Xəbər verdiyimiz kimi, Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri Şuşada Rusiya sülhməramlılarının postunun yaxınlığında azərbaycanlı mütəxəssislərin yataqların qeyri-qanuni istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamalarına qarşı etiraz aksiyası keçirirlər.
Trend-in Şuşaya ezam olunmuş əməkdaşının məlumatına görə, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının əraziyə gələn polkovniki azərbaycanlı jurnalistlərin və etirazçıların suallarını cavablandıra bilməyib.
Aksiya iştirakçıları polkovnikin sərxoş olduğunu da bildiriblər.