Aksiyanın əsas məqsədlərindən biri budur ki, bizim Qarabağda təbii sərvətlərimizin, mədənlərimizin ermənilər tərəfindən həm talan olunması, həm də ekologiyamıza vurulan ziyanların qarşısını almaqdır.
Bunu bu gün Trend-ə açılamasında Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələrinin Şuşada Rusiya sülhməramlılarının postunun yaxınlığında keçirdiyi etiraz aksiyasının iştirakçısı, hərbi-siyasi ekspert Telman Qasımov deyib.
"Tələb edirik ki, Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov buraya gəlsin və cavab versin. Komandan gəlməyənə, sözümüzü deməyənə qədər buradan tərpənməyəcəyik. Artıq burada çadırlar qurulub", - deyə o əlavə edib.
Qeyd edək ki, Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri Şuşada Rusiya sülhməramlılarının postunun yaxınlığında azərbaycanlı mütəxəssislərin sülhməramlıların müvəqqəti nəzarətindəki ərazilərdə yerləşən yataqların qeyri-qanuni istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamalarına qarşı etiraz aksiyası keçirirlər.