Bu gün bu aksiyanın keçirilməsinin səbəbi mədənlərimizin qanunsuz istismarına son qoyulmasıdır.
Bunu bu gün Trend-ə özəl açılamasında Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri Şuşada Rusiya sülhməramlılarının postunun yaxınlığında azərbaycanlı mütəxəssislərin yataqların qeyri-qanuni istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamalarına qarşı keçirilən etiraz aksiyasının iştirakçısı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü Arzu Əliyeva deyib.
O qeyd edib ki, ermənilər illər öncə bizim təbii sərvətlərimizi mənimsəyiblər və buna son qoyulmalıdır.
"İstəyirik ki, Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov buraya gəlsin və bu məsələyə son verilsin. Gələməyənə qədər yolun açılmasından, geri çəkilməyimizdən söhbət belə gedə bilməz", - deyə o əlavə edib.
Qeyd edək ki, Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri Şuşada Rusiya sülhməramlılarının postunun yaxınlığında azərbaycanlı mütəxəssislərin yataqların qeyri-qanuni istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamalarına qarşı etiraz aksiyası keçirirlər.