, bir sıra Avropa ölkələrində kifayət qədər siyasi korrupsiya faktları mövcuddur. Məsələn, Fransa parlamentində olan zəngin erməni diasporu ölkənin siyasi qərarlarına öz təzyiq və təsirini rüşvətlə göstərir. Bəzi Avropa banklarında məhz siyasi elitanı ələ almaq üçün müəyyən vəsaitlərin aşkarlandığı barədə də məlumatlar var. Avropada korrupsiya bataqlığında olan nüfuzlu medianı da unutmaq olmaz. Hazırda baş verən olayların üzərindən sükutla keçmək onların üzərindəki ciddi şübhələri daha da artırır. Avropa Parlamentinə gəlincə, onun fəaliyyətinə müxtəlif lobbi qrupları getdikcə daha çox təsir edir və bu zaman rüşvət faktı ön planda yer alır. Bunu Almaniyadan olan “Yaşıllar fraksiyası”nın rəhbəri Rebekka Harms  da etiraf edir. Bir müddət əvvəl o, müsahibəsində qeyd edib ki, Avropa Parlamenti Avropaya birbaşa aidiyyəti olmayan mövzuları daha çox müzakirə edir. Avropa xalqları üçün zəruri olan məsələlərə isə kifayət qədər yer ayırmır: “Avropa Parlamentinin gündəliyini lobbi qrupları formalaşdırır. Hər kəs öz marağını təmin etməyə çalışır”. Rebekka Harms Avropa Parlamentinin lobbi qruplarının paliqonuna çevrilməsindən narahatlığını ifadə edib. Bütün bunlar Avropa Parlamentinin anti-Azərbaycan mövqeyinin əsl mahiyytini də ifşa edir.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ